*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
BİZ GÖBƏLƏKDƏN QORUNURUQMU?


BİZ GÖBƏLƏKDƏN QORUNURUQMU?

Aptekonline.az bildirir ki,yay aylarında, şəhərdə açıq ayaqqabılarla, çimərlikdə çılpaq ayağımızla gəzirik və göbələk xəstəliyinin təhlükəsi barədə unuduruq. Göbələklə yoluxmaq asandır, lakin müalicəsi çox vaxt aparır.

Ayaq göbələk infeksiyası və ya mikozu - ayaqların, dırnaqların, barmaq arası nahiyyənin ən çox yayılmış xəstəliklərindən biridir. Rəsmi statistik məlumatlara görə, əhalinin 35%-i bu infeksiyaya yoluxur. Ancaq bütün xəstələr ayaqlarında  göbələk xəstəliyinin olduğunu dərhal hiss etmir, buna görə də  həkimə müraciət üçün tələsmirlər. Həkimə problem nəzərəçarpacaq hala gəldikdə müraciət edirlər. Bu da əlbəttə ki, müalicə müddəti uzanmasına və müalicənin çətinləşməsinə gətirib çıxarır.

Bir insan ayaqlarında göbələk xəstəliyinin olmasını necə anlaya bilər? İlk görünən əlamətlər qızartı, qaşınma və ayaq dərisində yanğı hissi, barmaqlar arasında çatlarıdır. Dırnaqlara da, xüsusi diqqət yetirmək lazımdır, çünki bu zaman dırnaqda da struktur dəyişikliyi baş verir, dırnaq qalınlaşır, qırılır, rəngi dəyişir, dırnağın ətrafında dəri şişir və qızarır. Spesifik qoxu əmələ gəlir.

Bu nə üçün baş verir, biz harada və necə yoluxuruq? Risk zonasına ictimai yerlər, su kompleksləri, idman zalları, paltardəyişmə otaqları, sauna, hamam və çimərlikləri aid etmək olar. Yoluxmamaq üçün başqalarının ayaqqabıları geyinilməməli, ictimai yerlərdə ayaqyalın gəzilməməlidir. Əlbəttə ki, manikür aksesuarlarını dezinfeksiya etməyi də unutmayın. Bundan əlavə həddindən artıq tərləmə, immunitetin aşağı olması, endokrin sistemdə olan pozulmalar, xroniki xəstəliklər, diabet, hipo və avitominozlar və QİÇS də göbələk infeksiyalarına səbəb ola bilər.

Göbələk infeksiyasına yoluxmamaq üçün nə edilməlidir? Gigiyena qaydalarına ciddi riayət edilməli, əllərə və  ayaqlara qulluq edilməlidir. Manikür və pedikür edildikdə avadanlıqların təmizliyinə diqqət edilməlidir. Yoluxma riskinin geydiyimiz ayaqqabılardan asılı olduğunu bilmək lazımdır, ayaqqabı seçərkən təbii materiallara üstünlük verilməlidir. Həddindən artıq tərləməyə, əllərin və ayaqların quruluğuna qarşı mübarizə aparmaq və  yastıpəncəliliyi müalicə etmək lazımdır. Uzunmüddətli antibiotikoterapiya və hormonal preparatlar qəbul edən şəxslərdə profilaktik müalicə aparmaq lazımdır.

Göbələk infeksiyası nə qədər müddətə müalicə edilir? Təkrar xəstələnmə mümkündürmü? Düzgün müalicə dərinin və dırnaqların zərər görmüş sahəsi nəzərə alınaraq, yalnız dermatoveneroloq tərəfindən təyin edilir. Xəstəliyin müalicəsi uzun müddətdir. Dəri göbələyinin müalicəsi orta hesabla 14-21 gün davam edir və il ərzində xəstə dinamik müşahidə olunur. Dırnaq göbələyinin müalicəsi, zədələnmədən asılı olaraq 6-8 aya qədər davam edir. Xəstənin dinamik müşahidəsi isə 2 ilədək davam edə bilər. Göbələk infeksiyasına təkrar yoluxma halı mümkündür.

Yaddan çıxartmaq lazım deyil ki, göbələk xəstəliyi ilə zədələnmiş dırnaqlara malik insanlar ümumi ev əşyaları vasitəsilə, uşaqlar da daxil olmaqla, sevdikləri üçün təhlükə yaradırlar.

 Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


Baxılma sayı: 85 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..