*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
UŞAQLARDA ATOPİK DERMATİT


UŞAQLARDA ATOPİK DERMATİT

Açar sözlər: atopik dermatit, uşaqlıq dövrü, profilaktik  tədbirlər.

Valideynlərin əksəriyyəti atopik dermatiti (AD) ciddi problem kimi qəbul etmirlər, əmindirlər ki, uşaq böyüdükcə AD keçib gedəcək. Təəsüf ki, bu həmişə belə olmur, əksər hallarda AD özünü uşaqlıq dövründə biruzə verərək, böyük yaş dövründə də davam edir.

Atopik dermatit nədir?

Atopik dermatit (atopik ekzema) - orqanizmin allergik reaksiyalara irsi meyilliliyi ilə şərtlənən dərinin xroniki iltihabi xəstəliyidir. AD ilk olaraq uşaqlıq dövründə qeydə alınır. Xəstəlik dərinin ağır zədələnmələrinə gətirib çıxara bilər, uşağa böyük əzablar verə bilər.  

Atopik dermatitin yaranma səbəbləri.

AD-nin yaranmasına əsas səbəblərdən biri uşaqlarda qida allergiyasıdır. Bundan başqa tənəffüs yolları vasitəsilə orqanizmə daxil olan allergenlər də AD-yə səbəb ola bilər: ev tozu, akvarium balıqları üçün quru qida, hava təmizləyici aerozollar, insektisidlər, heyvanların tükü və dəri hissəcikləri. Əgər allergenlə əlaqə müntəzəm baş verirsə, onda dəri daha həssas və keçirici olur. Yuyucu tozlar, geyimdə üzərində qalan hissəciklər, geyim elementləri, sabun, bəzi parça növləri ilə əlaqə, uşağın təri və s. dərini qıcıqlandıra bilər, bu isə dəridə gedən iltihabı bir az da ağırlaşdırır. Həmçinin AD ilə zədələnmiş dəri qaşınır və uşaq dərini qaşımaqla infeksiyanın yoluxmasına gətirib çıxarır. Bu səbəbdən allergik iltihaba bakterial infeksiya da qoşula bilər. 

Atopik dermatitin əsas əlamətləri.

AD-nin ilkin əlamətləri uşaqlarda 2 yaşına qədər özünü göstərir. AD düzgün müalicə olunarsa, təxminən uşağın 5 yaşına qədər keçib gedir. Lakin AD-yə əhəmiyyət verilməzsə, onda xəstəlik daha ağır və xroniki formaya keçir, bütün həyatı boyunca insanı müşayiət edə bilər. AD-nin əsas simptomlarına aiddirlər: şiddətli qaşınma; dərinin daha nazik hissələrində qızartı, əsasən əl və ayaq büküşlərində, boyunda, dəri qatlarında; bir çox hallarda bədəndə səpgilər və üzdə irinli yaralar. Qeyd etmək lazımdır ki, ən iztirablı və təhlükəli simptom şiddətli qaşınmadır. Qaşınmanın təhlükəsi ondan ibarətdir ki, müntəzəm qaşınma zamanı dəridə mikroyaralar əmələ gəlir, bu zaman bakteriya və ya göbələklərlə asanlıqla yoluxma baş verir, bu da ikincili infeksiyalaşmaya səbəb olur. 

Atopik dermatitə qarşı profilaktik tədbirlər.  

Effektiv müalicənin vacib şərtlərindən biri də profilaktik tədbirlərin aparılmasıdır. İkincili profilaktika – xəstəliyin residivlərinin qarşısının alınmasına doğru yönəldilmiş tədbirlərdir. Bu zaman dəriyə qulluğun düzgün aparılması, geyimlərin təbii parçalardan olması, hipoallergen yuyucu vasitələrdən istifadə olunması, otaqlarda təmizliyin təmin edilməsi vacibdir.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.




Baxılma sayı: 68 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..