*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Qara ciyərin böyümə səbəbləri


Tibbi dildə qara ciyərin böyüməsi "hepatomeqaliya" adlandırılır.
Bu patoloji vəziyyət tək qara ciyər pozulmaların simptomu deyil. Bəzi digər orqan və sistemlərin pozulmaları və xəstəlikləri zamanı qara ciyərin böyüməsi müşahidə olunur.
Qara ciyərin böyüməsinin səbəbləri müxtəlif ola bilər. Bu səbəblərin arasında:
- virus infeksiyaları (A,B,C,D,E hepatitləri);
- qara ciyər hüceyrələrinin autoimmun zədələnmələri. Bu zaman qara ciyərin hüceyrələri özləri özlərini məhv etməyə başlayır.
- qara ciyərin parazitar xəstəlikləri (exinokokkoz). Qurd (exinokokk) insanın orqanizminə düşdükdən sonra qara ciyərdə "yaşamağa" başlayır. Qurd böyüydükcə qara ciyərin ölçüsü (bir payı) böyüyür, qara ciyərin damarları sıxılır və bu qara ciyərin fəaliyyətinin pozulmasına səbəb olur. Exinokokkozun müalicəsi yalnız cərrahiyə üsulu ilə həyata keçirilir.
- qara ciyərin şişləri və kistaları;
- qara ciyər damarların patologiyaları;
- spirtli içkilərin qəbulu nəticəsində inkişaf edən qara ciyər iltihabları;
- mübadilə proseslərin pozulması. Bu pozulmaların nəticəsində qara ciyərdə parçalanmamış vəziyyətdə müxtəlif maddələr (dəmir, piy, qlikoqen) yığıla bilər ki, bu da öz növbəsində qara ciyərin böyüməsinə səbəb olur.
- ürək-damar sistemi bir çox patologiyaları zamanı qara ciyərin böyüməsi müşahidə olunur.
İlk mərhələlərdə hepatomeqaliya özünü heç bir simptomla büruzə verməyə bilər. Qara ciyərin ağrı reseptorları yoxdur. Lakin qara ciyərin üzərində olan kapsul (pərdə) dartınmır və bu kapsulda çoxlu ağrı reseptorları var. Böyümüş qara ciyər kapsula təzyiq etdikdə insanda sağ qabırğa altı nahiyəsində diskomfort, ağırlıq hissi yaranır. Daha sonra isə bu nahiyədə ağrı hiss olunmağa başlayır və qara ciyər çatışmazlığı simptomları inkişaf edir. Bu simptomları arasında:
- həzm proseslərin pozulması,
- dəri örtüklərin və selikli qişaların saralması,
- qarının böyüməsi,
- dəridə səpgilər,
- tez-tez baş verən qanaxmalar (burun qanaxmaları, qadınlarda uşaqlıq qanaxmaları və s.),
- assit (qarın boşluğunda mayenin yığılması), ödemlər və s.
Qara ciyərin böyüməsi adi qarının ön divarının manual müayinəsi zamanı (əllə müayinə) və ya USM zamanı təyin oluna bilər.
Normada manual müayinəsi zamanı qara ciyər sağ qabırğa qövsdən aşağıda təyin olunmamalıdır. Əgər təyin olunursa, bu o deməkdir ki, qara ciyər böyüyüb.
Qara ciyər bütövlükdə böyüyə bilər və ya onun hər hansı payı böyüyə bilər (bu halda şişdən, kistadan və ya exinokokkozdan şübhələnmək olur).
Əgər sizdə qara ciyərin böyüməsi təyin olunubsa, ilk növbədə hepatoloqa müraciət edin. Hepatomeqaliyanın səbəbini təyin etmək üçün həkim sizi əlavə müayinə və analizlərə göndərə bilər:
- qanın ümumi və biokimyəvi analizləri;
- qara ciyər sınaqları (bilirubin, ALT, AST)
- virus hepatitlərin markerlərinə görə analiz;
- USM (qarın boşluğu);
- KT və MRT;
- lazım olduqda qara ciyərin biopsiyası təyin olunur (USM nəzarəti altında qara ciyərin mikroskopik hissəsi analiz üçün götürülür);
- həkim xəstədə ürək-damar sistemi patologiyasında şübhələndikdə, xəstəyə EKQ və exo-kardioqrafiya təyin oluna bilər.
Hepatomeqaliyanın səbəbi aşkar olunduqda, həkim bu səbəbdən asılı olaraq xəstəyə müalicə təyin edir.


Baxılma sayı: 886 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..