*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

LİNOLEN sirop

Xaricə istifadə üçün krem 

Tərkibi:

Təsiredici  maddə: 50 mq sidik cövhəri (Ureum)

Köməkçi maddələr: kətan yağı, raps yağı, provitamin konsentrantı, propilenqlikol, stearin və ya stearin turşusu, metilparaben,  propilparaben,  trolamin, karbomer, təmizlənmiş su. 

Farmakoterapevtik qrupu

Dərinin yumuşalması və nəmləndirilməsi üçün krem 

Farmakoloji xüsusiyyətləri

Preparatın komponentləri dərini yumuşaldır, nəmləndirir, qidalandırır, toxuma regenerasiyasını yaxşılaşdırır, oksidləşmə proseslərini ləngidir, qaşınmanı azaldır.

İstifadəsinə göstərişlər

Ø Uşaqlarda bələk bişməcəsi

Ø Döş giləsində yaranan çatlar

Ø Psoriaz

Ø Dəri quruması və qabıqlanması

Ø Daban çatları 

Əks göstərişlər

Kremin komponentlərinə qarşı yüksək həssaslıq. 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Öyrənilməyib. 

İstifadə qaydası və dozası

Dərinin problemli yerlərinə gün ərzində 3-4 dəfə sürtülür. 

Əlavə təsirləri

Yoxdur. 

Buraxılış forması

40 q-lıq alüminium tublarda.Tublar içlik vərəqə ilə karton qutuya yerləşdirilir. 

Saxlanma şəraiti                                                                                      

25 °С-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Aptekdən buraxılma şərti

 Reseptsiz buraxılır. 

İstehsalçı:

 “LMP”,MMC, Latviya

Baxılma sayı: 7361 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..