*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
  

KİÇİK QURDUN BÖYÜK FƏSADLARI.


Müasir dövrdə insanların tez-tez rastlaşdığı xəstəliklərdən biridə qurd invaziyalarıdırr. İndiyə qədər insan orqanizmində xəstəlik törədən 250-yə qədər qurd növü aşkar edilmişdir. Onlardan 65-i ölkəmizdə qeydə alınmışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən hər il dünya əhalisinin 50%- dən çoxu qurd xəstəliklərinə yoluxur. Yoluxmanın 70-80%-ni uşaqlar təşkil edir.

Qurd invaziyalarına yoluxma yolları. Qurd invaziyaları insan orqanizminə çirkli su, yuyulmamış və ya pis yuyulmuş meyvə, tərəvəz, göyərti, çiy və ya yarıbişmiş ət və balıq məhsulları vasitəsilə keçir. Adi gigiyenik qaydalara əməl etməmək (yeməkdən əvvəl və tualetdən sonra əlləri yumamaq), pis vərdişlər (dırnaq yemək) orqanizmə qurdların yoluxma riskini artırır. Bəzən böyüklərdə qurd xəstəliyi uzun müddət davam etdiyindən xroniki formaya keçir və qurd xəstəliyinin əlamətləri demək olarki müşahidə olunmur. Amma o demək deyil ki, böyüklərdə qurd xəstəliyi olmur. Buna görə də, vaxtaşırı müayinə və müalicə olunmaq lazımdır.

Helmintozların əsas simptomları. Qurd invaziyaları ilə yoluxmuş insanlarda dərinin avazıması, bəzən ağımtıl ləkələr və zəif sarılıq əlamətləri, gözaltı qaralmalar müşahidə olunur. Adətən xəstələrdə iştahanın azalması, ürəkbulanma, qusma, ağızdan suyun axması, ishal və yaxud qəbizlik, tez-tez, qəflətən başlayan və qəflətən kəsən bağırsaq sancıları, anus nahiyəsində qaşınmalar, yuxunun pozulması, yuxuda dişlərin qıcanması və.s kimi əlamətlər müşahidə olunur. Bu simptomlar olduğu haldaı helmintozlardan şübhələnmək və həkimə müraciət etmək lazımdır.

Helmintozların fəsədları. Helmintozlar orqanizmdə bir çox fəsadlar yaradır. Helmintozlar avitaminozlara (vitamin və mikroelementlərin çatışmazlığı), anemiyaya (qanazlığı) səbəb ola bilir. Helmintozlar bağırsaq disbakteriozuna səbəb olur. Disbakterioz özünü həzm pozğunluqları (köp, qarında sancılar, ishal və ya qəbizlik və s.) şəklində göstərir. Helmintlər öd axarlarına düşüb ödün axmasına mane ola bilər. Nəticədə mexaniki sarılıq inkişaf edir. Qaraciyərin fəaliyyəti pozulur. Helmintozların orqanizmdə törətdiyi fəsadlar içərisində həmçinin iştahanın azalması, arıqlama (xüsusilə uşaqlarda), sinir sisteminin pozğunluqları (əsəbilik, depressiya, yuxu pozğunluğu və s.) böyük yer tutur.

Helmintozların profilaktikası. İlk növbədə şəxsi gigiyena qaydalarına ciddi  riayət etmək lazımdır. Helmintozların müalicəsi zamanı dərman preparatlarından istifadə olunur. Kompleks müalicəyə həmçinin bitki tərkibli vasitələr (balqabaq tumları, sarımsaq, adi boymadərən, mixək, qaraqınıq, kəklikotu, nar, sarıkök və s.) daxil edilməlidir. Bu bitkilər bağırsaq peristaltikasını artıraraq məhv olmuş helmintləri orqanizmdən xarıc edir, pozulmuş bağırsaq mikroflorasını bərpa edir. Əgər bir ailədə qurd xəstəliyi aşkarlanarsa, ailənin bütün  üzvləri  bu xəstəliyə qarşı müalicə almalıdır. Çünki qurd xəstəliklərinin insandan insana keçmə ehtimalı çox yüksəkdir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.

Materiallardan istifadə olunduqda www.kanonaptek.az saytına istinad olunma mütləqdir.


  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..