*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Klimaks » MELASOM PLUS
Sual ver
  Təcili sifariş A+ A-

Melasom plus təbii sakitləşdirici və yuxugətirici preparatdır. Psixi və fiziki gərginliyi aradan qaldıraraq rahat yuxuya getməni təmin edir və təbii gecə yuxusunu bərpa edir. Melasom plus həyəcanı, fizioloji gərginliyi, sinir mənşəli spazmları aradan qaldırır, ümumi və psixoloji vəziyyəti yaxşılaşdırır. Emosional fonda artmış təzyiqi idarə edir. 


Tərkibi:

Kalsium             50 mq

Maqnezium       25 mq

Pişikotu           100 mq

Mayaotu            50 mq

Çobanyastığı     50 mq

Qonaqotu           25 mq

Melatonin            5 mq

L-Taurin            50 mq

Xüsusiyyətləri:

Maqnezium (Mg) bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib elementdir. Hüceyrələrin həyatı vacib elementi kimi maddələr mübadiləsinin bir sıra reaksiyalarında iştirak edir. Maqnezium ionları neyronların oyanıqlığını azaldır, sinir-əzələ ötürücülüyünü tənzimləyir. Mg defisiti zamanı orqanizmdə titrəyiş, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritminin pozulması kimi problemlər yaranır.

Çobanyastığı ekstraktı saya əzələlərin spazmını aradan qaldırır.  Sakitləşdirici təsir göstərərək, gərginlik, əsəbilik və yuxusuzluğu kimi problemləri aradan qaldırır.

Melatonin beynin epifiz vəzi tərəfindən sintez olunan maddədir. Yuxu ritmini və keyfiyyətini normallaşdırır. Qocalmanın qarşısını alır. Melatonin stress əleyhinə, antioksidant  və immuniteti stimulə edici xüsusiyyətlərə malikdir. Endokrin sistemin işini tənzimləməklə piylənmənin qarşısını alır. Arterial təzyiqi normallaşdırır.

Qonaqotu (passiflora) - əsəbilik, qorxu və həyacan hissini, yuxu pozğunluğunu effektiv olaraq aradan qaldırır. Stressə davamlılığı artırır. Sakitləşdirici və yuxugətirici təsirə malikdir. Yüngül antidepressiv təsir göstərir.  MBT- nın neyrogen mənşəli spazmını aradan qaldırır.

Mayaotu ekstraktı tərkibində əsas sakitləşdirici və yuxugətirici maddə - metilbutinondur. Antraglikozid lipulin isə biliyi, qıcıqlanmanı, koronar damarların spazmını aradan qaldırır, nevrozlarda, nevralgiyada zamanı istifadə olunur.

Pişikotu  (aktiv komponenti valeporiatlardır) mərkəzi sinir sisteminin oyanıqlığını azaldır, sedativ maddələrin təsirini artırır, spazmolitik təsir göstərir.

Taurin  metabolik, hepatoprotektor, kardiotonik və hipotenziv təsirlərə malikdir. Baş beyində neyromediator funksiyasını yerinə yetirir, sinaptik əlaqəni tormozlayır, qıcolma əleyhinə təsir göstərir.

Kalsium (Ca) sümüklərin və dişlərin mineralizasiyası üçün lazım olan əsas mikroelementdir. Sinir-əzələ keçiriciliyində iştirak edir. Kalsiumun digər vacib funksiyaları yerinə yetirir: əzələ və sinirlərin qıcıqlanması, hüceyrədaxili siqnalların  ötürülməsi, hüceyrələrin hərəkəti və bölünməsi və s. Kalsiumun çatışmazlığı zamanı sinir - əzələ keçiriciliyinin pozulması, tetanik qıcolmalar və larinqospazm müşahidə oluna bilər.

Göstərişləri: 

- Yüksək sinir oyanıqlığı, yuxu pozğunluğu

- Stress, qorxu, həyəcan və gərginlik halları, depresiya

- Nevrasteniya, klimakterik sindrom, NSD

- Hipertireoz

- Kardionevroz, hipertoniya, stenokardiya

- Şəkərli diabet zamanı yaranan stress

- Xroniki fiziki və psixi yorğunluq, asteniya

- Pilorospazm, qıçıqlanmış bağırsaq sindromu

Dozalanma rejimi: 1 kapsul yatmazdan 1-1,5 saat əvvəl, hər gün eyni vaxtda qəbul olunmalıdır.

Əks göstərişləri: Preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq, sürücülər və cihazlarla işləyən şəxslər, hamiləlik və laktasiya dövrü.

Buraxılış forması: № 30 kapsul

İstehsalçı: Natures Bounty - ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Baxılma sayı: 12003 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..