*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
YAY MÖVSÜMÜNDƏ GİNEKOLOJİ İNFEKSİYALARIN YAYILMASI.


YAY MÖVSÜMÜNDƏ GİNEKOLOJİ İNFEKSİYALARIN YAYILMASI.

Aptekonline.az bildirir ki, yayda əsas ginekoloji problemlərə birmənalı “süd” yarası (kandidoz), miomanın böyüməsi və Cinsi Yolla Keçən Xəstəliklər (CYKX) aiddir. Statistik məlumatlara əsasən CYKX-in maksimal yayılması məhz yay aylarında və məzuniyyət dövründə qeydə alınır.

Ginekoloji infeksiyaların yaranmasının əsas səbəbləri. Müdafiə olunmamış cinsi əlaqə, qeyri-steril tibbi avadanlığın istifadəsi, CYKX simptomları olan insanlarla bədən kontaktının olması müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər, məsələn, trixomoniaz, qonoreya, sifilis, xlamidioz, genital herpes və s. Ginekoloji infeksiyaların yaranmasının əsas səbəbləri və əlamətləri.

CYKX növləri törədicinin tipindən asılı olaraq bakterial, virus, göbələk infeksiyalarına, ibtidai mikroorqanzmlərlə törədilmiş infeksiyalara və parazitar xəstəliklərə bölünürlər. CYKX əsas simptomlarına aiddirlər: sidik ifrazatı və ya cinsi akt zamanı ağrı, sidik ifrazatı sayının artması, cinsiyyət orqanlarda göynəmə və qaşınma, uşaqlıq yolundan qeyri-adi xaricolmalar və ya aybaşı arası qanaxmalar, qarının alt nahiyyəsində ağrılar, cinsiyyət orqanları nahiyəsində qızartılar, ziyillər və xoralar, fərqli qanaxmalar. Ginekoloji infeksiyaların əsas ağırlaşmaları. Bu xəstəliklər müalicə tələb edir. Əks halda uşaqlıq yolu disbakteriozu, uşaqlığın divarları və selikli qişasının iltihabı, uşaqlıq borularının spaykası və keçməməzliyi, sonsuzluq kimi ağırlaşmalar qeydə alına bilər. Hər beşinci pasiyentdə xəstəlik xroniki formaya keçir. Ginekoloji infeksiyaların müalicə və profilaktika yolları. CYKX-nin yoluxma riskini azaltmaq üçün prezervativlərin istifadəsi vacibdir. Hazırda uşaqlıq yolunun selikli qişasına təsir edən çoxsaylı antiseptik məhlullar, spreylər və suppozitoriyalar mövcuddur. Ancaq yaddan çıxartmaq lazım deyil ki, bu preparatların istifadəsi uşaqlıq mikroflorasının pozulmasına gətirib çıxarır, bu da, “süd” yarasının inkişafı üçün əlverişli şərait yaradır. CYKX-nin profilaktikasının təşkilində ilkin profilaktika çox vacibidir. Bunun tərkibinə CYKX-yə yoluxmanın qarşısını almaq üçün davranış modellərinin dəyişməsinə yönəlmiş elmi əsaslandırılmış tədbirlərin keçirilməsi daxildir. Onlara tibbi maarifləndirmə, CYKX və onların nəticələri haqqında əhalinin məlumatlandırılması aiddir. CYKX-nın ikincili profilaktikası xəstənmiş və xəstəlik keçirmiş insanlara başqalarını yoluxdurmamalarına dair və yenidən yoluxmanın qarşısını alınmasına dair tədbirlərin keçirilməsidir. İkincili profilaktika bu xəstəliklərə yoluxmuş şəxslərin məlumatlandırılmasına, onlarla müvafiq söhbətlərin aparılmasına, mühazirələrin oxunmasına, broşurlar, haddaş kitabçaları, bukletlərin və sanitar bülletenlərin çap olunmasına, həmçinin pasiyentlərin davranışının təhlükəsiz formaya keçməsinə yönəlib.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.Materiallardan istifadə olunduqda www.kanonaptek.az saytına istinad olunma mütləqdir.

Baxılma sayı: 16 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..