*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
SAĞLAMLIĞIMIZI QORUMAQ ÜÇÜN NƏ QƏDƏR MEYVƏ-TƏRƏVƏZƏ EHTİYACIMIZ VAR?

SAĞLAMLIĞIMIZI QORUMAQ ÜÇÜN NƏ QƏDƏR MEYVƏ-TƏRƏVƏZƏ EHTİYACIMIZ VAR?

Arıqlamaq üçün pəhriz saxlayanlar gündəlik qəbul etdikləri qidalarda olan kaloriyə çox diqqət edirlər. Pəhriz saxlayanlar arasında meyvə və tərəvəzdən imtina edənlərin sayı çoxdur. Bu isə vitamin və mineral çatışmazlığına səbəb olur. Amma vitamin-mineral çatışmazlığına adi qaydada qidalananlar arasında da rast gəlinir. 

Vitamin-mineral çatışmazlığının əsas səbəbləri. Bunun səbəbi müxtəlifdir: gündəlik enerjı itkisi normadan çox olması, tütünçəkmə kimi zərərli vərdişlər, qeyri mükəmməl qida texnologiyaları (buğdadan çörək hazırlayana qədər B qrupu vitaminlərinin 80-90% parçalanır), ətraf mühitin çirklənməsi (antioksidant kimi vitaminlərə və minerallara təlabat artır) və s.  Hətta bəzi mədə-bağırsaq xəstəlikləri də (qastrit, enterit) orqanizmdə vitamin-mineral çatışmazlığına səbəb ola bilir. Elə dərman preparatları var ki, uzun müddət qəbul olduqda orqanizmdə bəzi vitaminlərin miqdarını azalır. Məsələn: kontraseptivlər (hamiləlikdən qorunmaq üçün istifadə olunan tabletlər), izoniazid, sulfanilamidlər, antibiotiklərin uzun müddət qəbulu B6 vitamininin orqanizmdə azalmasına gətirib çıxara bilər. Əhali arasında vitaminlərdən ən çox A, C, E, B1, B2 və fol turşusunun, minerallardan isə sink, selen, yod, kalsium və dəmirin çatışmazlığı rast gəlinir.

Vitamin-mineral çatışmazlığının bəzi əlamətləri. Vitamin-mineral çatışmazlığının ən çox rast gəlinən əlamətlərinə aiddirlər:

A vitamini – dəri səpkiləri, qadınlarda uşaqlıq yolunun quruluğu və s.

B qrupu vitaminləri – tez yorulma, əsəbilik, yuxusuzluq, ağız bucağında çatlar və s.

C vitamini – tez-tez xəstələnmə, dəri və saç quruluğu, diş əti qanaxmaları və s.

Sink – əsasən dəri problemləri, dırnaq kövrəkliyi, qoxu bilmənin itməsi və s.

Dəmir – dəri rənginin avazıması, baş gicəllənmə, ürəkdöyünmə və s.

Yod – menstural pozğunluq, immunitetin zəifləməsı və s.

Vitamin-mineral çatışmazlığının aradan qaldırılma yolları. Orqanizmdə vitamin-mineral balansı bərpa etmək üçün qidada meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Hesab olunur ki, gundə 400-500 qr meyvə və tərəvəz qəbul olunmalıdır. Ancaq 2 dəfə artıq yemək daha faydalıdır. Meyvə-tərəvəz  az olan fəsillərdə və ya az qidalanan şəxslər (pəhriz saxlama zamanı) apteklərdən tərkibi vitamin və mineraldan ibarət olan kapsul və ya tablet alıb qəbul edə bilərlər.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


Baxılma sayı: 20 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..