*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Azərbaycanda abortla bağlı qorxunc statistika – RƏSMİ


Şöbə müdiri açıqlama verib.
2014-cü ildə Azərbaycanda 27 220 abort qeydə alınıb.
Saglamolun.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rəfael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq bildirib.
Bu rəqəm ötən illə müqayisədə 672 abort halının azaldığını göstərir.
Komitə rəsmisi bildirib ki, 2014-cü ildə ən az abort etdirənlər 15-17 yaşlılar olub:
“15-19 yaşlılar arasında cəmi 1161 abort baş verib ki, onlardan 88-i 15-17 yaşlılar, 1073-ü isə 18-19 yaşlılar qrupunda qeydə alınıb. 20-24 yaşlı xanımlar arasında belə statistik rəqəmlər 5 738, 25-29 yaşlılarda 8365, 30-34 yaşlılarda 7756, 35 və yuxarı yaşlılarda isə 4200 olub”.
Doğuşların sayına gəlincə, komitə rəsmisi deyib ki, cəmi 168 889 doğuş qeydə alınıb, bunlardan 30 561-i qeysəriyyə əməliyyatı ilə baş tutub.
Şöbə müdiri həmçinin bildirib ki, 2013-cü ildə cəmi abortların sayı 27 min 892 olub:
“15-19 yaşlılar arasında 1147 abort baş verib. 20-24 yaşlılar arasında 5710, 25-29 yaşlılar arasında 8958, 30-34 yaşlılar arasında 7849, 35 və yuxarı yaşda olanlar arasında isə 4228 abort qeydə alınıb.
2013-cü ildə doğuşların sayı - cəmi 171 508 olub ki, bunlardan qeysəriyyə əməliyyatı ilə həyata keçirilən doğuşlar 28 954 təşkil edib.

Baxılma sayı: 862 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..