*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
QRİPƏ YANAŞMA.


QRİPƏ YANAŞMA.

Qrip, qrip virusunun yaratdığı kəskin tənəffüs yolu infeksiyasıdır. Kəskin Respirator Virus İnfeksiyaları (KRVİ) qrupuna daxildir. Vaxtaşırı epidemiya və pandemiya şəklində yayılır. Əksər insanlarda qrip simptomları bir həftə ərzində tibbi yardım olmadan yox olur. Buna baxmayaraq qrip, insanlarda ciddi xəstəliklərə və ölümə səbəb ola bilər. İnfeksiya mənbəyi öskürmə və ya asqırma ilə virus ifraz edən xəstədir. İnsan xəstəliyin ilk saatlarından beşinci və ya yeddinci gününə qədər yoluxdurucu hesab olunur. Yüksək risk qruplarına uşaqlar, yaşlı insanlar, hamilə qadınlar, xroniki ürək xəstəlikləri olan şəxslər, aid edilir.

Qripin əsas klinik əlamətləri: Yuxarı tənəffüs yollarının qıcıqlanması: ağır öskürək; Temperatur, titrəmə, mialgiya (əzələ ağrısı) və baş ağrısı; Artan damar keçiriciliyinin artması və kapilyarların zədələnməsi əlamətləri: stazis və qanaxma. Bundan əlavə virus bədənin müdafiə sistemlərini zəiflədir, bu da ikincili infeksiyanın qoşulmasına və ağırlaşmala səbəb olur. Xəstəliyin ağırlaşma tezliyi nisbətən azdır, lakin inkişaf edərsə, xəstənin sağlamlığı üçün əhəmiyyətli dərəcədə təhlükə yarada bilər. Qripin orta-ağır, ağır və toksik formaları ciddi fəsadlara səbəb ola bilər.

Qripin əsas ağırlaşmaları: Bakterial sətəlcəm, hemorragik pnevmoniya, ağciyər absesinin əmələ gəlməsi, empiemanın meydana gəlməsi, kəskin tənəffüs çətinliyi sindromu, rinit, sinusit, otit, traxeit, ensefalit, meningit, nevrit, qaraciyərin zədələnməsi Reye sindromu, miokardit, zəhərli-allergik şok.

Qripin profilaktika yolları. Əksər hallarda qrip infeksiyası özü sağalır. Qripə qarşı 100% təsirli virusəleyhinə dərman yoxdur. Qripin müalicəsində ən vacib məsələ özünüzə və başqalarına zərər verməməkdir. Xəstə olduqda, yataqda istirahət etmək lazımdır. Ayaqüstdə olmaq qripin ağırlaşmalarına səbəb ola bilər (pnevmoniya, viral miokardit). Yoluxma riski olduğu üçün insanlarla təmasdan çəkinmək lazımdır. Qripin qarşısını almağın ən təsirli yolu peyvəndlənmədir. Qripdən qorunmaq üçün ÜST illik peyvənd etməyi tövsiyə edir, çünki peyvəndin istifadəsindən bir müddət sonra immunitet zəifləyir.

ÜST, aşağıdakı qruplara illik peyvənd etməyi tövsiyə edir: Hamiləliyin istənilən mərhələsində olan qadınlar; 6 aydan 5 yaşa qədər uşaqlar; 65 yaşdan yuxarı insanlar; Xroniki sağlamlıq problemləri olan insanlar; Səhiyyə işçiləri. Peyvənd qripə yoluxma hallarını 2-3 dəfə azaldır və xəstələr, xüsusən də yaşlı insanlar və uşaqlar arasında ölüm hallarının azalması müşahidə olunur.

Yetkinlər şəxslər qripə ciddi xəstəlik kimi yox, müalicə tələb etməyən, xəstəlik kimi baxırlar. Xəstəlik zamanı bir çox insan işə, məktəbə, mağazaya gedir, ictimai nəqliyyatdan istifadə edir və xoşagəlməz simptomları dayandırmaq üçün simptomatik müalicə vasitələrindən istifadə etməyə davam edir. Bu insanlar belə etməklə, başqalarına qarşı məsuliyyətsiz bir münasibət nümayiş etdirir və fəsadların yaranma ehtimalını artıraraq öz sağlamlıqlarını da risk altına qoyurlar. Xəstəlik əlamətləri olduğu zaman ən yaxşı üsul evdə qalmaq, həkimə müraciət etmək və sonra onun tövsiyələrini yerinə yetirməkdir. Qrip müalicəsinə yanaşmalara gəldikdə isə bu yanaşmalar çox genişdir, lakin bəzi nüansları nəzərə almaq lazımdır. Qripin müalicəsi hərtərəfli olmalıdır. Müalicə üçün həkim və xəstənin üç vəzifəsi var: virusu məhv etmək, immun sisteminin infeksiya ilə mübarizəsinə kömək etmək, xəstəliyin ağır təzahürlərini zəiflətmək. Bunlara həm müxtəlif dərman qruplarından olan preparatlardan, həm də Xalq təbabəti reseptlərindən istifadə etməklə nail ola bilərsiniz.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


Baxılma sayı: 28 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..