*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Fluber – 150
Sual ver
 Qiyməti: 3.01 AZN Təcili sifariş A+ A-

Tərkibi :

Aktiv maddə :flukonazol 150 mq 

Köməkçi maddələr : stearin  turşusu , natrium kroskarmeloza , laktoza monohidrat , mikrokristalitik sellüloza , bərk jelatin kapsula N1 ( tərkibində titan dioksid E 171 rəngləyici saxlayır )

Farmakoloji xüsusiyyətlər :

Flukonazol triazol qrupundan olan göbələk əleyhinə vasitədir.

Göbələk membranın əsasını təşkil edən erqosterolun sintezini ingibə etməklə fungisid təsir göstərən preparatdır. Nəticədə, göbələk membranı öz tamlığını itirir və göbələk hüceyrəsi büzüşərək məhv olur.

Fluber-150  geniş spektrli və yüksək spesifik təsirə malik göbələk əleyjinə vasitədir. Əksər səthi və invaziv mikozların törədicilərinə qarşı aktivdir : Candida spp., Mikrosporum spp., Cryptococcus neoformans, Trichophyton spp., Blastomyces dermatitidis , Coccidioedes immitis və Histoplasma caspsulatum. Göbələk fermentlərinə qarşı yüksək spesifik təsir göstərir. Aspergillus növü tərəfindən törədilən göbələk infeksiyalarına qarşı flukanazol molekulu effektli deyil.

Farmakokinetika :

Peroral qəbuldan sonra flukanazol MBS  tərəfindən yaxşı sorulur və preparatın tam biomənimsənilməsi 90%-ə çatır. Eyni vaxtda qida qəbulu preparatın absorbisiyasına mane olmur və mədənin PH-na təsir etmir. 0,5-1,5 saatdan sonra plazmada konsentrasiyası ən yüksək həddə çatır. Sutkada 1 dəfə istifadə etdikdə 4-5 gündən sonra konsentrasiyası tarazlaşır (90% səviyyəsində) .Müalicənin ilk günü zərbə dozası təyin olunarsa , (adi haldan 2 dəfə artıq dozada), flukonazolun yuxarıda qeyd olunan konsentrasiyasını ikinci gün müşahidə etmək olar. Plazmada konsentrasiyası proporsional dozadadır. 200 mq flukanazol qəbul etdikdən sonra plazmada maksimal konsentrasiyası təqribən 4,6 mq/l təşkil edir , plazmada tarazlıq konsentrasiyası 15 gündən sonra – 10 mq/l-ə bərabər olur. 400 mq flukonazol qəbul etdikdən sonra plazmada maksimal konsentrasiyası təqribən 9 mq/l , plazmada tarazlıq konsentrasiyası 15 gündən sonra təqribən 18 mq/l-ə bərabər olur. Flukonazol orqanizmdə bütün  mayelərdə rast gəlinir və HEB asanlıqla keçir. Preparatın plazma zülalları ilə birləşməsi 11-12%-ə bərabərdir. Buynuz qişada, epidermisdə flukonazolun konsentrasiyası plazmadakından yüksəkdir. Flukonazol dərinin buynuz qatında kumulyasiya olunur. Qaraciyərdə metabolizmə uğramır. Əsasən böyrəklərlə xaric olunur. Qəbul olunan dozanın 80%-i sidiklə dəyişilməmiş formada xaric olur. Yarımçıxarılma dövrü 30 saatdır. Flukonazolun yarımçıxarılma dövrü uşaqlarda böyüklərə nisbətən tezdir. Uşaqlarda və yeniyetmə dövründə (5-15 yaş) yarımçıxarılma dövrü 15,2-17,6 saatdır. Plazmadan yarımxaricolma dövrünün uzunmüddətli olması vaginal kandidozda preparatın birdəfəlik qəbuluna və digər göstərişlərdə gündə 1 dəfə və ya həftədə 1 dəfə istifadəsinə imkan yaradır.

Göstərişlər :

-          genital kandidoz , vaginal kandidoz (kəskin və xroniki residiv verən), kandidoz balaniti

-          antibiotiklərlə müalicədən sonra göbələk infeksiyasına qarşı profilaktik məqsədlə

-          dəri mikozları , bədənin mikozları , pəncənin mikozu , qasıq mikozu , onixomikoz , dəri kandidozu

-          immuniteti zəifləmiş xəstələrdə göbələk infeksiyasının profilaktikası məqsədilə

-          yayılmış kandidoz, kandidemiya, disseminə olunmuş kandidoz və digər invaziv formalı kandidoz infeksiyaları (qarın boşluğu infeksiyaları, endokard, göz, tənəffüs yolları və sidik yolları kandidozu)

-          selikli qişaların, eyni zamanda ağız boşluğu, udlaq, qida borusunun kandidozu, qeyri-invaziv bronx-ağciyər kandidozu, kandiduriya, diş protezlərinin hesabına yaranan ağız boşluğunun atrofik kandidozu

-          kriptokokkoz, kriptikokk meningiti və başqa kriptokokklar

-          sistem kandidozlar

-          dərin endemik mikozlar

  Dozalanma rejimi :

  Fərdidir.

Fluber-150 gündəlik dozası infeksiyanın təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq təyin olunur. Vaginal kandidozda Fluber-150 150 mq olmaqla birdəfəlik dozada daxilə təyin olunur. Vaginal kandidozun residivlərinin qarşısını almaq üçün Fluber-150 ayda 1 dəfə 150 mq qəbul olunur. Müalicə müddəti fərdidir 4-12 ay.

Kandidozun profilaktikası üçün Fluber-150  50-400 mq olmaqla  gündə 1 dəfə göbələk infeksiyası yaranma riskindən asılı olaraq təyin olunur. Ağız boşluğunun və udlağın kandidozunda preparat gündə 1 dəfə 50-100 mq dozada təyin edilir. Müalicə kursunun müddəti 7-14 gündür.

Pəncə, qasıq nahiyəsi, dəri mikozlarında Fluber-150 150 mq olmaqla həftədə 1 dəfə təyin olunur. Müalicə müddəti 2-4 həftədir. Antibiotiklərlə müalicədən sonra və immunitet zəifliyində profilaktik məqsədlə Fluber-150 150 mq olmaqla həftədə 1 dəfə təyin olunur.

Onixomikozda preparat 150 mq olmaqla həftədə 1 dəfə, dırnaq sağalana qədər qəbul edilir. Kəpəklənən dəmrovun müalicəsində məsləhət görülən doza 50 mq olmaqla gündə 1 dəfə təyin edilir. Müalicə kursunun müddəti 2-4 həftədir.

Yayılmış kandidoz və digər invaziv kandidozlarda Fluber-150 ilk günlərdə 450 mq , sonrakı günlərdə isə 150-450 mq təyin olunur. Müalicə kliniki effektdən asılı olaraq davam etdirilir.

Sistem kandidozlarda həftədə 150-450 mq təyin olunur. Müalicə 2 il davam etdirilir.

Kriptokokk meningitində və digər lokalizasiyalı kriptokokklarında birinci gün 400 mq , sonrakı günlər isə 200-400 mq olmaqla gündə 1 dəfə təyin olunur. Müalicənin müddəti klinik effektdən asılıdır.

Yaşlı insanlarda. Əgər böyrəyin funksiyası pozulmayıbsa, flukonazol adi qaydada təyin olunur. Böyrəyin funksiyası pozulmuş xəstələrdə flukonazolun təyini adi qaydadakı təyinatdan aşağı olmalıdır. (kreatin klirensi <50ml/min)Böyrək funksiyası pozulmuş xəstələrdə qəbul qaydası. Flukonazol adətən dəyişilməmiş halda böyrəklər vasitəsilə atılır. Birdəfəlik qəbul zamanı dozanı dəyişməyə ehtiyac yoxdur.

Doza artıqlığı əlamətləri:

Qallyusinasiya, ürəkbulanma, qusma, diareya

Müalicə:

Flukonazol əsasən böyrəklər vasitəsilə atıldığından sürətləndirilmiş diurez preparatın atılmasını sürətləndirə bilər.

Əlavə təsiri:

Ürək bulanma, qarın nahiyəsində ağrılar, meteorizm, az hallarda allergik reaksiyalar rast gəlinir.

MSS: baş ağrısı, nadir hallarda-qıcolmalar, baş gicəllənmə, paresteziya, tremor.

Dəri və onun törəmələri: alopesiya, səpgi, qaşınma, polimorf eritema, toksiki epidermal  nekroliz, Stivens-Jonson sindromu.

Mədə-bağırsaq sistemi: ürəkbulanma, qusma, qarında ağrı, diareya, dispepsiya.

Qan və limfa sistemi: leykopeniya, neytropeniyavə aqranulositoz daxil olmaqla, trombositopeniya.

İmmun sistemi: anafilaksiya, angionevrotik şiş daxil olmaqla, üz şişkinliyi və dəri qaşınması, örə 

Ürək sistemi:

QT intervalının uzanması, ventrikulyar aritmiya 

Əks göstəriş:

Flukonazola və digər azol birləşmələrinə qarşı hiperhəssaslıq

Flukonazol qəbul edən xəstələrdə sizaprid, terfenadin, astemizol, pimozid və xinidinin eyni vaxtda qəbulu qadağandır. 

Xüsusi göstərişlər:

Hamiləlik zamanı istifadəsi məqsədə uyğun deyil. Yalnız hamilə qadının həyatı üçün təhlükə törədən ağır göbələk infeksiyaları istisna olmaqla. Laktasiya zamanı Fluber-150 təyini məsləhət görülmür.

Qaraciyər funksiyaları pozulmuş xəstələrdə ehtiyatla islətmək lazımdır.

Kumarın antikoaqulyantları ilə birlikdə işlədildikdə protrombin müddəti nəzarətdə saxlanılmalıdır.

Rifampisilinlə birgə işlədildikdə preparatın dozası artırılmalıdır.

Preparat oral kontraseptivlərin effektinə təsir etmir. 

Saxlanma qaydası:

25 C temperaturdan yuxarı olmayan və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. 

Saxlanılma müddəti:

3 il

Buraxılış forması:

Fluber-150,  kapsul  N1

İstehsalçı: APOTEX INC. CANADA.

Baxılma sayı: 3793 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..