*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dayaq hərəkət sistemi » HONDROLEX extra
Sual ver
  Təcili sifariş A+ A-

HONDROLEKS extra qlükozamin, xondroitin, MSM, büxur ağacı, zəncəfil, ağ söyüd kökü, sitrus flavonoidləri, kollagen, hialuron turşusu və S-adenosilmetionin əsasında hazırlanmış yüksək keyfiyyətli qığırdağı bərpa etmək üçün preparatdır.  Oynaqların qığırdağını bərpa edir, hərəkətini artırır, vətərləri və əzələləri möhkəmləndirir. İltihab prosesini, ödem və ağrı hissini azaldır. 

TƏRKİBİ

Qlükozamin HCl........................................2000 mq

Xondroitin-sulfat kompleksi......................1700 mq

(Xondroitin sulfat, kollagen, büxur (ladan) ağacı,

sitrus flavonoidləri, zəncəfil, ağ söyüd kökü,          

S-adenosilmetionin, hialuron turşusu)

Metilsulfanilmetan (MSM).........................1600 mq

Natrium...........................................................50 mq 


FARMAKOLOJİ TƏSİRLƏRİ:

Qlükozamin HCL insan orqanizmində sintez olunur, qlükoza və qlutamin turşusunun birləşməsi məhsuludur. Qlükozamin oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Metabolik çatışmazlıq və ya qocalma prosesi ilə əlaqədar orqanizmdə kifayət qədər qlükozamin sintez edilə bilmir. Bu zaman qığırdağın degenerasiyası müşahidə olunur, bu da osteoartritlər və oynaq ağrılarına gətirib çıxarır. Qlükozamin oynaq xəstəliklərin simptomlarının yüngülləşməsi və onların əmələ gəlməsinin profilaktikası məqsədi ilə istifadə olunur. O, müxtəlif təsir effektlərinə malikdir, qığırdaqların dağılmasının qarşısını alır, iltihabı aradan qaldırır və yeni hüceyrələrin əmələ gəlməsini stimulə edir.

Xondroitin-sulfat  qığırdaq toxumasının əsas tərkib hissəsidir. Suyu saxlamaqla qığırdaq toxumasının əmələ gəlməsi və bütövlüyünün saxlanılmasını, oynaqların elastikliyi, davamlığı və hərəkətini təmin edir. Tərkibində qlükuron turşusu vardır ki, bu da oynaq daxilində suyun birləşməsinə, oynaqda hərəkətin üzücü və plastik olmasına, həmçinin kalsium kationlarının və digər mineralların fiksasiyasına şərait yaradır. Eyni zamanda vətərlər və sümüklərin elastikliyini, möhkəmliyini təmin edir.

Metilsulfanilmetan - kükürdün təbii mənbəyi olub, orqanizmin bütün hüceyrələrində olur. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır, birləşdirici toxumanın elastikliyini təmin edir, kollagenin sintezi üçün lazımdır. Oynaq kapsuluna və qığırdaqlara bərpaedici təsir göstərir, sinovial mayenin sintezini normallaşdırır, oynaq səthlərinin sürtünməsinin qarşısını alır.

Kollagen- sadə zülal olub, orqanizmdə bütün zülalların 30 %-ni təşkil edir. Birləşdirici toxumanın (xüsusilə sümüklərin) əsas tərkib komponentidir. Qığırdağın amortizasiyasını yaxşılaşdırır.

Hyaluron tursusu - birləşdirici toxumanın, sinovial mayenin və dərinin əsas təbii komponentidir. Bağların elastikliyini və sinovial mayenin qatılığını təmin edir. Oynaqların hərəkətini artırır.

Büxur ağacı - bitki olub, orqanizmdə oynaqlarda olan iltihabı azaldır. Bu təsiri pro-iltihabi mediatorları, xüsusilə leykotrieni ingibə etməklə əldə edir.

Sitrus flavonoidləri - antioksidant təsirə malikdir, oynaq qığırdaqlarını sərbəst radikalların təsirindən qoruyur. Tərkibi C vitamini ilə zəngin olub kollagen sintezində iştirak edir.

Zəncəfil - iltihabəleyhinə,  antimikrob, antirevmatik təsirlərə malikdir.

Ağ söyüd kökünün  tərkibi salisil turşusu ilə zəngin olduğundan, oynaqlarda olan iltihabı və ağrını aradan qaldırır.

S-adenosilmetionin - güclü hepatoprotektordur, komponentlərin qaraciyərə yan təsirinin qarşısını alır. Oynaqlarda olan iltihabı azaltmaqla ağrını aradan qaldırır.

Natrium - MBT-dən preparatın sorulmasını sürətləndirir.

GÖSTƏRİŞLƏRİ

-  Sümük-oynaq aparatının xəstəliklərinin müalicə və profilaktikası:

  • artrit
  • artroz
  • osteoxondroz
  • spondilit
  • oynaqların funksional yüklənməsinin artması (artıq çəki, fiziki yüklənmə)

-  Birləşdirici toxuma xəstəlikləri: revmatizm, revmatoid artrit, ürək             klapanlarının və bağlarının zədələnməsi

-  Bağların və vətərlərin  xəstəlikləri (tendinit və tendovaqinitlər)

-  Radikulit, onurğa yırtığı

-  Sınıq və çıxıqlar

-  Dəri xəstəlikləri, saç və dırnaqların kövrəkləşməsi və sınması 

ƏKS GÖSTƏRİŞLƏRİ: 12 yaşa qədər uşaqlar, hamilə qadınlar və süd verən analar.

İSTİFADƏ QAYDASI: 1 həb gündə 1 - 2 dəfə qəbul edilir. Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. 

BURAXILIŞ FORMASI: Həb № 60

İSTEHSALÇI: Natures Bounty - ABŞ


Baxılma sayı: 8984 dəfə
 
SUAL CAVAB
rasif
Sual: malın qiymətini bilmək istəyirəm
Cavab: Bizim xidmət dərman çatdırılmasından ibarətdir. Siz sifarişinizi verdikdən sonra biz verdiyiniz sifarişi apteklə dəqiqləşdirib çatdırılma pulu ilə birgə sizə deyə bilərik. Çatdırılma xidməti olaraq gün ərzində 5 AZN təcili (1-2 saat) içərisində 10 AZN təşkil edir.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..