*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
MÜASİR QADINLARIN AKTUAL PROBLEMİ.


MÜASİR QADINLARIN AKTUAL PROBLEMİ.

Aşağı ətraflarda venaların genişlənməsi çox aktual tibbi və sosial problem olmaqdadır. Yer üzündə hər beş qadın və hər doqquz kişinin biri varikoz genəlmədən əziyyət çəkir. Damarların varikoz genəlməsinə səbəb son 30-40 il ərzində həyat tərzimizin dəyişməsidir. Biz az hərəkət edir və qaçırıq, idmanla az məşğul oluruq, əsasən rafinə olunmuş ərzaqlarla qidalanırıq. “Ayaqüstü” və “oturaq”  tərzli peşələr (həkim, müəllim, aşbaz, bərbər, mühasib), irsi faktor bu xəstəliyin yaranma riskini artırır.

Varikoz xəstəliyinin səbəbləri və fəsadları. Çoxları varikoz genişlənməni səhvən sadəcə estetik problem hesab edirlər. Lakin venaların varikoz genəlməsi - tromboz, tromboflebit, infarkt və insulta səbəb ola bilən damar divarının inkişaf edən patologiyasıdır. Varikoz genəlmə ciddi müalicə tələb edir və xəstəliyin erkən mərhələsində aparıldıqda yaxşı nəticə əldə olunur. Varikoz xəstəliyi venaların divarında kollagen çatışmazlığı ilə əlaqədardır. Qadınlarda varikoz genəlmə kişilərə nisbətən daha çox aşkar edilir. Çünki damarların strukturunu təşkil edən birləşdirici toxuma qadınlarda daha zəifdir. Normada qan ürəyə doğru axır, damar divarındakı klapanlar isə onun geriyə doğru axmasına imkan vermir. Klapanlar zəif işləyən zaman qan geri sızmağa başlayır. Nəticədə, şişkinlik, qıcolma və ağrılar yaranır. Kontraseptivlərin, digər hormonların istifadəsi və hamiləlik venalarda varikoza səbəb ola bilər.  Hamiləlik zamanı ifraz olunan progesteron damar divarlarının tonusunu azaldır.

Varikoz xəstəliyinin əlamətləri. Damar ulduzları, axşamlar ayaqlarda şişkinlik və ağırlıq, genişlənmiş dərialtı venaların görünməsi, ayaqda ağrı, ağır hallarda isə kəskin genişlənmiş venaların fonunda dərinin piqmentasiyası, daban və topuqlarda daimi ödem, ayaqlarda qıcolma, trofik xoralar varikoz xəstəliyinin əsas əlamətləridir. Lakin varikoz xəstəliyi hər zaman xora ödem və qıcolmalarla nəticələnmir. Xəstəliyi təhlükəli edən də elə budur. Belə ki, uzun müddət simptomsuz keçən xəstəlik tromboflebit, ayaqda qaşınma, bərkimə ilə özünü qəflətən biruzə verə bilər.

Varikoz xəstəliyinin müalicəsi və profilaktikası. Xəstəliyin müxtəlif müalicə yolları vardır: cərrahi əməliyyat, endo-cərrahi üsul, lazer terapiyası və skleroterapiya. Lakin untmayaq ki, varikozu tam aradan qaldırmaq mümkün deyil, xəstəlik yalnız lokal olaraq aradan qaldırılır. Ağırlaşmaların qarşısını almaq üçün simptomları aradan qaldırmaq mümkündür və vacibdir. Varikoz xəstəliyinin profilaktikası üçün piyada gəzmək, üzmək, qaçmaq, velotrenajorlar, velosiped və xizək sürmək tövsiyə edilir. Varikoz genəlmə zamanı müalicəvi-profilaktik kompression trikotaj geyinmək, profilaktik vasitələr olan venotoniklər qəbul etmək məsləhət görülür. Venotoniklər təhlükəsizdir, əksər hallarda bitki tərkibli olur. Peroroal və yerli istifadə olunan vasitələr birgə qəbul olunduqda daha yaxşı effekt əldə olunur.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekaptek.az saytına istinad olunma mütləqdir.


Baxılma sayı: 24 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..