*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi : Hər tabletin tərkibində 5 mq fol turşusu vardır.

Farmakoloji xüsusiyyəti : Fol turşusu defisitini aradan götürür , hemopoetik təsir göstərir.Orqanizmdə tetrahidrofol turşusuna çevrilir. Bu meqaloblastların yetişərək normoblastlara çevrilməsinə səbəb olur. Fol turşusu çatmamazlığı zamanı meqaloblastik tipli qanyaranma inkişaf edir. Purin və pirimidin mübadiləsində , nuklein turşularının sintezində , aminturşularının metobolizmində (qlisin, metionin, histidin) iştirak edir. Fol turşusu böyümə prosesləri, inkişaf, toxumaların proliferasiyası , qanyaranma prosesi , embriogenez üçün vacib olan nuklein turşularının biosintezində iştirak edir. Klimakterik dövrdə əvəzedici terapiya zamanı hormon qəbulunu aşagı salmaq məqsədilə istifadə edilə bilər. Adrenalinin əmələ gəlməsində, nikotin turşusu katabolizmində və s. rol oynayır.

Daxilə qəbul olunduqdan sonra fol turşusu mədədə Kastlın daxili faktoru (spesifik qlikoprotein) ilə birləşərək onikibarmaq bağırsağın yuxarı hissəsində sorulur. Bütünlüklə plazma zülalları ilə birləşir. Qaraciyərdə dehidrofolat turşusunun təsiri altında metabolizmə uğrayaraq tetrahidrofol turşusuna çevrilir. C max qanda 30-60 dəq. sonra çatır. Böyrəklərdə həm dəyişilməmiş formada, həm də metabolit formasında xaric olunur.

Göstərişləri :

  • Meqaloblastik anemiya
  • Spru, dərman və radiasion anemiya və leykopeniya
  • Postrezeksion anemiya
  • Xroniki qastroenterit , bağırsaq vərəmi
  • Hamiləlik düşüklərinin və döl eybəcərliklərinin qarşısını almaq üçün


Əks göstərişləri : Fol turşusuna qarşı yüksək həssaslıq , 10 yaşa qədər uşaqlar.

Əlavə təsirləri : Allergik reaksiyalar , bronxospazm , eritema , dəri səpgiləri

Qarşılıqlı təsiri : Analgetiklərlə , qıcolma əleyhinə təsir edən preparatlar , antasidlər , xolestiramin , sulfanilamidlər , antibiotiklər , sitostatiklərlə birgə qəbulu preparatın effektliyini azaldır.

Qəbul qaydası və dozaları : Müalicə məqsədilə daxilə 1 tab. gündə 1 dəfə qəbul edilir. Kurs müalicə 20-30 gündür. Hamiləlik planlaşdırılırsa  1-2 ay öncədən , hamiləlik dövrünün ilk günündən son gününə qədər və laktasiya periodunun ilk 6 ayı preparatın qəbulu zəruridir.

Buraxılış forması : Maksifol , tablet 5 mq, N30.

İstehsalçı: NABİQASIM İNDUSTRIES, KARACHI—PAKİSTAN


Baxılma sayı: 7995 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..