*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
YAYDA SİSTİT.

YAYDA SİSTİT.

Sistit - sidik kisəsinin selikli qişasının iltihabıdır. Bu xəstəlikdən daha çox qızlar və qadınlar əziyyət çəkir. Çünki qadın orqanizminin quruluş xüsusiyyəti xəstəlik törədən bakteriyaların asanlıqla sidik kisəsinə düşməsinə imkan verir. Statistikaya görə 15-60 yaş arası qadınların 15%-i həyatında heç olmasa bir dəfə sistit olublar.

Sistitin simptomları. Sistit zamanı ilkin olaraq sidik kisəsi nahiyəsində ağrı, tez-tez sidiyə getmə kimi əlamətlər müşahidə olur. Sidik bulanır, xoşagəlməz qoxusu olur, bəzən qan izləri görünür. Əfsuslar olsun ki, bu xəstəlik insanları daha çox yayda, məzuniyyət vaxtı narahat edir. Qadınlar sistit zamanı fiziki diskomfortla yanaşı psixoloji baxımdan narahat olurlar. Həyəcan hissi, ayaq yoluna tez-tez getmək ehtiyacı, əhval ruhiyyənin olmaması nəticədə yorğunluğa gətirib çıxarır. Biz məzuniyyətdən bunu gözləyirdik? Sistit uzunmüddət ərzində gözlənilən istirahəti körlaya bilər.

Sistitin səbəbləri. İnfeksiyaya şərait yaradan faktorlar zəifləmiş immunitet, soyuqlama, xroniki yorğunluq və şəxsi gigiyena qaydalarına əməl etməməkdir. Sırf yay aylarında səyahət zamanı sistitlə asanlıqla xəstələnmək mümkündür, çünki gündəlik rejimin dəyişməsi, uzun müddət nəqliyyatda olma gigiyena qaydalarına tam olaraq riayət etməyə imkan vermir. Xüsusilə dənizdə soyuq suda çimmək vəziyyəti daha da pisləşdirir. Demək olar ki, hamı çimdikdən sonra çimərlik geyimini dəyişmir. Bu halda bakteriyalar asanlıqla sidik kanalına, sonra da sidik kisəsinə keçə bilərlər.

Sistitin profilaktikası. Özünüzü qorumaq üçün hər dəfə dənizdə çimdikdən sonra duş qəbul edin. Sidiyə vaxtında gedin, çoxlu maye qəbul edin, hərəkətli olun, qəbizliyi aradan qaldırın, şəxsi gigiyena qaydalarına əməl edin. Sistitin müalicəsi zamanı iltihabı aradan qaldırmaq üçün bitki tərkibli, xüsusilə quşüzümü tərkibli əlavələrdən istifadə etmək tövsiyə olunur. Sistit zamanı vaxtında həkimə müraciət edin. Xəstəliyin müalicə kursu uzun müddətli deyil, amma vaxt itirsəz, xəstəlik xroniki hala keçəcək təkrar-təkrar sizi narahat edəcək.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.


Baxılma sayı: 17 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..