*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
GÜNDƏLİK HƏYATA STRESSİN TƏSİRİ VƏ ONUN FİTOTERAPİYASI.


GÜNDƏLİK HƏYATA STRESSİN TƏSİRİ VƏ ONUN FİTOTERAPİYASI.

Müasir həyatın daimi gərginliyi və əsəbiliyi stressi insanlarda daimi yoldaş edib. Son analizlər göstərir ki, insan resursların 1,3%-i stress, depressiya və həyəcan kimi vəziyyətlərdən əziyyət çəkirlər. Stress psixi xəstəliklərin, xüsusən, əvvəlcə nevrozların, sonra isə depressiyanın, həyəcanın və yuxususluğun yaranmasına səbəb olur.

Stressin yayılması. ÜST məlumatlarına görə, əsas xəstəliklərin arasında 2020-ci ildə depressiv pozulmalar dünyada ikinci yerdə olacaqldır. Həyəcan – insanlarda qorxu ilə bağlı adi bir emosiyadır və psixoloji mühitə qarşı adaptasiya mexanizmi kimi çalışır. Bütün dünyada hər beş insandan birinin həyatında heç olmasa bir dəfə həyəcan pozulmaların kliniki əlamətləri müşahidə olunur. Həyəcan pozulmaları rast gəlinən insanlarda yuxusuzluq müşahidə olunur. Yuxusuzluq əhali arasında əhəmiyyətli dərəcədə fiziki pozulmalar yaradan geniş yayılmış problemdir. Dünya əhalisinin 9-15%-i yuxusuzluqdan əziyyət çəkir. Depressiya, həyəcan və yuxusuzluq psixiatrik xəstəliklər ilə yanaşı olan geniş yayılmış psixi pozulmalardır. İndiki zamanda dərman müalicəsi daha çox əhval pozulmalarında istifadə olunan üsuldur.

Stressin fitoterapiyası. Fitoterapiya daha tez-tez istifadə olunan qeyri-ənənəvi təbabətin formasıdır. Amerikanın yaşlı əhalisinin 18,6%-dan çoxu 1997-ci il ilə müqaisədə 2002-ci ildə müalicə məqsədi ilə 15% daha çox bitkilərdən istifadə ediblər. Stressin müalicədə istifadə oluna bilən bitkilər sakitləşdirici, yuxugətirici və həyacan əleyhinə təsir malik olmalıdırlar. Aşağıda bu təsirə malik, daha geniş tətbiq olunan bitkilər haqqında qısa məlumat verilir.

Pişikotu (Valeriana officinalis L.) – pişikotun kökü psixi aktivliyə daha çox malik olan vasitə sayılır, onun ekstraktları isə yuxugətirici və həyacan əleyhinə vasitə kimi istifadə olunur. Kliniki tədqiqat göstərib ki, pişikotu adaptasiya pozulması olan həyacanlı pasiyentlərdə həyacan əlamətlərin azalmasında effektivdir. Mayaotu  (Humulus lupulus L.) – sedativ və həyacan əleyhinə (anksiolitik) təsir göstərə bilir, yuxunu yaxşılaşdırır. E Komissiyası tərəfindən mayaotu yuxululuq qətirən vasitə kimi təstiq olunub. Çobanyastığı  (Matricaria chamomilla L.) - yuxu pozulmalarında və həyacan vəziyyətlərində istifadə olunur. Daziotu (Hipericum perforatum L.) - stresin müalicəsində və depressiv vəziyyətlərdə antidepressant kimi istifadə olunur. Bədrənc (Melissa officinalis L.) - ənənəvi olaraq yumşaq sedativ və həyacan əleyhinə vasitə kimi istifadə olunur. Əsəbiliyin və yuxusuzluğun müalicəsində E Komissiyası tərəfindən təstiq olunub və xalq təbabətində həyacan vəziyyətlərində, mədə xəstəliklərində (streslə bağlı), isteriya, melanxoliya, miqren, baş ağrılarında istifadə olunur. Passiflora (Passiflora incarnata L.) – yüngül psixi streslərin əlamətlərin yüngülləşməsində, yuxunun yaxşılaşmasında və həyacan vəziyyətlərinin aradan götürülməsində istifadə olunur. Depressiya, yuxusuzluq, həyacan əlamətləri olan pasiyenlər bu vəziyyətlərdən azad olmaq üçün həkim məsləhətindən sonra tərkibində sakitləşdirici bitkilər saxlayan vasitələrdən istifadə edə bilərlər.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


Baxılma sayı: 56 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..