*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
  

MÖVSÜMÜN AKTUAL XƏSTƏLİYİ – KÖRPƏLƏRDƏ BİŞMƏCƏ


MÖVSÜMÜN AKTUAL XƏSTƏLİYİ – BİŞMƏCƏ

Açar sözlər: bələk dermatiti, körpə bezləri, dəri.

Körpələrdə bişməcə! Bu problem hər bir ailəyə necə də tanışdır... İsti hava və ya rütubət, bezlərin vaxtında dəyişdirilməməsi körpələrin dərisinin qızmasına səbəb olur, onu qıcıqlandırır, bu zaman uşaq narahat olur və yatmır. Nə etməli?

Bişməcənin səbəbləri və yayılması.

Bişməcə və ya “bələk dermatiti” - aralıq və büküşlər nahiyəsində olan dərinin kəskin iltihabi prosesidir. Bişməcə əksər uşaqlarda bez nahiyələrində sidik, nəcis, nəmlik və sürtünmə nəticəsində yaranır. Həm pediatrlar, həm də valideynlər bələk dermatitini ən çox yayılan dəri xəstəliyi hesab edirlər. Demək olar ki, hər bir uşaq həyatının ilk ayları və ya illərində bu vəziyyətin müxtəlif ağırlıq dərəcəsi ilə rastlaşır. Cinsindən və irqindən asılı olmayaraq uşaqlarda xəstəliyin yayılmasının pik dövrü həyatın 9-12-ci aylarında təsadüf edir. Bu cür yüksək yayılma tezliyi əsasən kiçik uşaqların dərisinin xüsusiyyətləri ilə əlaqədardır. Uşaq dərisinin buynuz qatı böyüklərlə müqayisədə 3 dəfə nazikdir, buna görə də çox həssasdır. Körpələrin dərisinin qan təchizatı böyüklərə nisbətən 1,5 dəfə artıqdır. Buna görə də körpələrdə dəridə qıcıqlanma və infeksiyalaşma tez-tez müşahidə olunur. Körpə dərisi çox nazik olduğuna görə ətraf mühitin temperaturunun yüksəlməsi nəticəsində xüsusilə yay aylarında suyu asanlıqla itirir və dəri quruyur. Eyni zamanda digər müxtəlif qıcıqlandırıcı amillər bişməcələrin yaranmasına səbəb ola bilər: sürtünmə, kip bələnmə, ölçüyə uyğun olmayan və səhv geyindirilmiş bezlər, bezlərin vaxtından gec dəyişdirilməsi, yuyucu tozlara qarşı fərdi allergik reaksiya, həddən artıq isinmə, sidik, nəcis, müxtəlif mikroblar və s.  

Bişməcənin əlamətləri.

Bişməcənin əsas əlamətlərinə hiperemiya, qabıqların, içərisi maye ilə dolu xırda qovuqcuqlu səpgilərin əmələ gəlməsi, şişkinlik, irinləmə və çatlar aiddirlər. Bu fonda uşaqlarda narahatlıq, yuxu pozğunluğu və iştahın azalması qeyd oluna bilər.

Bişməcənin müalicəsi və profilaktikası.

Ağırlaşmamış bələk dermatiti zamanı aqressiv faktorları aradan qaldırmaqla və gigiyena qaydalarına riayət etməklə sağalmağa nail olmaq mümkündür. Lazımi tədbirləri həyata keçirməyə baxmayaraq səpgilər 72 saatdan artıq qalarsa və bələk dermatiti fonunda bədən temperaturu 38,5°C-dən artıq olarsa, zədələnmə sahəsi və qızartı artarsa, irinləmə baş verərsə həkimə müraciət etmək məsləhət görülür. Bişməcənin müalicəsi üçün zədələnmiş dərinin regenerasiyasını və sonrakı müdafiəsini təmin etmək lazımdır. Profilaktikası üçün isə bez seçiminə diqqət etməli və hər defekasiyadan sonra bezləri dəyişilməli, hər bez dəyişmə zamanı dərini müdafiə edən və optimal nəmlik səviyyəsini saxlayan yerli vasitələr istifadə olunmalıdır.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.00000 saytına istinad olunma mütləqdir.


  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..