*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
  • İkinci Bakı Şopinq Festivalı
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
  

Azərbaycanda bu dərmanın satışı qadağan olundu


Səhiyyə Nazirliyi son günlər bir sıra sosial şəbəkələrdə "Kalsium xlorid"  5%-li 100 ml məhlul dərman vasitəsinin istifadəsi zamanı ölüm hallarının baş verməsi barədə yazılan məlumatlarla bağlı aparılan araşdırmanın nəticəsini açıqlayıb.
Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli Oxu.Az-a açıqlamasında istehsal olunmuş bu preparatın hər hansı bir ölüm halına və ya başqa neqativ bir hala səbəb olması haqda məlumatların əsassız olduğunu deyib. 
Bununla yanaşı, A. Qədirli "AzərFarm" Ltd şirkəti tərəfindən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olan məktubda şirkətin istehsal etdiyi 036 seriyalı istifadə müddəti 01.2017-ci ilədək olan "Kalsium xlorid" 5% 100 ml məhlul dərman vasitəsinin istehsalı zamanı bəzi texniki problemlərin olması ilə bağlı həmin seriyanın satışının dayandırılması və 036 seriyalı "Kalsium xlorid" 5% 100 ml məhlul dərman vasitəsinin aptek şəbəkəsindən geri qaytarılmasına köməklik göstərilməsi barədə müraciət olunduğunu qeyd edib.
 
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə daxil olmuş məlumat əsasında müvafiq sərəncamla "AzərFarm" Ltd şirkətinin istehsal etdiyi adı çəkilən dərman vasitəsinin satışına və istifadəsinə müvafiq araşdırma aparılana qədər qadağa qoyub və əczaçılıq şəbəkəsindən yığılmasını tam təmin edib.
 
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda "Pereqidrol" (30%) və "Kalsium xlorid" dərmanlarına etiketlərinin səhv vurulması ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, bu səhv nəticəsində 2 uşaq ölümü qeydə alınıb.


  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..