*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Allergik rinit » ALSET sirop
Sual ver
  Təcili sifariş A+ A-

ALSET sirop

Tərkibi

1 menzurka (5ml ) siropda: Setirizin dihidroxlorid 5 mq, 

FARMAKOTERAPEVTİK QRUP

Piperazin törəməsi olan sistem təsirli antihistamin preparat. 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Farmakokinetika

Setirizinin maksimal konsentrasiyası plazmada preparat qəbulundan 1 saat sonra yaranır. Yarımparçalanma dövrü 11 saatdır, 6-12 yaşlı uşaqlarda isə - 6 saatdır. Böyrəklərlə preparatın çıxarılan miqdarı həm böyüklərdə, həm uşaqlarda qəbul edilən dozanın 2/3 hissəsini təşkil edir. Uşaqlarda hesablanmış klirens böyüklərə nisbətən daha artıqdır, eliminasiya isə eynidir. Plazmada olan göstəricilər qəbul edilən dozadan asılı olaraq dəyişmir. Setirizin plazma zülalları ilə sıx şəkildə birləşir.

Farmakodinamika

Alset periferik histamin H1-reseptorlarının yüksək seçici blokatorudur. Sedativ və xolinolitik effektlərə malik deyildir, çünki farmakoloji aktiv formalarda hematoensefalik baryeri keçmir. Alset  ekzogen histaminin kapilyarların genəlməsi, keçiriciliyinin artması (ödemin inkişaı, övrə, qızartı), hissi sinir ucluqlarının stimulə olunması (göynəmə, ağrı) və tənəffüs orqanlarının, mədə bağırsaq traktı saya əzələlərinin spazmı kimi fizioloji və patofizioloji effektlərini ingibə edir. Vazoaktiv intestinal polipeptid (VİP) və P maddəsi (allergik reaksiyada iştrak edən  polipeptid) tərəfindən inkişaf edən dəridəki reaksiyaların qarşısını alır. Alset allergiyanın histamindən asılı olan “erkən” mərhələsinin (antihistamin təsir) qarşısını alır və eozinofillərin iltihabi mediatorlarının miqrasiya gücünü azaldır, bununla da atopik reaksiyanın “gecikmiş” fazasının mediatorlarının ifrazını (antiallergik təsir) tormozlayır.

Alset bronxial astmalı xəstələrdə histaminə qarşı hiperreaktivliyi, xüsusi allergenə qarşı allergik reaksiyaları azaldır. 

GÖSTƏRİŞLƏR

  • pollinoz (mövsümi allergik rinitlər və konyunktivitlər),
  • xroniki allergik rinit,
  • allergik göynəmə,
  • xroniki urtikariya (övrə) 

DOZALANMA REJİMİ

Preparatın qəbulu qida qəbulundan asılı deyildir.

Müalicənin müddəti prosesin lokalizasiyasından və ağırlığından asılıdır. Preparatın qəbulu axşam yeməyi zamanı məsləhət görülür, çünki gecə simptomlar özünü daha güclü şəkildə büruzə verir.

Yaş

Dozalanma

Qəbul

0-2 yaş

2.5 ml

1 dəfə

2- 6 yaş

5 ml

1 dəfə

6-12 yaş

5-10 ml

1 dəfə

Böyüklər

10 ml

1 dəfə 

Pollinoz zamanı müalicə 3-6 həftə davam etməlidir. 

ƏLAVƏ TƏSİRLƏRİ

Preparat adətən yaxşı mənimsənilir. Nadir hallarda müşahidə olunur:

  • baş ağrısı, başgicəllənmə,
  • yuxululuq,
  • güclü həyəcan,
  • ağızda quruluq,
  • dispepsiya. 

ƏKS GÖSTƏRİŞLƏRİ

  • preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq,
  • hamiləlik,
  • laktasiya dövrü. 

Digər dərmanlarla qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri yoxdur. Simetidin və diazepamla birgə təyinatına əks göstəriş yoxdur. Setirizin terapevtik dozalarda (0,8 q/l qanda) alkoqolun təsirini artırmamışdır. Sedativ preparatların qəbulu ilə Alseti birgə təyin edərkən diqqətli olmaq vacibdir. 

XÜSUSİ GÖSTƏRİŞLƏR

Həkim məsləhəti olmadan qəbul etməməli.

Böyrək çatmamazlığı zamanı doza ½ tabletə enməli.

Preparatın nəqliyyat vasitələrindən və potensial baxımdan təhlükəli mexanizmlərdən istifadəyə təsiri

Kəmiyyət baxımından obyektiv qiymətləndirmə zamanı məsləhət olunan dozanın – 10 mq təyinatı nəqliyyatdan və təhlükəli mexanizmlərdən istifadə edən şəxslərdə xoşagəlməz hallar verməmişdir, bununla belə ehtiyatlı olmaq və dozanı aşmamaq məsləhət görülür. 

ARTIQ DOZALANMA

Alsetin birdəfəlik 50 mq dozada (5 tablet) istifadəsi zamanı yuxululuq verməsi mümkündür.

Artıq dozalanma zamanı digər tədbirlərlə yanaşı mədənin yuyulmasını da aparmaq lazımdır.

Setirizinə qarşı xüsusi antidot yoxdur. 

BURAXILIŞ FORMASI VƏ QABLAMASI

Alsetin  karton qutuda, 200ml sirop tünd şüşədə, plastik menzurka (5 ml) və içlik var. 

SAXLANMA ŞƏRAİTİ

+25 0 C-dən yüksək olmayan otaq temperaturunda saxlanmalı.

Uşaqların əli çatmadığı yerdə saxlamalı! 

İSTİFADƏ MÜDDƏTİ

2 il

Qutunun üzərində olan müddət bitdikdə istifadə edilməməli. 

BURAXILMA ŞƏRTİ

Reseptlə 

İSTEHSALÇI

Santa farma İlaç Sənaye A.Ş.

P.K.262, 34361 Şişli – İSTANBUL/TÜRKİYƏ

Baxılma sayı: 37292 dəfə
 
SUAL CAVAB
gunka
Sual: Qiymeti
Cavab: Dərmanın qiyməti haqqında sualları aşağıda gördüyünüz Bizimlə Əlaqə bölməsində sorğu edə bilərsiniz. Təşəkkürlər
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..