*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
AYAQ GÖBƏLƏYİNƏ ZƏRBƏ.

AYAQ GÖBƏLƏYİNƏ ZƏRBƏ.

Hava və suyun istiləşməsi şəhər əhalisinin çimərliklərə olan maraqlarını artırır. Məhz nəm və rütubətli mühit bir çox infeksion xəstəliyin yayılmasının əsas səbəblərindəndir. Belə mühitdə ən çox yayılan xəstəlik ayaq göbələyidir. Xəstəlik vaxtında aşkarlanıb müalicə olunmazsa, bütün bədən səthinə yayıla bilər. Bütün dermatoloji xəstəliklər sırasında dırnaq və dərinin göbələk xəstəliyinin yayılma  tezliyi  45%-dir.

Göbələk xəstəliyini vaxtında necə aşkar etməli? Göbələk xəstəliyinin törədicilərinə görə göbələk xəstəlikləri  rubrofitiya və epidermofitiya olmaqla 2 qrupa bölünür. Hər iki göbələk xəstəliyinin kliniki görünüşü və inkişaf mexanizmi bir-birinə çox oxşadığı üçün onları “mikoz” adıyla birləşdirirlər. İnfeksiyanın əsas yayılmasına kömək edən dırnaq göbələyi (onixomikoz) və ayaq göbələyidir.

Ayaq və dırnaq göbələklərinin əsas simptomlarına barmaqlar arasında çatlar (adətən 1 və 2-ci, 4 və5-ci barmaq arasında), dırnaqların həddən artıq qalınlaşması və nazikləşməsi, qaşınma və yanğı hissi, qızartı və dərinin soyulması, çoxqatlı çatların olması, dırnaqlardan xoşagəlməz qoxunun olması aiddir.

Dərinin göbələklə zədələnməsi zamanı nə baş verir? Dərinin göbələklə zədələnməsi əsasən ayaqdan, xüsusilə barmaqlararasından çat və dərinin soyulmasından başlayır. Bir qayda olaraq dəridə yavaş-yavaş qırmızı rəngdə kiçik qabarcıqlar əmələ gəlir, qabarcıqların partlaması nəticəsində dəridə yaralar və çatlar formalaşır. Ayaqdakı göbələyi müalicə etmədikdə proses dırnaqları da zədələyir. Dırnağa düşən göbələk orada inkişaf edib artır. Tədricən dırnaq qalınlaşır, səthi nahamar olur və üzərində sarı rəngli ləkələr əmələ gəlir. Dırnaqlar asanlıqla qırılır, ovulur və estetik görkəmini itirirlər.

Ayaq göbələyinin müalicəsi. Mikozun müalicəsi kompleks və ya monoterapiya şəkilində aparıla bilər. Mikozun müalicəsi kompleks şəkildə aparıldıqda daha effektiv sayılır, bu zaman həm yerli, həm də sistem təsirli vasitələrdən istifadə olunur. Müalicə zamanı həkim dırnaqların lazerlə təmizlənməsi və cihazlarla pedikürunu də məsləhət görə bilər.

Ayaq göbələyinin müalicəsi zamanı xüsusi gigiyenik qaydalara əməl etmək vacibdir.  İlk növbədə manikür aləti vasitəsi ilə dırnağın zədəli sahəsini təmizləyin, bu dərman vasitəsinin dırnağa nüfuz etməsinə və göbələk infeksiyası ilə mübarizə aparmasına kömək edir. İkinci, həftədə bir dəfə sabun-soda vannası etmək lazımdır ki, müalicə effektiv alınsın. Bu yaxınlarınızın göbələyə tutulma riskini, eləcə də sizin ikinci dəfə yoluxma ehtimalını azaldır. Döşəmə, duş və vanna otağını, şəxsi əşyaları (ayaqqabı, dəri və dırnağa qulluq əşyaları) dezinfeksiya edin. Müalicə zamanı fərdi tərlik və dəsmaldan istifadə edin. Unutmayın ki, coraplar gündəlik dəyişilib, yuyulmalıdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.



Baxılma sayı: 15 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..