*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Başqasının göz yaşını əlinlə silmə

Göz xəstələlikləri günümüzdə xeyli aktuallaşıb. Ətraf mühitin çirklənməsi, iş şəraiti, qidalanma bu xəstəliyin artmasının əsas səbəblərindən hesab edilir.

Bəs gözümüzü xəstəliklərdən necə qoruya bilərik? Milli.Az publika.az-a istinadən göz sağlamlığımızı qorumağın  sadə yollarını açıqlayır.

Uzun müddət kompüterdə oyun oynamaq  kirpiklərin dibində iltihablaşma, allergiya və quruluğa səbəb olur. Bu həm də uzaqgörmə problemi də yaradır.

Gözdə sulanma, qaşıntı, ağrı, oxumaqda çətinlik çəkmək, diqqət problemi xəstəliklərin ilk əlamətidir.

Bunun üçün də iş yerlərində yüngül tonlu işıqlandırma sistemi qurulmalıdır. Şəkər xəstələri və idmançılar göz dibi müayinəsini təxirə salmamalıdırlar.

Makiyaj ləvazimatlarını heç kimlə ortaq istifadə etməyin. Göz soyuqlaması olaraq tanınan konyuktivit göz qələmi, tuş kimi ləvazimatlardan keçə bilər.

Xüsusən də göz rəngi açıq olan insanlar Günəş şüalarına həssas olurlar. Günəş şüalarının təsirindən onların gözündə qızartılar yarana bilir. Ona görə də həmin şəxslərin gün eynəklərindən istifadə etməsi məsləhət görülür.

Günün əsas hissəsini kompüter qarşısında keçirənlərdə allergiya, quruluq, kirpik diblərində iltihab rast gəlinir. Bu şəxslərin tez-tez fasilə vermələri, göz qırpmaları lazımdır.

Gözünüz hər hansı zərbəyə məruz qalıb və ya içinə yad cisim düşübsə, onu ovxalamayın.  Bol su ilə yuyub həkimə müraciət edin.

Əlinizlə başqalarının göz yaşını silməyin.  Həmin insanın gözündə qızarma, sulanma varsa, bu keçici ola bilər. Əllərinizi sabunla yuyun.

Milli.Az


Baxılma sayı: 747 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..