*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi: 1 tabletdə 

Təsiredici maddələr:

Ternidazol........................................................................................................0.2 q

Neomisin sulfat...........................................................................0.1q  (65 000 BV)

Nistatin .................................................................................................100 000 BV

Prednizolon  (natrium metasulfobenzoat şəklində).......................................0.0047q

0.003 q prednizolona ekvivalentdir. 

Köməkçi maddələr:

Buğda nişastası.........................................................................................0.264q

Laktoza monohidrat.................................................................................1.2 q-a qədər

Kolloidli silisium dioksid.........................................................................0.006q

Maqnezium stearat.................................................................................0.01q

Natriumun karboksimetil nişastası.........................................................0.048q

Farmakoterapevtik qrupu : Mikrob əleyhinə kombinəolunmuş (antibiotik – aminoqlikozid + mikrob əleyhinə və antiprotozoy vasitə + göbələk əleyhinə vasitə + qlükokortikosteroid),ginekologiyada yerli istifadə olunan preparat 

 Farmakoloji xüsusiyyətləri 

          Ginekologiyada yerli istifadə üçün kombinə olunmuş preparatdır. Antibakterial,  antiprotozoy, göbələk və iltihab əleyhinə təsir göstərir, uşaqlıq yolunun selikli qişasını qoruyur və pH – ın stabilliyini təmin edir.

Ternidazol – imidazol törəmələrinə aid olan antibakterial vasitədir. Erqosterolun ( hüceyrə membranının əsas tərkib hissəsi) sintezini azaldaraq və membranın quruluş və xüsusiyyətlərini dəyişir. Trixomonasid təsir göstərir, eyni zamanda anaerob bakteriyalara qarşı, xüsusilə  Qardnerella vaginalis-ə qarşı aktivdir.

Neomisin sulfat – aminoqlikozidlər qrupuna daxil olan geniş təsir spektorlu antibiotikdir. Qrammüsbət (Staphylococcus spp., Streptococcus pneumoniae) və qrammənfi (Escherichia coli, Shigella flexneri spp., Shigella dysenteria spp., Shigella boydii spp., Shigella sonnei spp., proteus spp.) bakteriyalara bakterisid təsir göstərir. Streptococcus spp.-a qarşı az təsirlidir.

Mikroorqanizmlər tərəfindən preparata qarşı davamlılıq tədricən və az dərəcədə yaranır.

Nistatin – polien qrupuna aid olan antibiotikdir, Candida cinsindən olan maya gəbələklərinə qarşı yüksək aktivliyə malikdir, hüceyrə membranının keçiriciliyini dəyişir və inkişafını ləngidir.

Prednizolon – hidrokortizonun dehidratlaşdırılmış analoqudur. Nəzərəçarpan iltihabəleyhinə, antiallergik və antiekssudativ təsir göstərir. 

Göstətişlər:

Preparata həssas mikroorqanizmlər tərəfindən törədilən vaginitlərin müalicəsi:

  • Bakterial vaginit
  • Uşaqlıq yolunun trixomoniazı
  • Candida cinsindən olan göbələklər tərəfindən törədilən vaginit
  • Qarışıq vaginit 

Urogenital infeksiyaların/Vaginitlərin profilaktikası:

  • Ginekoloji əməliyyatlardan  əvvəl
  • Doguşdan və abortdan qabaq
  • Uşaqlıq daxili vasitələrin qoyulmasından əvvəl və sonra
  • Uşaqlıq boynunun diatermokoaqulyasiyasından əvvəl və sonra
  • Histeroqrafiyadan əvvəl

Əks göstərişlər:

Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövrü:

Preparatın qəbulu hamiləliyin 2-ci trimestirindən mümkündür.

Preparatın hamiləliyin 1-ci trimestirində və laktasiya dövründə istifadəsi onun anaya xeyri, döl və uşaq üçün potensial zərərindən çox olduqda, mümkündür.

Qəbul qaydası və dozalama:

Uşaqlıq yoluna tədbiq olunmalıdır.

Bir tableti uşaqlıq yoluna dərin olmaqla, yatmazdan qabaq qoyulur. Tableti uşaqlıq yoluna yeritməzdən əvvəl 20-30 san. ərzində suda islatmaq lazımdır.

Tableti yeridəndən sonra uzanıq vəziyyətdə qalmaq məsləhətlidir.

Ortalama müalicə müddəti – 10 gündür; təsdiqlənmiş mikoz zamanı müalicə  kursu 20 günə qədər uzadıla bilər.

Profilaktik kursun müddəti 6 gün təşkil edir. 

Əlavə təsiri:

Nadir hallarda  uşaqlıq yolunda yangı hissi, qaşınma və qıcıqlanma əmələ gələ bilər (xüsusilə müalicənin ilk günlərində). Ayrı –ayrı hallarda allergik reaksiyalar da müşahidə oluna bilər. 

Dərmanlarla qarşılıqlı təsiri: 

Aşkarlanmayıb. 

Xüsusi hallar:

Vaginitlərin, trixomoniazın müalicəsi zamanı cinsi partnyorların  eyni zamanda müalicə almaları məsləhətdir. Aybaşı zamanı müalicəni dayandırmaq məsləhət deyil. 

Buraxılış formaları:

Vaqinal tablet

Stripli blister (alüminiumlu örtü ilə örtülmüş) şəklində 6 və ya 10 tablet olmaqla buraxılır. Instruksiya ilə birgə karton qablamaya 1 strip yerləşdirilir. 

Yararlılıq müddəti :

3 ildir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlama şəraiti:

 25C-dən yüksək olmayan temperaturda uşaqların əli çatmayan yerdə saxlanılmalıdır 

Aptekdən buraxılma şərti:

Həkim resepti ilə buraxılır.

İstehsalçı:


DOKTOR Е. BUŞARA  LABARATORİYASI

68, rue Marjolin - 92300 Levallois – Perret France 


Baxılma sayı: 20480 dəfə
 
SUAL CAVAB
Fidan
Sual: Salam. Nistatin mazini gobelek olmadiqda bele bikini qaralmasi ucun cekmek olar? Ziyani yoxdur?
Cavab: Salam Fidan xanım. Xeyr,Nistatin mazının istifadə göstərişi yalnız göbələk əleyhinədir.Müraciətiniz üçün təşəkkür edirik .
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..