*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
MENSTURASİYA POZĞUNLUĞU TƏHLÜKƏLİ OLA BİLƏRMI?


MENSTURASİYA POZĞUNLUĞU TƏHLÜKƏLİ OLA BİLƏRMI?

Son zamanlar menstural tsiklin (aybaşı) pozulması ən çox yayılmış ginekoloji problemlərdən biridir. Demək olar ki, bütün qadınlar həyatında bir dəfə də olsa bu problemlə rastlaşır. Bu stresslə bağlı təsadüfi gecikmə də ola bilər. Amma menstural tsiklin davamlı gecikmələri olan qadınlar da az deyildir. İlk mensturasiya 12-13.5 yaş arası başlayır. 14 yaşda mensturasiya başlamayan qızlar həkim tərəfindən müayinə olunmalıdır. Bir mensturasiyanın başlandığı günlə digər mensturasiyanın başlandığı gün arasındakı period menstural tsikl adlanır. Normada minimum 21 gün, maksimum 33 gün ola bilər. Normal olaraq 28 gün hesab olunur. Əgər gecikmə 14 gün və ya artıq olarsa ciddi problem ola bilər. Bəzən tsiklin qısalması halları da rast gəlinir. Belə hallarda həkim ginekoloqa müraciət etmək lazımdır. Çünki bu ciddi problemin başlanğıcı ola bilər.

Menstruasiya pozğunluqların səbəbləri. Aybaşının ləngiməsi müxtəlif ginekoloji xəstəliklər, məsələn, uşaqlığın və yumurtalıqların iltihabı, uşaqlığın mioması (xoşxassəli şişi), onkoloji xəstəliklər və.s səbəblərdən baş verə bilər.

Polikistoz Yumurtalıq Sindromu. Mütəmadi olaraq menstruasiyanın ləngiməsi polikistoz yumurtalıq sindromu (PKYS) üçün xarakterikdir. PKYS (Şteyn-Levental sindromu) zamanı onların işi pozulur və hormonal tarazlığın pozulması səbəbindən qeyri-mütəmadi menstrual tsikl müşahidə edilir. Hormonal fon müxtəlif səbəblərdən pozula bilər. Bir hormon digərinə təsir göstərir və orqanların birgə fəaliyyətini təmin edir. Məsələn: adətən yumurtalıqlar çox az kişi cinsi hormonu ifraz edir, PKYS zamanı isə kişi cinsi hormonunun ifrazı artır (hiperandrogeniya). Elə buna görə ovulyasiya dayanır, dəridə sızanaqlar, üzdə və bədəndə tüklərin artması və uzanması baş verir. Orqanizmin insulin sərfi azalır, qanda şəkərin səviyyəsi qalxır, şəkərli diabet riski yaranır.

PKYS-ın profilaktikası. PKYS həkim ginekoloq tərəfindən müalicə olunur. Bununla yanaşı onun profilaktikası üçün bəzi tədbirlər görülə bilər. Daimi olaraq idmanla məşğul olmaq lazımdır, əgər idmana vaxt yoxdursa piyada gəzməyə üstünlük verilməlidir. Düzgun qidalanmaq vacibdir. Yağlı qidaları (ət, yağlı pendir, qızardılmış yeməklər) azaltmaq lazımdır. Tütündən imtina etmək lazımdır, tütünçəkmə qadınlarda kişi cinsi hormonların səviyyəsini artırır. Çəkini azaltmaq lazımdır. Çəkinin hətta 5 kq azalması hormonların normaya düşməsinə kömək edir. Cinsi hormonların balansının tənzimlənməsində tək dərman vasitələri deyil fizioterapiya, vitaminlər (A və E vitaminləri) və minerallar (sink, selen) da önəmlıdir.

Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.


Baxılma sayı: 26 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..