*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Ferromed dəmirin ən təhlükəsiz və asan sorulan formasıdır.

Ferromed qanazlığı əleyhinə kombinəolunmuş bir preparatdır.

Qanda hemoqlobinin sintezini artıraraq anemiyanın qarşısını alır.

Ferromed anemiya zamanı meydana çıxan halsızlıq, ürəkdöyünmə, təngnəfəslik, saç rənginin solması və tökülməsi, dırnaqların soyulması kimi əlamətlərin qarşısını alır.

Tərkibi:

Dəmir-qlisinat (II)                 28 mq

B9  vit. (fol turşusu)            400 mkq

B12  vit.                                   8 mkq

C  vit.                                     60 mq 

Farmakolojı qrupu:

Antianemik preparat 

Xüsusiyyərtləri:

Dəmir-qlisinat (II) - qeyri-orqanik dəmir duzlarına nisbətən daha yaxşı sorulur. Dəmir qlisinat kiçik molekul olduğundan bağırsaqdan 100% mənimsənilir. Dəmir-qlisinat (II) zülalları parçalamır, həzm sisteminin proteolitik aktivliyini pozmur, ürəkbulanma, qəbizlik, diareya, dişlərdə rəng dəyişikliyi vermir.              

B9 vitamini (fol turşusu) - zülalların sorulmasında, transportunda və parçalanmasında iştirak edir. Zülal və hem qruplarının hemoqlobin və mioqlobin şəklində formalaşmasını təmin edir. 

B12 vitamini - suda həll olan yeganə vitamindir ki, orqanizmdə toplanır. Orqanizmdə qan hüceyrələrinin, sinir hüceyrələri qişalarının və müxtəlif zülalların (DNT sintezini stimulə etməklə) əmələ gəlməsi üçün lazımdır. Qanyaranmaya güclü təsir edir.                         

C vitamini - dəmirin MBT-dan sorulmasını sürətləndirir, dəmirin metabolizmində və onun reduksiya olunmuş formada depolarda toplanmasında, fol turşusunun folin turşusuna çevrilməsində iştirak edir.

Ferromed bağırsaqdan aktiv sorularaq qanda transferrinlə birləşir, ferrotransferrin şəklində depolara gəlir, depolarda ferritin və hemosiderin şəklində toplanır. Orqanizmdən sidik, tər və nəcis vasitəsilə xaric olur. 

Göstərişləri

  • Müxtəlif mənşəli anemiyalar:

cərrahi əməliyyatdan sonra

tez-tez baş verən burun qanaxmaları

polimenoreya

doğuş və s.

  • Dəmirə tələbatın artması:

hamiləlik

laktasiya dövrü

intensiv inkişaf dövrü

donorluq

hemodializ

  • Dəmirin qəbulu və sorulmasının pozulması halları:

xroniki diareyadan sonra

axlorhidriya

enterit

Kron xəstəliyi

Əks-göstərişlər:

Praparatın tərkib komponentlərinə qarşı yüksək həssaslığın olması, hemoxromatoz, hemosideroz, xroniki hemoliz, talassemiya, anadangəlmə və qazanılmış hemolitik anemiya, hepatitlər

Əlavə təsirləri:

Dəmir-qlisinat (II) kiçik molekullu və quruluşca ferritinə yaxın olduğu üçün əlavə təsir nadir hallarda meydana çıxır. 

Dozalanma və istifadə qaydası:

1 kapsul sutkada  2 - 3 dəfə.

Profilaktik məqsədlə sutkada 1 kapsul qəbul olunur.

Müalicə müddəti dəmirin plazmadakı səviyyəsindən asılı olaraq fərdi təyin edilir.

Preparat yeməkdən 1 saat sonra qəbul olunmalıdır!

Buraxılış forması: Kapsul № 30

İstehsalçı: Natures Bounty - ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Baxılma sayı: 10726 dəfə
 
SUAL CAVAB
Leman
Sual: Salam Ferromed pereparatinin qiymetini bilmek isteyerdim
Cavab: Salam Leman x. FERROMED N30 meblegi 15.20 azn. Baki şəhər daxilində 10 azn-den yuxari sifarişlərə catdirilma xidməti pulsuzdur.
samir
Sual: ferromed qiymeti neciyedi?
Cavab: Bizim xidmət dərman çatdırılmasından ibarətdir. Siz sifarişinizi verdikdən sonra biz verdiyiniz sifarişi apteklə dəqiqləşdirib çatdırılma pulu ilə birgə sizə deyə bilərik. Çatdırılma xidməti olaraq gün ərzində 5 AZN təcili (1-2 saat) içərisində 10 AZN təşkil edir.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..