*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Azərbaycanda xərçəng xəstələrinə şad xəbər - VİDEO

ABŞ-ın ən müasir texnologiyası artıq yerli müalicələrdə istifadə ediləcək.

Milli Onkologiya Mərkəzi daha bir yeniliyə imza atdı.

Oxu.Az-ın ANS-ə istinadən məlumatına görə, Mərkəz ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması zamanı istifadə olunan ən müasir texnologiyanı artıq yerli müalicələrdə istiafdə edəcək. Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və onkoloji xəstəliklərdə radioterapiyanın aparılması üçün lazım olan şüalandırıcı qurğuların istehsalı ilə məşğul olan “Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer arasında müqavilə imzalandı.

İmzalanan saziş müasir texnologiyaların Azərbaycana qısa zaman ərzində gətirilməsinə imkan verəcək. Dünyada onkoloji xəstələrin 75 faizindən çoxuna şüa malicəsi zamanı məhz bu qurğulardan istifadə olunur.

“Təbii ki, bizim kadr patensiyalımız elə yüksəkdir ki, onlar istədilər ki, Azərbaycandakı bu mərkəz, tədris mərkəzi kimi fəaliyyət göstərsin. Avropa üzrə bu cür tədris mərkəzlərinin sayı 5-dir. 6-cısı isə Azərbaycanda olacaq” - deyə Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev qeyd edib. 

Həmçinin Milli Onkologiya Mərkızinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verildi.



Baxılma sayı: 710 dəfə
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..