*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • *7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ21-ci AZƏRBAYCAN BEYNƏLXALQ SƏHİYYƏ SƏRGİSİ  
*7700 TƏCİLİ DƏRMAN ÇATDIRILMASI XİDMƏTİ VƏ MƏLUMAT MƏRKƏZİ1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dayaq hərəkət sistemi » KALSİVİT M
Sual ver
  Təcili sifariş A+ A-

KALSİVİT M

Vasitənin istifadəsi üzrə təlimat (xəstələr üçün)

Farmasevtik forması

Sirop

Tətbiq olunma yolu

 Per os




Tərkibi: Siropun hər 5 ml-də:

Kalsium.........................................................................  250 mq

(Kalsium trifosfat)

Maqnezium....................................................................  10 mq

(Maqnezium laktat)                                                   

Vitamin D3......................................................................  5 mkq

Vitamin B12..................................................................   2.5 mkq


Farmakoloji xüsusiyyətləri

Kalsium (kalsium trifosfat şəklində)

  • Sümükləri  və dişləri möhkəmləndirir.

Maqnezium (maqnezium laktat şəklində)

  • Kalsiumun endogen metabolizmində iştirak edir;
  • Sinir tiklərini aradan qaldırır.

Vitamin D3

  • Kalsiumun sorulmasında və sümüklərin formalaşması üçün istifadə olunur;
  • Çatların və osteoporozun əmələ gəlməsinin qarşısını alır.

Vitamin B12

  • Hüceyrə nüvəsinin DNT-nun sintezində aktiv iştirak edir;
  • Mərkəzi sinir sisteminə qoruyucu təsir göstərir;
  • Fol turşusunun metabolizmində əsas rol oynayır.


Göstərişləri

  • Raxitin müalicə və profilaktikası;
  • Kalsium mübadiləsinin pozğunluğu, osteopatiya, qıcolma sindromu, spazmofiliya;
  • Südlə və süni qidalarla bəslənən və ya təmiz havada az olan uşaqlarda;
  • Kariesin profilaktikası;
  • Uşaqlarda kalsium defisiti zamanı (əmgəyin gec bağlanması, dişlərin gec çıxması, dişlərin qıcanması, aritmiya, hissiyat pozğunluğu, əzələ ağrıları və spazmları, ətrafların əsməsi);
  • Allergik xəstəliklər və iltihabi prosesdə;
  • Uşaqlarda pubertant  dövrdə boy artımını sürətləndirmək məqsədilə;
  • Sümük sınıqlarının qarşısının alınması, reparasiya  və sümüklərin möhkəmlənməsi məqsədilə;
  • İdmanla aktiv məşğul olanlar və pəhriz saxlayan şəxslərdə kalsium defisitinin profilaktikası məqsədilə;
  • Kalsium və D vitaminin sorulmasının pozulması (malabsorbsiya sindromu, enteropatiyalar, xroniki diareyalar);
  • Diuretiklərin, qıcolma əleyhinə preparatların, fenobarbitalın, antibiotiklərin və qlükokortikosteroidlərin uzunmüddətli qəbulu;
  • Kalsiuma tələbatın artması halları (hamiləlik, laktasiya, menopauza, postmenopauza, yaşlı şəxslər);
  • Müxtəlif mənşəli osteoporozun profilaktikası.


Doza və istifadə qaydası

Yaş

Dozalanma

Qəbul

0 - 1 yaş

2.5 ml

2 dəfə

1 - 3 yaş

5 ml

2 dəfə

3 - 12 yaş

5 ml

3 dəfə

12 yaşdan yuxarı

10 ml

2 dəfə

 

Əks göstərişləri

Hər hansı komponentdən birinə qarşı həssaslığın artıq olması;

Kalsium və D vitamini preparatları hiperkalsemiya və ya hiperkalsemiya törədə bilən vəziyyətlərdə istifadə olunmur.

Əlavə təsirləri

Allergiya və ya hiperhəssaslıq reaksiyaları preparatın tərkibində olan hər bir komponentə qarşı əmələ gələ bilər.

Saxlanma şəraiti:

250C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Yararlılıq müddəti:

Qutu və flakonun üstündə göstərilib. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Buraxılış forması

120 ml sirop

Aptekdən buraxılma şərti:

Reseptsiz buraxılır.

İstehsalçı:

“İnv Poland” sp. zo.o.ul. Krolowej Jadwigi 257C/A2, 30-218 Krakow, Poland/ Polşa

Rəsmi distribyutor:  Azerimed MMC


Baxılma sayı: 4993 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..