*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
İNTİM GİGİYENA VƏ CİNSİ YOLLA KEÇƏN İNFEKSİYALARIN PROFİLAKTİKASI.


İNTİM GİGİYENA VƏ CİNSİ YOLLA KEÇƏN İNFEKSİYALARIN PROFİLAKTİKASI.

İntim gigiyena hər bir qadının həyatında böyük əhəmiyyət kəsb edir. Müasir şəraitdə bu məsələ daha da aktuallıq qazanıb. İntim zona xüsusi qulluğa ehtiyacı olan spesifik floradır. İntim gigiyena üçün uyğun vasitələrdən istifadə edərək, müxtəlif xəstəliklərdən qorunmaqla yanaşı, gün ərzində rahatlıq hissi də əldə edə bilərsiz. İntim gigiyenanın əsas vəzifəsi ginekoloji orqanların patologiyalarının profilaktikası üçün ilk növbədə genital orqanların iltihabi xəstəliklərinin qarşısının alınmasıdır.

İntim gigiyena qaydaları:

1.Xarici cinsi üzvlərinin yuyulması üçün sabun istifadə edilməməlidir, ancaq isti su istifadə olunmalıdır. Yuyunma təmiz yuyulmuş əllərlə gün ərzində iki dəfədən az olmayaraq aparılmalıdır.

2.Yuyunma zamanı su axarı və əl hərəkətləri öndən arxa tərəfə doğru olmalıdır (düz bağırsaq ətrafından müxtəlif xəstəlik törədicilərinin xarici cinsiyyət üzvlərinə keçməsinin qarşısını almaq məqsədilə) 

3.Qadınlar alt paltarını kətan və ya pambıqdan seçməlidirlər. Bu materiallardan fərqli olaraq, sintetik alt paltarları dərinin nəfəs almasına imkan vermir. Buna görə də intim zonanın nəmliyi artır və bakteriyaların inkişafı üçün ideal bir mühit yaranır.

4.Gigiyenik qadın bezlərini (həm gündəlik, həm də menstruasiya zamanı istifadə olunan) hər 2- 4 saatdan gec olmamaqla dəyişdirmək lazımdır. Əgər gigiyenik vaginal tamponlardan istifadə olunursa bilmək lazımdır ki, hər iki saatdan bir dəyişilmə aparılmalıdır.

Cinsi yolla keçən infeksiyalar (CYKİ) hansılardır və onların əsas törədiciləri.

Məlumdur ki, cinsi əlaqə zamanı bir insandan digərinə 30-dan çox növ müxtəlif bakteriyalar, viruslar və parazitlər ötürülür. CYKİ əsas törədəcilərinə yumşaq şankr, sifilis, qonoreya, xlamidioz, trixomoniaz, qardanelyoz, sadə herpes virusları  (SHV və ya herpes), insan papilloma virusu (İPV).

CYKİ əsas simptomları.

CYKİ-lar bir çox insanda əlamətsiz keçə bilər. CYKİ-nın ümumi simptomları bunlardır: uşaqlıqdan xaricolmalar, kişilərdə sidikaxarı kanaldan ifrazat, genital xoraların olması, qarının aşağı hissəsində ağrıların yaranması.

CYKİ profilaktika yolları.

CYKİ-in qarşısının alınmasında effektiv profilaktik tədbirlər arasında şəxsi gigiyena qaydalarına əməl edilmə, prezervativ və yaxud yerli bakterisid vasitələrdən istifadə olunma,  təsadüfü cinsi əlaqələrdən çəkinmə, müntəzəm olaraq ginekoloq və uroloq ziyarəti durur.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.


Baxılma sayı: 100 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..