*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
  

KRVİ (KƏSKİN RESPİRATOR VİRUS İNFEKSİYASI)

KRVİ (KƏSKİN RESPİRATOR VİRUS İNFEKSİYASI)

Törədiciləri pnevmotrop viruslar olan Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) tənəffüs sisteminin kliniki və morfoloji cəhətdən oxşar, kəskin iltihabi xəstəliklər qrupudur. KRVİ rinovirus, adenoviral infeksiyalar və yuxarı tənəffüs yollarının digər kataral-iltihabi xəstəliklərini özündə birləşdirən, dünyada ən geniş yayılmış xəstəliklər qrupudur.

KRVİ-yə yoluxma yolları. KRVİ-nin demək olar ki, bütün qrupu əsasən hava-damcı və ağız yolu (öpüşmək) ilə ötürülür. Bəzən isə infeksiyanın ötürülməsi ev əşyaları, oyuncaqlar, paltar və ya qablar vasitəsilə də, mümkündür.

KRVİ-nin əsas simptomları. Xəstəliyin başlanğıc dövründə virus "infeksiyanın giriş qapısında" çoxalır və özünü burun axması, larinqit, qıcıqlanma, quru öskürək şəklində göstərir. Temperatur isə adətən müşahidə olunmur. Sonra virus qan dövranına daxil olur və ümumi intoksikasiya əlamətləri meydana gəlir. Titrəmə, baş ağrısı, bədəndə ağrılar müşahidə olunur. İmmunitet reaksiyasının aktivləşməsi bədənin virusa qarşı anticism istehsal etməsinə səbəb olur, bunun nəticəsində qan tədricən təmizlənir və intoksikasiya əlamətləri azalmağa başlayır. Ağırlaşmamış KRVİ-nin son mərhələsində tənəffüs yolları epitelisi viral təbəqələrdən təmizlənir, bu da özünü burun axması, selik və ya irinli bəlğəm ifrazı ilə müşahidə olunan produktiv (nəm) öskürək kimi göstərir.

KRVİ-nin müalicə və profilaktikası. KRVİ zamanı, vaxtında differensial diaqnoz qoymaq çətindir və törədicilərin əksəriyyətinə qarşı xüsusi dərman hazırlanmamışdır. Populyar olan C vitamininin müntəzəm istifadə edilməsi bütövlükdə əhali arasında yoluxma ehtimalını azaltmır, lakin bəzi hallarda xəstəliyin ağırlığını və müddətini azalda bilər, xüsusən də fiziki gərginlikdən əziyyət çəkən xəstələrdə. KRVİ zamanı simptomatik müalicəsi aparılır. Bir çox insan ümumi soyuqdəymə üçün müstəqil olaraq reseptsiz satılan preparatlardan istifadə edir. Bu preparatlara antihistaminlər, ağrıkəsicilər, iltihabəleyhinə vasitələri misal göstərmək olar. Antihistaminlərin və iltihabəleyhinə vasitələrin birgə istifadəsi effektli olsa da, bir çox insanlarda, ağızda quruluq, yuxusuzluq və başgicəllənmə kimi yan təsirləri yaradır.

KRVİ-nin profilaktikası üçün infeksiya yayılan dövrdə, kütləvi tədbirlərdən, qapalı məkanlardan uzaq olmaq, xəstələrlə yaxın təmasdan çəkinmək, əlləri mümkün qədər tez-tez yumaq tövsiyə olunur. Xəstələr ictimai nəqliyyatdan mümkün qədər az istifadə etməlidir,  kütləvi tədbirlərdə iştirak etməməlidir, sağlam insanlarla sıx təmasdan çəkinməlidir və mümkün qədər maskadan (respirator) istifadə etməlidirlər.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..