*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
ASTENİYA, XRONİKİ YORĞUNLUQ SİNDROMU

ASTENİYA, XRONİKİ YORĞUNLUQ SİNDROMU

Asteniya – adəti iş zamanı tez yorulma ilə müşayiət olunan bir vəziyyətdir. Tez yorulma – xəstələrin həkimlərə etmiş olduqları ən geniş yaylmış şikayətlərdəndir və astenik vəziyyət zamanı əsas əlamət olur. Asteniyanın əhali arasında yayılması, müxtəlif tədqiqatçıların mənbələrinə görə, 10%-dən 45%-ə qədər dəyişir. Xəstələr asteniyanı yüksək dərəcəli yorulma kimi dəyərləndirsələr də, elmi tərəfdən onu adi yorğunluq hissindən fərqləndirmək lazımdır. Adəti yorulma həddən artıq fiziki və əqli yüklənmədən sonra, saat qurşağını dəyişdikdə, istirahət və əmək rejiminə düzgün riayət olunmadıqda yaranır. Fizioloji yorulmadan fərqli olaraq asteniya tədricən inkişaf edir, uzun müddət (aylar, illər) davam edir, tam istirahətdən sonra belə keçmir, həkim müdaxiləsinə ehtiyac yaranır. 

Astenik sindromla adi yorğunluq arasında olan fərq.

Yorğunluq

Asteniya

Fizioloji (normal) haldır

Patoloji haldır

Müvafiq şəkildə yüklənmədən sonra yaranır

Adəti yüngül iş görmə zamanı yaranır

Dincəldikdən sonra keçir

Tam dincəldikdən sonra keçmir

Xüsusi müalicə tələb etmir

Xüsusi müalicə tələb edir

Xroniki yorğunluq sindromunu virus xəstəliyindən sonra yaranan zəiflik sindromu da adlandırırlar, hansı ki, uzun müddət davam edir, daimi xarakter alır, geniş spektrli əlamətlərlə müşayiət olunur.

Yaranma səbəbləri. Asteniya təbabətdə ən geniş yayılmış sindromdur. Bir sıra somatik və infeksion xəstəliklərdən sonra yarana bilər. Xroniki yorğunluq sindromu isə keçirilmiş virus infeksiyasından sonra, ağır emosional zədələnmə, stresdən sonra inkişaf edir.

Əlamətləri. Yüksək dərəcədə yorulma; ətraf mühit qıcıqlarına qarşı yüksək həssaslıq; boğaz ağrısı, ağrılı limfatik düyünlər, oynaqlarda, əzələlərdə ağrı (qızartı, şişkinlik olmadan); yuxu pozğunluğu, əsasən özünü gecə yuxusu zamanı deyil, gün boyu göstərir; baş ağrıları, tərləmə,  ürəkdöyünmə, başgicəllənmə, qarın boşluğunun yuxarı nahiyəsində ağrı, diskomfort hissi.

Ağırlaşmalar. Xroniki yorğunluq sindromu olan xəstələrdə əhval-ruhiyyənin enməsi baş verir, bu özünü işə marağın azalması şəklində göstərir. Xroniki yorğunluq sindromu zamanı ekzema, astma kimi allergik xəstəliklər ağırlaşa bilər.

Müalicə. Müalicə kompleks şəkildə aparılmalıdır. Preparatlar xroniki halın mənbəyindən asılı olaraq təyin olunur. Bunlar antidepressantlar, gündüz trankvilizatorları, vitaminlər, immunomodulyatorlar və s. ola bilər. Kompleks müalicəyə eyni zamanda fizioterapiya da daxildir: maqnitoterapiya, su prosedurları, akupunktura, massaj.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.



Baxılma sayı: 22 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..