*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
  

Xərçəng diaqnozu qoyulan kimi bunları edin - Dünyaca məşhur professordan qaydalar


Amerikalı həkim Mark Hayman xərçəng diaqnozu tapılacağı halda edəcəyi 5 qaydanı bölüşüb.
 
Realpress.az Medicina.az-a istinadən həmin qaydaları təqdim edir:
1. Şəkər, qənddən imtina edərdim
Şəkər xərçəng hüceyrələrini qidalandıran maddədir və onları artırır. İl ərzində orta statistik insan 70 kq şəkər yeyir. Əgər xərçənglə uğurlu mübarizə aparmaq istəyirsənsə, şəkər, qənd və şirin qidaları minimuma endirəcəksən. 

2. Orqanizmimə "düşməyən”  qlütenli qidaları menyudan çıxarardım
35 % amerikalılar qlütenə qarşı həssasdırlar. Amma onlar un məmulatı yeməkdən əl çəkmirlər. Nəticədə ya xərçəngdən, ya da infakrtdan ölürlər. Həmçinin süd də zərərli qidalar sırasındadır. Orqanizminin səsinə qulaq as. Hansı ərzağı yedikdən sonra özünü pis hiss edirsənsə, o ərzaqdan uzaq dur. 
3. İltihabla mübarizə aparardım
İltihab, soyuqdəymə bütün xroniki xəstəliklər, həmçinin xərçəngə aparan yoldur. Adətən insulinə qarşı rezistentlik, autoimmun xəstəliklər və alllergiya ilə özünü biruzə verir. Əgər özünüzü çox yorğun, tükənmiş hiss edirsizsə, iltihabi proseslər varsa, Omeqa 3 qəbul edin. O sizi qaydaya salacaq. 
4. Bağırsaqlarımın qeydinə qalardım
Çox alimlər bağırsaq xərçənginin səbəbini mikroblarda, bakteriyalarda görür. Ona görə bacardıqca çox probiotik və prebiotik – kefir, yoqurt yeyin. Eləcə də fitonutrientlər – giləmeyvə, kurkumin – sarıkök, resveratrol – üzümdə olur – qəbul edin. Bunlar bağırsağın iltihabi proseslərini azaldacaq.
 
5. Toksinlərdən qaçardım
Bütün yenidoğulmuşlar dünyaya göbəyində 287 kimyəvi maddə ilə doğulur. Deməli, heç birimiz toksinlərdən qaça bilmərik. Amma onları azalda bilərik. İlk növbədə ftalatlar, bisfenol, antipiren, ağır metallar, civə, qurğuşundan qorunmaq lazımdır. Plastik butulda su, plastik qabda yemək almayın. Yarımfabrikatlar yeməyin. Şəhər mərkəzində çox olmayın. Meşədə, çöldə bacardıqca çox gəzin. Orqanizmdən toksinləri təmizləməyin yollarını sınayın.



  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..