*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dayaq hərəkət sistemi » KALSİRAN D
Sual ver
  Təcili sifariş A+ A-


Kalsiran D kombinəolunmuş kalsium preparatıdır. Uşaqların sümük, əzələ və sinir sistemini möhkəmləndirir. Dişlərin sağlamlığında, çəki və boy artımında  mühim rol oynayır.  Kalsium, fosfor və D vitaminin mübadiləsini tənzimləyir.



Tərkibi:

D2 vit.        400 BV

Kalsium      560 mq

Fosfor         100 mq 

Xüsusiyyətləri:

D2 vitamini - raxitəleyhinə vitamindir. D vitamini sümüklərin böyüməsini və inkişafını təmin edərək, raxit və osteoporozun yaranmasının qarşısını alır. Orqanizmdə mineral mübadiləsini idarə edir, ən əsas kalsium və fosforun. Onların MBT-ından sourulmasına və sümük toxumasında çökməsinə kömək edir.

Kalsium - uşaq orqanizmi üçün vacib olan minerallardan biridir. Kalsium sümük toxumasının formalaşmasında, inkişafında, sinir toxumasının oyanma prosesində, əzələ yığılmasında, qanın laxtalanmasında iştirak edir, asidozun əmələ gəlməsinin qarşısını alır, bir çox ferment və hormonları aktivləşdirir. 

Fosfor - 80 %-i orqanizmdə olan fosfor sümük toxumasında rast gəlir. Kalsiumla birlikdə sümüyün strukturunu təşkil edir. Fosfor karbohidrat və yağ mübadiləsində, nuklein turşusunun və zülalların yaranmasında iştirak edir, sinir sisteminin funksiyasına təsir göstərir. Fosforun çatışmazlığı nəticəsində uşaqlarda sümük toxumasının böyüməsi və inkişafı zəifləyir.   

Göstərişləri:

  • Kalsium və D vitaminin profilaktikası
  • Dişlərin çıxmasının ləngiməsi
  • Karies
  • Osteoporoz və raxitin kompleks müalicəsində
  • Sınıqlar zamanı (profilaktika və kompleks müalicədə)
  • Sinir sistemi xəstəliklərinin kompleks müalicəsində
  • Qıcolma
  • Tetaniya 

Əks göstərişləri: preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq, hiperkalsiemiya, nefrolitiaz.

Əlavə təsirləri: nadir hallarda allergik reaksiyalar. 

Qəbul qaydası:

0 - 1 yaş arası uşaqlara 1 həb sutkada 1 dəfə

1 - 5 yaş arası uşaqlara 1 həb sutkada 2 dəfə

5-12 yaş arası uşaqlara 1 həb sutkada 2-3 dəfə

12 yaşdan yuxarı uşaqlara 1 həb. sutkada 3 dəfə

Körpə uşaqlara həb əzilib ağza səpilir.

Buraxılış forması: çeynəmə həb № 30 

İstehsalçı: Natures Bounty - ABŞ 

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Baxılma sayı: 8075 dəfə
 
SUAL CAVAB
Gülnarə
Sual: Dərmanın qiyməti neçəyədi
Cavab: Bizim xidmət dərman çatdırılmasından ibarətdir. Siz sifarişinizi verdikdən sonra biz verdiyiniz sifarişi apteklə dəqiqləşdirib çatdırılma pulu ilə birgə sizə deyə bilərik. Çatdırılma xidməti olaraq gün ərzində 5 AZN təcili (1-2 saat) içərisində 10 AZN təşkil edir.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..