*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • "Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi
"Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dayaq hərəkət sistemi » KALSIRAN plus
Sual ver
  Təcili sifariş A+ A-

KALSIRAN plus-un tərkibindəki mərcan kalsium ən təhlükəsiz və rahat sorulan formadır. Mərcan kalsium 15-ə qədər orqanizmi digər mineral növü ilə təmin edir. Mineral mübadilədə iştirak edir. Sümükləri və dişləri möhkəmləndirir.

Hər kapsulun tərkibi:

Mərcan kalsium (aktiv sorulan 370 mq)                       1000 mq

Maqnezium  (Mg-oksid və Mg-sitrat duzu şəklində)        56 mq

D3 vit. (xolekalsiferol)                                                   400 TV

C vit.                                                                                5 mq 

Farmakoloji qrup: Kalsium preparatı 

Farmakoloji xüsusiyyətləri:

Mərcan kalsium təbii olub, kalsiumun orqanizmə  asan sorulan formasıdır. Orqanizmdə sümük, diş, saç və dırnaqların möhkəm olmasında, qanın laxtalanmasında iştirak edir. Sinir impulslarının ötürülməsini təmin edir. Allergiya və iltihabəleyhinə təsirlərə malikdir.

Maqnezium sümük toxumasının 70%-ni təşkil edir. Maqnezium orqanizmdə kalsiumun sorulmasını aktivləşdirir, müəyyən olunmuş nisbətdə (2:1) bir-birinin fəaliyyətini tamamlayırlar. Maqnezium həmçinin kalsium (Ca2+)  kanallarını aktivləşdirməklə sinir impulslarının ötürülməsini təmin edir.

Xolekalsiferol (D3 vitamini) bağırsaqlardan kalsiumun sorulmasını 70-75%-ə qədər aktivləşdirir. Sümük toxumasının minerallaşmasında və formalaşmasında iştirak edir.

C vitamini kalsiumun bağırsaqdan sorulmasını sürətləndirir. D vitamininin aktiv formasının normal inkişafı üçün vacibdir. C vitamini osteogenez prosesində iştirak edir. O, sümük toxumasının vacib zülalı - kollagenin sintezini həyata keçirir və sümüklərə elastiklik verərək deformasiyanın qarşısını alır.  

Göstərişlər:

  • Kalsium və D vitaminin çatışmazlığı və profilaktikası
  • Mərkəzi sinir sistemi funksiyalarının tənzimlənməsi: nevroz, stress, xroniki yorğunluq, baş ağrıları
  • Sümük-oynaq sisteminin xəstəlikləri zamanı: osteoartit, osteoxondroz, revnatik xəstəliklər və s.
  • Müxtəlif sümük travmaları və posttravmatik period
  • Osteoporozun  (klimakterik dövr, qlükokortikoidlərlə müalicə) müalicəsi və profilaktikası
  • Stomatoloji xəstələiklər: paradontoz, karies, pulpit, üz-çənə əməliyyatlarından sonra
  • Hamiləlik və laktasiya zamanı mineral defisitin qarşısının alınması 
  • Perinatal və uşaqlıq dövrü raxitin profilaktikası məqsədilə
  • Yeniyetmə və uşaqlarda intensiv fiziki inkişaf, boyatma dövrü
  • İmmun sistemin güclənməsi, allergik-iltihabi vəziyyətlər
  • Ürək-damar sağlamlığının möhkəmləndirilməsi, aritmiya, hipertoniya zamanı 

Əks-göstəriş: Preparatın tərkibinə qarşı yüksək həssaslığın olması, hiperkalsiemiya

Dozalanma rejimi: 1 kapsul sutkada 1 - 2 dəfə yemək zamanı qəbul olunur.

Buraxılış forması: Kapsul № 30

İstehsalçı: Nature’s Bounty - ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Baxılma sayı: 6639 dəfə
 
SUAL CAVAB
nergiz
Sual: Kalsiran d.kalsiran plus.kalsivit neceye?
Cavab: Dərmanın qiyməti haqqında sualları aşağıda gördüyünüz Bizimlə Əlaqə bölməsində sorğu edə bilərsiniz. Təşəkkürlər
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..