*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Yara və yanıqlar » SANAGEL plus
Sual ver
  Təcili sifariş A+ A-

Dəri və selikli qişada yara sağaldıcı, antimikrob və göbələkəleyhinə

təsir göstərən kompleks tərkibli preparatdır. 

Tərkibi:

1 qram gelin tərkibində

Təsir edici maddə:

Dekspantenol - 20 mq, Silbiol - 10 mq, Metilurasil və Lidokain hidroxlorid

Köməkçi maddələr:

Lesitin, A-tokoferol, metilparahidroksibenzoat, trolamin, karbomer, etil spirti, təmizlənmiş su. 

Farmakoloji təsiri:

Sanagel plus gelinin komponentləri toxumaların regenerasiyası və epitelizasiyasına səbəb olur. Yüngül iltihabəleyhinə və yumşaldıcı təsirə malikdir.

Dekspantenol - orqanizmdə pantoten turşusuna çevrilir. Dekspantenol əksər metabolik proseslərdə iştrak edərək, regenerasiya proseslərini gücləndirir, hüceyrə metabolizmini normallaşdırır, kollagen liflərin sintezini artırır, iltihabəleyhinə təsir göstərir.

Silbiol - iynəyarpaqlıların efir yağı olub bakterisid, funqisid, virulisid effektlidir. İltihabəleyhinə, yarasağaldıcı təsirə malikdir.

Metilurasil - dəri və selikli qişalarda regenerativ prosesləri stimulə edir, iltihabəleyhinə həmçinin immunmoduləedici təsir göstərir, hüceyrə və humoral immunitetini bərpa edir.

Lidokain hidroxlorid - yerli anestetik vasitə olub ağrıkəsici effekt göstərir və ilkin olaraq ağrını aradan götürür.

Göstərişlər:

-          Ağız boşluğunun selikli qişasının xəstəlikləri: ağız boşluğunda aftoz, anqulyar və kandidozlu stomatit, diş protezlərinin yaratdığı ağrı və iltihab, diş daşlarının mexaniki təmizlənməsi və diş çəkilməsindən sonra profilaktik məqsədlə, gingivit, ağız boşluğunun selikli qişasının xorası

-          Ginekoloji xəstəliklər: bakterial, göbələk, qarışıq mənşəli vaginit, endo və ekzoservisit, uşaqlıq boynu eroziyaları, uşaqlıq yolu və uşaqlıq boynunda rekonstruktiv və kosmetik əməliyyatlardan sonra.

-          Uroloji və proktoloji xəstəliklər: əməliyyatdan sonrakı yaralar, anal dəliyin və düz bağırsağın  mikrotravması, anal dəliyin fissurası və çatları

-          Cərrahi əməliyyatlardan sonrakı yaralar

-          Trofiki, yataq və uzun müddət sağalmayan yaralar

-          İrinli yaraların müalicə və profilaktikası

-          Yanıq səthinin işlənməsi zamanı

-          Şüa terapiyasından sonrakı yanıqlar

Əks göstərişlər:

Sanagel Plus gelinin  hər hansı komponentinə qarşı fərdi həssaslıq, 3 yaşa qədərki dövr.

Xüsusi ehtiyatla:

Gelin gözə düşməsindən ehtiyatlanmalı, çünki gel göz üçün  zəif qıcıqlandırıcı təsirə malikdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Gelin istifadəsi zamanı həkim və ya əczaçı ilə məsləhətləşməli. Sanagel Plus gelinin hamiləlik və südvermə dövründə dölə zərərli təsiri barədə məlumat yoxdur.

Əlavə təsirləri:

Sanagel Plus gelinin əlavə təsirləri haqqında məlumat yoxdur.

İstifadə qaydası:

Gel zədə nahiyəsinə nazik qatla gündə 3-4 dəfə olmaqla çəkilir. Müalicə dövrü həkim tərəfindən müəyyənləşdirilir. Ginekoloji praktikada preparat tampon şəklində 5-10 gün müddətində isifadə edilir.

Buraxılış forması:

Sanagel Plus 30 q-lıq gel formasında alüminium tüblərdə qablaşdırılır.

İstehsalçı:

Latviya, Riqa. LMP.

Azərbaycanda rəsmi distributor:

AZERİMED şirkətidir.

Baxılma sayı: 9337 dəfə
 
SUAL CAVAB
Emil
Sual: Salam.Zehmet olmasa men komeklik ederdiniz.mende agiz qiraginda ag rengde biwmece kimi nese emele gelib.ona hansi krem ve ya maz komellik eder.
Cavab: Salam Emil bəy.Siz həkimə müraciət edin.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..