*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994552517700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Dəri və zöhrəvi xəstəliklər » Yara üçün məlhəm
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi :

Təsiredici maddələr : 1q məlhəmin tərkibində 5 mq metilurasil , 20 mq lidokain-hidroxlorid , 1.25 mq xinifuril vardır.

Köməkçi maddələr : lesitin, etanol , trietanolamin , karbomer, metilparaben , təmizlənmiş su

Farmakoterapevtik qrupu:  yerli istifadə üçün kombinəolunmuş məlhəm

Farmakoloji xüsusiyyətləri

Yerli istifadə üçün məlhəmdir. Preparatın təsir mexanizmi onun tərkib hissələrinin göstərdiyi təsirlə bağlıdır.

Lidokain-hidroxloridin yerli ağrı kəsici təsir müddəti 2-3 saat təşkil edir.

Metilurasil  toxuma regenerasiyası prosesini tezləşdirir. İmmunmoduləedici təsir göstərir : Humoral və toxuma immunitetini stimulə edir. Proteolitik fermentlərin aktivliyini azaltmaqla iltihab əleyhinə təsir göstərir. Anabolik və antikatabolik aktivliyə malikdir.

Xinifuril  digər nitrofuranlar kimi antibakterial təsir göstərir. Qrammənfi və antibiotiklərə davamlı mikroblara qarşı daha aktivdir. Yumşaq toxumalarda stafilokokkların törətdiyi irinli infeksiyalara təsir göstərə bilir : yaranın birinci fazası , karbunluk , furunkul , əməliyyatlardan sonra yaranın irinləməsi, yanıqların ağırlaşması və s.

Yara üçün antiseptik məlhəm , iltihab əleyhinə , yerli analgeziyedici və regenerasiyanı yaxşılaşdırıcı xüsusiyyətlərə malikdir.

İstifadəsinə dair göstərişlər:

Dəri infeksiyaları , yaralar , yanıqlar , furunkul , karbunluk , cərrahi yaralar və s.

Əks göstərişlər:

- Preparatın komponentərinə qarşı yüksək həssaslıq,  1 yaşa qədər uşaqlar, laktasiya dövrü

İstifadə  qaydası və dozası:

Məlhəm zədələnmiş nahiyəyə sürtülür , məlhəm hopdurulmuş steril salfetlə tampon edilir. Sarğı hər gün dəyişdirilməlidir. 

Əlavə təsirləri:

Uzun müddət istifadə edilirsə dərinin qıcıqlanması və allergik reaksiya mümkündür. Buna görə də hər gün yaraətrafı sahəni nəzarətdə saxlamaq lazımdır. Dəri qızarması olarsa məlhəmin istifadəsini dayandırmaq lazımdır . Belə hallarda antiallergik preparatlar daxilə qəbul olunmalıdır. 

Buraxılış forması:

35 q məlhəm , alminium tublarda. 1 tub içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

Saxlanma şəraiti:

25C-dən aşagı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır. 

Yararlılıq müddəti:

Yararlılıq müddəti qablaşdırmanın üzərində göstərilmişdir

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz 

Aptekden buraxılma şəraiti:

Reseptsiz buraxılır

İstehsalçı: LMP MMC ,RİQA ,LATVİYA

Baxılma sayı: 6086 dəfə
 
SUAL CAVAB
Emil
Sual: Salam.Zehmet olmasa deyerdiz.menim agzimin qiraginda ag bismece kimi yara var ucuq deyil.bir cox mazdan istifade etdim komek etmedi.basqa ne ede bilerem?
Cavab: Salam Emil bəy. Zəhmət olmasa bununla bağlı həkimə müraciət edin.Müraciətiniz üçün təşəkkür edirik.
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..