*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
KİPRİK DEMODEKOZUNUN MÜALİCƏSİ


KİPRİK DEMODEKOZUNUN MÜALİCƏSİ

Yay mövsümündə isti və təmiz hava, eləcə də vitaminlərlə zəngin təbii meyvə-tərəvəzlər sağlamlıq və yaxşı əhval-ruhiyyə ilə assosiasiya olunur. Lakin yay fəsli özünü bir çox ciddi,mövsümü xəstəliklərlə də biruzə verir.

Demodekoz nədir? Demodekoz xəstəliyini dərialı yaşayan demodeks gənələri törədir. Kiprik gənəsi bu xəstəliyin ikinci adıdır. ÜST göstərir ki, yer kürəsi əhalisinin təxminən 90%-i bu parazitin daşıyıcısıdır. İnsanlarda demodekoz xəstəliyinə ən çox üz dərisində, alın, göz qabaqları ətrafında, başın tüklü nahiyəsində, kipriklərdə və qaşlarda rast gəlinir.

Kiprik demodekozu parazitar bir xəstəlikdir. Onun törədicisi gənədir (demodeks). Hazırda bu gənələrin 65 müxtəlif növü vardır. Bu dərilatı gənələrin 2 növü Demodex folliculorum və Demodex brevis yalnız insanda parazitlik edir. Demodex folliculorum insanda saç folikullarında,  piy vəzlərində, kipriklərin meybom piy vəzilərində parazitlik edir. Gənə olduqca kiçik ölçüyə malikdir, tük folikullarında və piy vəzilərində çoxalır, ölmüş dəri hüceyrələri ilə qidalanır, insan orqanizmdən xaric çoxalması dayanır.

Yaranma səbəbləri. Xəstəliyin yaranmasına aşağıdakı səbəblər  təsir göstərir: ahıl dövrü, həzm sisteminin xroniki xəstəlikləri, metabolik xəstəliklər, immunitetin aşağı düşməsi, güclü stress, iqlim dəyişikliyi, kortikosteroidlərin uzunmüddətli istifadəsi.

Demodekozun simptomları. Demodekoz tək üz dərisində deyil, başın tüklü nahiyəsində, kipriklərdə və qaşlarda da ola bilər. Bu zaman saçlar, kipriklər və qaşlar tökülür, dəri qızarır, qaşınır. Bəzi hallarda tək kipriklərin deyil, həmçinin konyunktivanın zədələnməsi qeydə alınır. Bu zaman artıq demodekoz blefarokonyunktivit haqqında danışılır. Belə halda yuxarıda göstərilən simptomlara gözlərdə yorğunluq, qaşınma, şişkinlik, göz qapağı kənarlarının qızarması, kipriklərin, qaşların tökülməsi, kəpəklənməsi, kipriklərin bir-birinə yapışması və quruyaraq sarı rəngli qabıqların əmələ gəlməsi kimi əlamətlər əlavə olunur. Bu sadalanan əlamətlər səhərlər daha çox özünü göstərir.

Kiprik gənəsinin müalicə yolları. İlk növbədə infeksiyanı dayandırmaq lazımdır. Terapiya zamanı bütün hərəkətlər əsas patologiyanın aradan qaldırılmasına yönəlməlidir. Eyni zamanda  metabolizmin yaxşılaşdırılmasına, immun sisteminin gücləndirilməsinə və hormonal xəstəliklərin yaratdığı təsirlərin aradan qaldırılmasına kömək edəcək dərmanlar təyin olunmalıdır. Müalicə zamanı vitamin komplekslərinin qəbulu effektiv sayılır. Müalicə zamanı göz qapaqlarının dərisində iltihablanma prosesini aradan qaldırmaq üçün preparatlar təyin olunur. Bundan əlavə pəhriz və şəxsi gigiyenaya da riayət olunmalıdır. Həmçinin mədə-bağırsaq traktını yaxşılaşdıran xüsusi preparatlar təyin edilir.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.


Baxılma sayı: 95 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..