*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
ANEMİYA ORQANİZMDƏ HANSI PROBLEMLƏRƏ YOL AÇIR.

ANEMİYA ORQANİZMDƏ HANSI PROBLEMLƏRƏ YOL AÇIR.

Anemiya çox geniş yayılmış xəstəlikdir. Dünyada 1 milyarddan artıq insan anemiyadan əziyyət çəkir. Kişilərə nisbətən qadınlar və uşaqlarda anemiya daha çox rast gəlinir.

Anemiya qırmızı qan hüceyrələrinin (eritrositlərin) və ya hemoqlobinin azalmasına deyilir. Müxtəlif xəstə qruplarının yaşı və cinsindən asılı olaraq hemoqlobin və eritrositlərin norma göstəriciləri fərqlidir. Oksigen daşıyıcısı olan hemoqlobinin və ya eritrositlərin orqanizmdə miqdarının azalması orqan və toxumaların oksigenlə təchiz olunmasında problemlər yaradır. 

Anemiyanın əsas səbəbləri. Anemiyanın əsas səbəblərindən biri hemoqlobinin tərkibinə daxil olan dəmirin çatışmazlığıdır. В12, В6 və В9 vitaminlərin defisiti də anemiya ilə nəticələnə bilər. Pəhriz, həzm sistemi tərəfindən dəmirin və vitaminlərin sorulmasının pozulması, qastrit, mədə-bağırsaq traktında xoralar və xərçəngin olması, hamiləlik, müxtəlif qanitirmələr də anemiyaya səbəb ola bilər. Həmçinin, böyrək problemləri və müxtəlif xroniki xəstəliklər zamanı eritropoetinin miqdarı azalır və bunun nəticəsi olaraq eritrositlərin də miqdarı aşağı düşür. Tünd qəhvə və çay çox içən insanlarda  dəmirin orqanizmə daxil olmasının qarşısı alınır. Uşaqlarda anemiya hamiləlik və doğuş problemləri zamanı, alımentar faktor, intensiv inkişaf və böyümə dövründə dəmirə olan tələbatın artması nəticəsində yaranır. Anemiya riski olan xəstə qruplarında profilaktik tədbirlərin görülməməsi anemiyanın yaranma səbəblərindəndir.

Dəmir defisitli anemiyanın əlamətləri: dərinin quruluğu, solğun olması, dırnaqların tez sınması, formasının dəyişməsi, saçların qırılması və gec uzanması, daim yorğunluq hissi, asteniya, dadbilmənin pozulması, müəyyən qoxulara meyillik, fiziki yüklənməyə davamiyyətin azalması. Anemiya immunitetlə bağlı problemlərə səbəb olur, uşaqlarda isə fiziki və zehni inkişafı ləngidir.

Anemiyanın başqa növləri də vardır: hemolitik anemiya – qırmızı qan hüceyrələrinin tez parçalanması ilə bağlıdır, oraq hüceyrəli anemiya – orqanizmdə anomal hemoqlobinin sintez olması ilə əlaqədar.

Anemiya zamanı qidalanma. Anemiya diaqnozu qanın laborator müayinələri əsasında qoyulur. Anemiyanın müalicəsi zamanı əsasən orqanizmdə dəmirin miqdarının normallaşdırılması diqqət mərkəzində olmalıdır. Anemiya zamanı düzgün qidalanma müalicəyə dəstək olur. Anemiyalı xəstələr qida rasionuna çoxlu yaşıl tərəvəzlər, salatlar, dənli məhsullar, ət əlavə etməlidir. Dəmir və vitaminlərin ehtiyatını orqanizmdə artırmaq, bununla da anemiyanı aradan qaldırmaq üçün tərkibi dəmir və vitaminlərlə zəngin olan qida əlavələrindən istifadə etmək faydalıdır.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.



Baxılma sayı: 26 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..