*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ12
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
ITAL - Metronidazol 5 q/l
Sual ver
 Qiyməti: 6.53 AZN Təcili sifariş A+ A-

Tərkibi: Məhlulun 100 ml-də

Metronidazol     -      5 q

Inyeksiya üçün su -NaCl 

Farmakoterapevtik qrup: imidazol törəməsi 

QƏBULA GÖSTƏRİŞLƏR:

  • Anaerob infeksiyaların müalicəsi
  • Əməliyyatdan sonra anaerob infeksiyanın profilaktikası
  • Həzm və genital orqanların üzərində aparılan əməliyyatlardan sonra
  • Aerob mikroblara qarşı təyin olunan antibakterial preparatlarla yanaşı
  • Qaraciyər və bağırsağın amöbiazı

Əks göstərişlər

Metronidazol və digər imidazol törəmələrinə və ya məhlulun hər hansı maddəsinə qarşı yüksək həssaslılıq.

Ehtiyyat tədbirləri

Ataksiya, başgicəllənmə və ya əqli pozuntu halları baş verərsə müalicə dayandırılmalıdır.

Qarşılıqlı təsirlər

Dərmanların qarşılıqlı təsirləri

Tövsiyyə edilməyən birləşmələr:

Disulfiramla təyin olunma zamanı  sayıqlama, həyəcan hallarına səbəb ola bilər.

Metronidazolun spirtli içkilərlə eyni anda qəbulu üzün qızarması, qusma, taxikardiya kimi disulfiram reaksiyalarına bənzər əlamətlərin əmələ gəlməsinə  səbəb ola bilər.

Ehtiyyat tələb edən birləşmələr

Metronidazol peroral  antikoaqulyantların qaraciyər metabolizmini azaltmaqla onların təsirini gücləndirir və qanaxma riski artır. Bu müddət zamanı  protrombin vaxtını və eləcə də BNN-i nəzarət  etmək lazımdır.

Nəzərə alınan  birləşmələr

Metronidazol böyrək klirensini  azaldaraq  5-flüor-urasilin toksikliyini  artıra bilər.

Laborator testləri

Metronidazol treponemaların hərəkətini dayandıraraq, Nelson testinin yanlış dəqiqliyinə səbəb ola bilər.

Xüsusi göstərişlər

Mərkəzi yaxud periferik xəstəlikləri olan xəstələrdə sabitləşən və ya inkişafda olan  nevroloji status ağırlaşa bilər.

Qlükokortikoidlər qəbul edən  və ya ödemlərə meylli olan xəstələrə təyin olunduğu zaman  məhlulun tərkibində natrium ionlarının  olması  nəzərə alınmalıdır.

Spirtli içkilərdən istifadə etməməlidirlər (disulfiram reaksiyalarına bənzər əlamətlər).

Qan laxtalma prosesinin pozulması ilə,  böyük dozalarla və ya  uzun müddətli müalicə alan xəstələrə müalicədən öncə və sonra leykosit formulunun hesablanması məsləhət görülür.  Leykopeniya  zamanı müalicənin davam olunması və  müddəti infeksion prosesin ağırlıq dərəcəsindən asılı ola bilər. 

Hamiləlik və laktasiya

Hamiləliyin ilk üç ayında  metronidazolla müalicə alan  bir neçə yüz hamilə qadının müayinəsi zamanı döl üçün heç bir xüsusi  və ya zəhərli təsirlər müşahidə edilməyib.

Bunun üçün metronidazolun istifadəsi ,mühüm anda hamiləliyə əks təsir göstərmir.

Laktasiya  dövründə metronidazol qəbul edilməməlidir, çünki o ana südü ilə orqanizmdən xaric edir.

Idarəetmə və ya ağır avadanlıqlardan istifadə bacarığı

Metronidazol ilə terapiya zamanı, başgicəllənmə riski səbəbindən idarəetmə və ya ağır avadanlıqlardan istifadə bacarığına təsir  göstərilə bilər.

 

DOZALAR VƏ QƏBUL QAYDALARI

Anaerob  infeksiyaların müalicəsi:

-          Böyüklər: 1- 1.5 q metronidazol/gündə    2-3 infuziya.

-          Uşaqlar: 20 -30 mq metronidazol/kq gündə 2-3  infuziya.

Venadaxili  qəbul  preparatın  daxilə qəbulu  mümkün olan kimi  onunla əvəz oluna bilər.

Əməliyyatdan sonraki  infeksiyaların profilaktikası:

Antibiotikoprofilaktika qısa müddətli ola bilər, adətən əməliyyatdan sonrakı dövr ilə məhdudlaşır, amma 48 saatdan artıq ola bilməz.

-          Böyüklər: əməliyyatdan 30 dəqiqə əvvəl,  metronidazol bir dəfəlik 1 q dozada  yeridilir.

-          Uşaqlar: əməliyyatdan 30 dəqiqə əvvəl,  bir dəfəlik 20-40 mq metronidazol /kq olmaqla yeridilir.

Amöbiaz

-          Böyüklər: 1.5 q metronidazol/gündə. Birdəfəlik infuziya-500 mq metronidazol təşkil edir.

-          Uşaqlar: 30/40 mq metronidazol /kq və gün bir dəfəlik infuziyada. 

Amöbiaz nəticəsində əmələ gələn  qaraciyərin absesi zamanı metronidazol ilə aparılan terapiya prosesin daha qısa müddətdə aradan götürülməsinə səbəb olur.

ƏLAVƏ TƏSİRLƏR

Nadir hallarda rastlanan həzm pozğunluqları: ürəkbulanma, metal dadı, anoreksiya, epiqastral ağrılar, qusma, ishal.

Müstəsna hallarda, dəri və selikli qışada əlamətlər ( gicişmə, övrə  xəstəliyi, vazomotor pozğunluqlar), neyro-fiziki əlamətlər ( baş ağrıları, başgicəllənmə, əqli çaşqınlıq, qıc olma ), terapiyanın dayandırılmasından sonra bərpa edilə bilən pankreatit .

 Böyük dozalarla istifadə  və ya uzun müddətli terapiya  zamanı, leykopeniya və periferik neyropatiya  müşahidə edilə bilər. Bu fəsadlar terapiyanın dayandırılmasından bir neçə gün sonra yox olurlar.

Məhlulun metabolizması nəticəsində əmələ gələn hidrofil piqmentlər sidiyin  qəhvəyi - qırmızı rəngə boyanmasına  səbəb  ola bilər.

DOZANIN ARTIQLIĞI

Toksiki maddələrə mövcud reaksiyaların yaranma zamanı bu preparatın qəbulu dayandırılmalıdır.

SAXLAMA ŞƏRTLƏRI

Bağlamanın üzərindəki istifadə müddətinin bitməsindən  sonra preparatı istifadə etməyin.

25ºC –dən aşağı temperaturda öz qutusunda saxlayın.

Uşaqlardan uzaq saxlayın. 

BURAXILIŞ FORMASI

1 lateral birləşdirici borucuq ilə plastik  PVX  (polivinilxloriddən  hazırlanmış)   konteynerlərin  içində 200 ml həcmində məhlul var.


İSTEHSALÇI

S.C. INFOMED FLUID S.R.L., Buxarest, Rumıniya

ACS DOBFAR S.p.A, Milan, İtaliya 

Baxılma sayı: 10507 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..