*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Revacid ( Ampicillin - Sulbactam) 1.5
Sual ver
 Qiyməti: 1.91 AZN Təcili sifariş A+ A-

ANTIBAKTERIAL PREPARAT

REVASİD

Ampisillin/Sulbaktam


Tərkibi:

Hər bir flakonun tərkibində 1000 mq ampisillin natrium duzu və  500 mq sulbaktam vardır.

Hər bir flakonun tərkibində 500 mq ampisillin natrium duzu, 250 mq sulbaktam vardır.

Hər ampulun tərkibində 4 ml və ya 2 ml  1%-li lidokain hidroxlorid məhlulu vardır.

Preparat steril və apirogendir.

Farmakoterapevtik qrupu: kombinəolunmuş antibakterial preparat 


Farmakoloji xüsusiyyətləri:

Kombinə olunmuş antibakterial preparatdır.

Ampisillin - penisillinlər  qrupundan olan yarımsintetik antibiotikdir. Bakteriyaların hüceyrə divarının sintezini pozmaqla bakterisid təsir göstərir. Ampisillin geniş təsir spektrinə  malikdir, qrammüsbət, qrammənfi və anaerob bakteriyalara qarşı fəaldır. Ampisillin beta-laktamaza fermentlərinin təsirindən parçalanaraq müalicə zamanı qeyri-effektiv olur. Sulbaktam penisillinlərin törəməsi olub ampisillinə həssas bakteriyalar tərəfindən sintez olunan beta-laktamaza fermentini ingibə edir. Bunun nəticəsində sinergik təsir göstərir. REVASİD müxtəlif qrammüsbət bakteriyalara: Streptococcus spp., Staphylococcus spp., aerob qrammənfi bakteriyalara: Neisseriya meningitidis, Branhamella catarallis, Proteus mirabilis, Proteus vulgaris, Providencia rettgeri, Morganella morgani, Neisseriya gonorrhoeae, Escherichia coli,  Shigella spp., Salmonella spp., Bordetella pertussis, Klebsiella spp. və Haemophilus influenzae-nın bir sıra ştammlarına, anaerob bakteriyalardan: Clostridium spp., Bacteroides spp.(o cüm. Bacteroides fragilis), Peptococus spp. qarşı aktivdir.


Framakokinetikası:

REVASİD parenteral yeridildikdən sonra qanda yüksək konsentrasiya yaradır. Böyrək funksiyaları normal olan xəstələrdə istifadədən 8 saat sonra 75-85% dəyişilməmiş şəkildə sidiklə orqanizimdən xaric olunur. Böyrək funksiyasının pozulması preparatın eliminasiyasına təsir göstərir. Ampisillin qanın zülalları ilə 28%, sulbaktam isə - 38% birləşir. Orqanizmdən yarımxaricolma dövrü 1 saat təşkil edir.

REVASİD müxtəlif orqan və mayelərdə yüksək qatılıqda müşahidə olunur, venadaxili istifadədən sonra  onurğa-beyni qişasının iltihabı zamanı onurğa-beyni mayesində toplanır.


Göstərişləri:

Ampisillin /sulbaktama həssas mikroorqanizmlər tərəfindən törədilən xəstəliklərin müalicəsi üçün istifadə olunur:

  • Yuxarı və aşağı tənəffüs yollarının infeksiyaları
  • Sidik yollarının infeksiyaları
  • Ginekoloji infeksiyalar
  • Dəri və yumşaq toxumaların infeksiyaları
  • Sümük və oynaqların infeksiyaları
  • İntraabdominal infeksiyalar
  • Qonokokklarla törədilən infeksiyalar
  • Bakterial septisemiya, həmçinin abortlar və Keysəriyyə əməliyyatından sonra sepsis riskini aşağı salmaq məqsədilə
  • Cərrahi  əməliyyatlardan  sonra  profilaktik  məqsədlə,  həmçinin  revmatizm   (aktiv  faza),  sepsis (septik endokardit), meningit


Əks göstərişlər:

Preparatın komponentlərinə və digər penisillinlər qrupundan olan antibiotiklərə qarşı həssaslığın artması, qaraciyər çatışmamazlığı, yerli anestetiklərə həssaslıq olduqda. Müxtəlif ürək blokadaları zamanı həlledicini (lidokain-hidroxlorid) istifadə etmək olmaz.

 

Xüsusi göstərişlər:

Anamnezində penisillinlərə və sefalosporinlərə həssaslıq olan xəstələrə REVASİD-in təyini zamanı çarpaz allergik reaksiya ehtimalını nəzərə almaq lazımdır. Bununla əlaqədar tam anamnez toplanılmalıdır. Allergik reaksiyalar müşahidə olunarsa, preparatın istifadəsini saxlayıb, antihistamin preparatları və kortikosteroidlərlə müalicə aparılmalıdır. REVASİD-in uzunmüddətli istifadəsi zamanı qanın tərkibini, qaraciyər və böyrəklərin funksiyasını nəzərdə saxlamaq lazımdır. İnfeksion mononukleoz xəstəliyində istifadə olunmur. REVASİD kanserogen və mutagen təsir göstərmir.


Əlavə təsirləri:

REVASİD xəstələr tərəfindən yaxşı mənimsənilir. Bəzi hallarda aşağıdakı əlavə təsirləri müşahidə oluna bilər: ürəkbulanma, qusma, epiqastral nahiyyədə ağrılar, stomatit, dilin tündləşməsi, qastrit, diareya, nadir hallarda - enterokolit, psevdomembranoz kolit, inyeksiya yerində ağrılar, halsızlıq, baş ağrıları, təsadüfi hallarda isə -  ağır anafilaktik reaksiyalar mümkündür. Bəzi hallarda aqranulositoz, hemoqlobinin, eritrositlərin, leykositlərin, limfositlərin, trombositlərin azalması və yaxud limfositlərin, monositlərin, eozinofillərin, trombositlərin artması müşahidə olunur. Bu dəyişikliklər keçici xarakterlidir və preparatın istifadəsi dayandırıldıqda qanın tərkibi normaya düşür. Dəri səpgiləri, qaşınma, urtikariyalar, multiform eritema, allergik reaksiyalar müşahidə oluna bilər. Nadir hallarda super infeksiyalar və kandidoz müşahidə oluna bilər.

 

Hamiləlik və laktasiya dövrü:

Hamiləlik və laktasiya dövründə preparatın təhlükəsizliyi öyrənilməmişdir.


Dozalanma rejimi:

REVASİD əzələdaxili yeridilir. Venadaxili yeritmək üçün preparat inyeksiya üçün fizioloji məhlulda həll olunur və asta-asta venaya yeridilir.

Böyüklər üçün sutkalıq doza 1,5 q-dan (1q ampisillin/0,5 q sulbaktam) 12q-a qədərdir (8 q ampisillin /4 q sulbaktam). Sulbaktamın maksimal sutkalıq dozası 4q-dır. İnfeksion prosesin ağırlığından asılı olaraq 6-8 saat intervalla istifadə olunur. Orta ağır dərəcəli infeksiyalarda 12 saat intervalla təyin edilir. Həll edildikdən sonra preparat dərinə olmaq şərtilə əzələyə yeridilir. Məhlulu hazırladıqdan sonra 1 saat ərzində istifadə etmək lazımdır. Böyrək çatışmamazlığı zamanı ampisillinin və sulbaktamın eliminasiyası dəyişir, plazmadakı səviyyəsi isə dəyişmir. Bu halda preparat aşağıdakı sxemlə təyin edilir.


Kreatinin klirensi

İstifadə olunan doza

İstifadə intervalı

(M/san)

(q)

(saat)

>30

1,5-3

6-8

15-29

1,5-3

12

5-14

1,5-3

24


Uşaqlar və yeniyetmələr üçün sutkalıq doza 150 mq/kq çəkiyə olaraq hər 6-8 saatdan bir təyin olunur. Yarımçıqdoğulmuş və yenidoğulmuşlara 150 mq/kq çəkiyə hər 12 saatdan bir təyin olunur.

Müalicəni orqanizmin temperaturu normaya düşdükdən sonra 48 saat ərzində davam etdirmək lazımdır. Müalicə 5-14 gün davam etdirilir, ağır vəziyyətlərdə müalicənin müddətini uzatmaq olar. Cərrahi əməliyyatlardan sonra profilaktik məqsədlə anesteziya zamanı və əməliyyatdan 6-8 saat sonra 1,5-3 q təyin edilir.


Dərman uyğunluğu:

REVASİD  aminoqlikozidlər, vankomisin və rifampisinlə birlikdə istifadə olunduqda sinergizm müşahidə olunur.

REVASİD  peroral estrogen tərkibli preparatlarla birlikdə istifadə olunduqda, estrogenlərin qaraciyərdə sirkulyasiyasını zəiflətməklə onların təsirini azaldır.

Həll olunmuş REVASİD-i aminoqlikozidlər qrupu və digər qrup antibiotiklərlə  qarışdırmaq olmaz.

 

Məhlulun hazırlanma qaydası:

3,5 ml 1%-li lidokain-hidroxlorid məhlulunu iynə vasitəsilə 1,5 q REVASİD  tərkibində olan flakona yeridin və tam həll olunanadək yaxşıca çalxalayın. Hazırlanmış məhlul 1 saat ərzində istifadə olunmalıdır.

0,75 q REVASİD  üçün 1,8 ml 1%-li lidokain-hidroxlorid məhlulunu götürüb həmin qaydada həll edin.

 

Buraxılış forması:

REVASİD 1 flakonda 1,5 q ampisillin/sulbaktam və 1 ampulda 4 ml-lik 1% lidokain-hidroxlorid məhlulu.

REVASİD 1 flakonda 0,75 q ampisillin/sulbaktam və 1 ampulda 2 ml-lik 1% lidokain-hidroxlorid məhlulu.


Saxlanma qaydası:

Qaranlıq, quru və uşaqlar üçün əlçatmaz yerdə 250 C-dək temperaturda saxlayın.


 

İSTEHSALÇI : SLOVFARM D.O.O. SLOVENİYA 

 




Baxılma sayı: 5635 dəfə
 
SUAL CAVAB
andrey
Sual: сколько стоит это лекарство?
Cavab: Bizim xidmət dərman çatdırılmasından ibarətdir. Siz sifarişinizi verdikdən sonra biz verdiyiniz sifarişi apteklə dəqiqləşdirib çatdırılma pulu ilə birgə sizə deyə bilərik. Çatdırılma xidməti olaraq gün ərzində 5 AZN təcili (1-2 saat) içərisində 10 AZN təşkil edir.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..