*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Hipertoniya » FISH, FLAX, BORAGE
Sual ver
  Təcili sifariş A+ A-

FISH, FLAX, BORAGE bir çox xəstəlikdə geniş istifadə olunur. Ürək-damar xəstəlikləri zamanı xolesterinin artmasının qarşısını alır. Beynin yaşlanma müddətini azaldır və Alzheimerə qarşı qoruyucu xüsusiyyət daşıdığı müəyyən edilib. Xərçəngə qarşı qoruyucu və önləyici xüsusiyyətlərə malikdir. Revmatizmada olan oynaq şişini və ağrıları yüngülləşdirir. Körpələrin mərkəzi sinir sisteminə və bədən inkişafına müsbət təsir göstərir. Uşaqlarda beyin və göz inkişafında böyük rol oynayır. 

Tərkibi:

Balıq yağı 400 mq

-    omeqa-3 EPT - 30-33%

-   omeqa-3 DHT – 20-22%

 Kətan toxumları yağı 400 mq

-   omeqa-3 α-linolen turş. – 45-65%

-  omeqa-6 linolen turş. – 11-24%

omeqa-9 olein turş – 11-24%  

 Dərman göyzabanı toxumları yağı 400 mq

omeqa-6 linol turş – 35-42%

omeqa-6 γ-linol turş. – 19%

omeqa-9 olein turş – 14-20%

Vitamin E - 5 BV            

Farmakoloji qrup: Digər hipolipidemik vasitə. Polidoymamış yağ turşuları.

Farmakoloji xüsusiyyətləri:

Fish, Flax, Borage - tərkibində şimal balıqlarının əzələvi hissəsindən, kətan və dərman göyzabanı toxumlarından alınan doymamış  yağ turşuları ilə zəngin təbii yağlar vardır. Bunlar sağlam qidalanmanın mütləq amilləri olub,  orqanizmin bütün sistemlərinin normal fəaliyyəti üçün vacibdir. Çünki PDYT defisiti

tez-tez xəstələnmə hallarına, xroniki xəstəliklərə, beyin fəaliyyətinin zəifləməsinə səbəb olur. Omeqa-3-6-9 sinfinin əsas PDYT-nın bu kombinasiyası sinergist təsirə, biomənimsənilmənin artmasına və kliniki effektivliyin yüksəlməsinə səbəb olur.

Omeqa-3 orqanizmə düşdükdə plazma və toxuma lipidlərinin tərkibinə daxil olur. EPT eykozanoidlərin - prostoqlandinlər, tromboksanlar, leykotrienlər və digər mediatorların sələfidir. Buna görə də Fish, Flax, Borage  tərkibindəki PDYT-nın optimal balansı ilə orqanizmin bütün funksiyalarına bilavasitə təsir göstərir. Eykozanoidlər hormonların sintezində, MBT-nin fəaliyyətində, böyrək funksiyalarının tənzimlənməsində mühüm rol oynayır. DHT hüceyrə membranlarının fosfolipid tərkibinə keçərək onun fiziki-kimyəvi xüsusiyyətlərini yaxşılaşdırır, reseptorların, xüsusilə neyronal impuls keçiriciliyinin aktivliyini tənzimləyir. Оmeqа-3 - xolesterinin endogen sintezini tormozlayır, trombositlərin aqreqasiyasını ləngidir, qanı durulaşdırır, tromblaşmaya meylliyi azaldır. Damar divarının elastikliyini artıraraq onu möhkəmləndirir, ürək ritmini tənzimləyir. Beyin fəaliyyətini yaxşılaşdırır: neyronların və sinapsların işini aktivləşdirir, yaddaşı yaxşılaşdırır, diqqətin konsentrasiyasını gücləndirir. Həmçinin, omeqa-3-ün hamiləlik və laktasiya dövründə qəbulu körpənin beyin, sinir və göz toxumalarının normal inkişafı üçün əvəzedilməzdir.

Омега-6 - maddələr mübadiləsinin düzgün gedişini təmin edir, yağların utilizasiyasını artırır və əzələ toxumasını bərpa edir. Pəhriz saxlayan xəstələrə xüsusilə tövsiyə olunur. Omeqalar arasında ən güclü antioksidant təsirə omeqa-6 malikdir, buna görə də omeqa-6 qocalma proseslərini ləngidir. Bundan əlavə PMS, menopauza, cinsi hormonların tənzimlənməsi fonunda gedən iltihabi proseslərdə daha effektiv nəticə verir. Linol turşusu orqanizmə düşdükdə γ-linolen turşusuna çevrilir ki, sonuncunun defisiti sinir sisteminin, dəri və dəri artımlarının müxtəlif tipli xəstəliklərinə səbəb olur.

Omeqa-9  - ürək əzələsinin işi üçün əsas enerji mənbəyi hesab edilir. Kimyəvi stabil quruluşlu olduğundan damar divarında xolesterin çökməsinin qarşısını alır. Şəkərli diabet xəstələrində insulinə rezistentliyi aradan qaldırır, omeqa-3-ün hipoxolesterin təsirini gücləndirir.  Bundan əlavə YSLP-nin plazma səviyyəsini yüksəldir ki, bu da toxumalardan artıq miqdarda xolesterinin atılmasını təmin edir. Süd vəzi xərçənginə səbəb olan daxili faktorları blokada edir. Olein MDYT müvafiq hüceyrə membranlarında yerləşərək arteriya divarlarının və dərinin elastikliyini qoruyur. Onun hüceyrə daxilində çatmamazlığı arterial təzyiqin artmasına, oynaq xəstəliklərinə, dəri problemlərinə gətirib çıxarır.

Təbii E vitamini yeganə lipofil antioksidant olub, maqnezium və oksigen defisiti zamanı miokardiositlərin vəziyyətini stabilləşdirir, ürəyin oksigenə tələbatını azaldır.

Göstərişlər:

  • Lipid mübadiləsi pozulmalarının kompleks müalicəsi və profilaktikası
  • Miokard  infarktın  ikincili profilaktikası və kompleks müalicəsi
  • Hipertoniya xəstəliyinin kompleks müalicəsi və profilaktikası
  • Qan laxtalanmasının yüksəlməsi, tromboza meyllik zamanı
  • MBT-nin, qaraciyərin xroniki xəstəlikləri zamanı kompleks müalicə
  • İmmun sistemin möhkəmləndirilməsi məqsədilə
  • Asteniya,  nevrasteniya, xroniki yorğunluq, stress, depressiya
  • Makulyar degenerasiya, göz dibinin və torlu qişanın mərkəzi-periferik distrofiyası, görmə itiliyinin və gecə görməsinin zəifliyi, katarakta, kompüter sindromu
  • Xroniki ağciyər xəstəlikləri, bronxial astma, vərəm, ağır gedişli pnevmoniya
  • PMS, fibroz-kistoz mastopatiya, dismenorreya, uşaqlıq boynu displaziyası
  • Tez-tez xəstələnən uşaqlar, hiperaktiv sindrom, müxtəlif  diatezlər
  • Revmatoid artrit, osteoartrit,  osteoporoz
  • Oliqospermiya, prostatit, impotensiya
  • Psoriaz, seborreya, dermatit, ekzema və d. dəri xəstəlikləri
  • Şəkərli diabet, diabetik neyro-, retino- və nefropatiyalar

Dozalanma rejimi:

0-6 yaş uşaqlar üçün 1 softgel gündə 1 dəfə (softgelin tərkibi qida ilə qarışdırılaraq qəbul edilə bilər.).

6-12 yaş uşaqlar üçün 1 softgel gündə 2 dəfə;.

12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 1 softgel gündə 3 dəfə;. 

Hamilələr üçün 1 softgel gündə 1 dəfə yemək zamanı qəbul edilir. Preparatın kurs müalicəsi həkimin göstərişi ilə 1 - 3 ay davam etdirilə bilər.  

Əks-göstərişlər: Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq, kəskin pankreatit, kəskin xolesistit

Buraxılış forması: Softgel №30  

İstehsalçı: Nature’s Bounty - ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Baxılma sayı: 6521 dəfə
 
SUAL CAVAB
kamil
Sual: salam.bu dermanin qiymeti neceyedir?
Cavab: Bizim xidmət dərman çatdırılmasından ibarətdir. Siz sifarişinizi verdikdən sonra biz verdiyiniz sifarişi apteklə dəqiqləşdirib çatdırılma pulu ilə birgə sizə deyə bilərik. Çatdırılma xidməti olaraq gün ərzində 5 AZN təcili (1-2 saat) içərisində 10 AZN təşkil edir.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..