*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
HAMİLƏLİK ZAMANI DÜZGÜN QİDALANMA.

HAMİLƏLİK ZAMANI DÜZGÜN QİDALANMA.

Hər bir hamilə qadın – gələcək ana hamiləlik dövründə düzgün qidalanmanın dölün inkişafı, böyüməsi üçün nə qədər vacib olduğunu bilməlidir. Hamilə qadının qidası keyfiyyətli olmalı və düzgün təşkil edilməlidir. Qidanın tərkibində tələb olunan  miqdarda zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral duzlar və mikroelementlərin olması vacibdir. Qida hamilə qadının  orqanizminin fizioloji tələbatını ödəməli, dölün inkişafını təmin etməlidir. Çünki, döl özünə lazım olan  maddələri: zülallar, yağlar, karbohidratlar, vitaminlər və mikroelementləri  anadan  alır. Qeyri-düzgün qidalanma anemiya, səhər yorğunluğu, halsızlıq və qəbizlik kimi hamiləlik fəsadlarını yaradır. Hamiləlikdə tez-tez rastlanan ağırlaşmalardan biri də anemiyadır.

Anemiyanın əlamətləri. Anemiyanın əsas əlamətlərinə zəiflik, tez yorulma, dərinin quruması, başgicəllənməsi; daha ağır formalarda - saçların tökülməsi, ürək döyüntüsünün artması və bayılmalar aiddir. Anemiyanın yüngül, orta, ağır dərəcələri olur.

Anemiyanın fəsadları. Hamiləliyin ikinci yarısında toksikozun baş qaldırması, adəti düşük, vaxtından əvvəl doğuş, doğuş zamanı  güclü qanaxma, dölün  inkişafdan  qalması, doğuşdan sonra süd ifrazının olmaması anemiyanın əsas fəsadlarıdır.

Hamiləlik dövründə anemiyanın müalicəsi və profilaktikası. Anemiyanın hamiləliyin gedişatına, dölün inkişafına və doğuş prosesinə mənfi təsir göstərdiyini nəzərə alsaq, artıq hamiləliyin ilk həftələrindən xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər görmək vacibdir. Anemiyanın profilaktikası və müalicəsi üçün hamilə qadının qida rasionuna mütləq tərkibində dəmir (qırmızı ət, alma, nar, ərik qurusu, qara gavalı qurusu, kişmiş) və heyvan mənşəli zülallar olan qidalar daxil edilməlidir. Əksər hallarda isə hamilələrdə olan anemiyanı yalnız pəhrizlə aradan qaldırmaq mümkün olmur. Bu halda həkimlər dəmir tərkibli preparatlar təyin edirlər. Dəmir preparatları ilə birlikdə hamilə qadına C vitamini və fol turşusu təyin olunur. Dəmir - orqanizmdə bütün orqan və toxumaları oksigenlə təmin edən hemoqlobinin yaranmasında mühüm rol oynayır. C vitamini - ciftin formalaşması və möhkəmləndirilməsinə, immunitetin  artırılmasına, dəmirin mənimsənilməsinə köməklik edir.  Fol turşusu - dölün sinir sisteminin formalaşmasında vacib rol oynayır. Hamiləlik dövründə sağlam və yaxşı balanslaşdırılmış qidalanma həm ana, həm də körpə üçün çox əhəmiyyətlidir.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


Baxılma sayı: 25 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..