*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
3 DƏFƏ DAHA ÇOX ÖLÜM HALLARI: STRESS NİYƏ TƏHLÜKƏLİDİR.

3 DƏFƏ DAHA ÇOX ÖLÜM HALLARI: STRESS NİYƏ TƏHLÜKƏLİDİR.

Aptekonline.az    Stress -  bizi narahat edən neqativ hadisələrə qarşı psixikanın təbii müdafiə reaksiyasıdır. Lakin çoxlu miqdarda mənfi halların toplanması sinir pozğunluqlarına gətirib çıxara bilər. Müasir həyat tərzi yüksək stressə davamlılıq tələb edir. Davamlı stress çox təhlükəlidir, belə ki, nevroza, depresiyyaya gətirib çıxara bilər.

Stressin əsas yaranma səbəbləri. Stressi istənilən bir şey yarada bilər. Stress müəyyən tip insanlar – keçmişə çox bağlı, gələcək barədə isə hədsiz narahat olanlar üçün xüsusilə təhlükəlidir.  Profilaktik kardiologiya üzrə Avropa jurnalında dərc olunmuş tədqiqatlar sübut edir ki, stress və yuxusuzluq hipertoniyadan əziyyət çəkən insanlarda ürək damar sistemi xəstəliklərindən olüm riskini 3 dəfə artırır. Müəyyən olunub ki, bir neçə il ərzində davam edən stress və pis yuxu nəticə olaraq energetik resursların tükənməsinə və erkən ölümə gətirib çıxarır.

Stress zamanı müşahidə olunan əlamətlər. Hədsiz qıcıqlanma hissi, qərar qəbul etməkdə çətinlik çəkmə, yumor hissinin itməsi, gizli qəzəb, diqqət pozğunluqları, qarşıya qoyulmuş məsələləri sonadək həll edə bilməmək qorxusu, ətrafdakıların düşmən mövqedə olması barədə yalnış mühakimə, hər bir xırda problemə görə göz yaşları, işdən kənar həyata marağın itməsi, yuxudan oyanan zaman əzginlik hissi, daimi yorğunluq.

Müalicə və profilaktika yolları.  Sinir gərginliyini müalicə etmək lazımdır və bu vacibdir. Stressin erkən mərhələlərində güclü təsirə malik olan dərmanlarsız da keçinmək olar. Bu mərhələlərdə  massaj və vannalar, həmçinin həyat tərzi və adətlərin dəyişdirilməsi, vitaminlərlə zəngin qidalarla qidalanma, fitoterapiya, yüngül sakitləşdirci preparatlar, aromaterapiya kimi prosedurlar yaxşı effekt verir. Əgər stress artıq insanı bütünlüklə öz əlinə almışsa, o halda mütləq psixoterapiyaya müraciət etmək lazımdır. Əgər stress artıq depressiyaya çevrilibsə ciddi dərman müalicəsinə ehtiyac vardır. Bu hallarda mütləq həkim nəzarəti altında antidepressantlar, trankvilizatorlar, neyroleptiklər qəbul etmək lazımdır. Gərginliyi azaltmaq və sakitləşmək üçün sakitləşdirici təsirə malik fitopreparatlardan da istifadə etmək mümkündür. Bir sıra bitki ekstraktları yüngül sakitləşdirici təsirə malikdirlər. Stress zamanı istifadə olunan fitovasitələrin tərkibinə əsasən, damotu, pişikotu, bədrənc, çobanyastığı, adaçayı kimi bitkilər daxildir.

Ümumilikdə, həyat tərzinin dəyişdirilməsi, düzgün qidalanma, fiziki bədən tərbiyəsi, istirahət, çətinlikləri aşmaq üçün özünə pozitiv vərdişlərin  aşılanması  adaptasiya olmaq qabiliyyətində köklü dəyişikliklərə və xroniki stressin acı nəticələrini aradan qaldırmağa gətirib çıxara bilər.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.

Baxılma sayı: 56 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..