*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
HAMİLƏ QADINLARDA ANEMİYANIN MÜALİCƏSİ – GƏLƏCƏK NƏSLİN SAĞLAMLIĞININ TƏMİNATIDIR!

HAMİLƏ QADINLARDA ANEMİYANIN MÜALİCƏSİ – GƏLƏCƏK NƏSLİN SAĞLAMLIĞININ TƏMİNATIDIR!

Dəmir Defisitli Anemiyanın (DDA) profilaktika və müalicəsi ÜST-ın ən vacib proqramlarından biridir. DDA-nın yayılması, hətta inkişaf etmiş ölkələrdə belə yüksəkdir və əhalinin təxminən 30% -ni əhatə edir. Anemiya ilə xəstələnmənin ən yüksək həddi hamiləlik dövründə baş verir və orta hesabla 50%-dən çox olur. Anemiya hamiləliyin patoloji gedişatının əsas amillərindən biridir.

Anemiyanın hamiləliyin gedişatına təsiri. Hamiləlik dövründə dəmir ananın qan yaranma proseslərinə sərf olunmaqla yanaşı, dölün ehtiyaclarına da xərclənir. Hamiləliyin sonuna yaxın hər hansı bir qadında dəmir ehtiyatları tükənir və onların tam bərpası üçün 2-3 il tələb olunur. Hamiləlik dövründə baş verən anemiyanın digər səbəbi isə qida rasionunda kifayət qədər ət məhsullarının olmamasıdır.

Hamiləlik dövründə anemiyanın dərəcələri. Qanda hemoqlobinin göstəricisinə əsasən, hamiləlik zamanı anemiyanın aşağıda qeyd olunan dərəcələri vardır:

DDA-nın ağırlıq dərəcəsi

Hb səviyyəsi, q/l

Müalicə müddəti, həftələr

Yüngül

90-100

3-4

Orta

70-89

8-12

Ağır

<70

16 və daha çox

Hamiləlik dövründə anemiyanın simptomları. Hamiləlik dövründə anemiya zamanı adətən hipoksiyaya dəlalət edən simptomlar önə çıxır: zəiflik, yorğunluq, yuxu pozğunluğu, gündüz - yuxululuq, gecə - yuxusuzluq, baş ağrıları, başgicəllənmə, qulaqda küy, tənginəfəslik, ürək döyüntüsü, bayılma. Hamiləlik dövründə toxumalarda dəmir çatışmazlığı ilə əlaqədar anemiyanın təzahürləri: dəri quruluğu və çatları, dodaq haşiyəsinin iltihabı, çatlar, dəri törəmələrin kövrəkliyi və qırılması, saç tökülməsi.

Hamiləlik dövründə anemiya ilə bağlı ağırlaşmalar. Anemiyanın ən çox rast gəlinən ağırlaşmaları aşağıdakılardır: düşük təhlükəsi, hestoz, arterial təzyiqin aşağı düşməsi, ciftin vaxtından əvvəl soyulması, dölün inkişafdan qalması və erkən doğuş, yenidoğulmuşlarda anemiya.

DDA-nın müalicəsi. Bütün DDA-lı xəstələr üçün dəmir tərkibli preparatlarla müalicə göstərişdir. Son illər tərkibində dəmir, C və B12 vitaminləri, fol turşusu saxlayan kombinəolunmuş preparatlardan istifadə olunur. Liposomal dəmirin istifadəsi çox maraqlıdır. Müasir nanotexnologiya istehsalı sayəsində dəmir liposomal qatın içərisinə yerləşdirilir, yəni lipidlərin ikiqat təbəqəsi ilə örtülür. Liposomal birləşmənin nüvəsində olan dəmir mədə-bağırsaq traktının divarları ilə təmasda olmur və onu qıcıqlandırmır. Liposomal çatdırılma sistemi dəmirin maksimal sorulmasını və biomənimsənilməsini təmin edir. C vitamini dəmirin sorulmasını gücləndirir və biomənimsənilməsini yaxşılaşdırır. B12 vitamini və fol turşusu DNT sintezi və yeni hüceyrələrin inkişafı üçün vacibdir.


Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda  www.aptekonline.az saytına istinad olunma mütləqdir.


Baxılma sayı: 26 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..