*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Kanon aptekDəstək, Güvən, Şəvqət
  • Aptekonline.azSağlamlıq və rahatlıq mənbəyi
  • Dərmantap - dərman axtarışı xidmətiaxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapın
  • Dərman çatdırılma xidməti*7700 telefon nömrəsinə zəng etməklə və ya +994553557700 nömrəsinin whatsappna yazmaqla sifariş edə bilərsiniz.
  • Zəfəran AptekSağlamlığınızın etibarlı tərəfdaşı
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

Tərkibi

Təsiredici maddə: hər bir tabletdə 200 mq trimebutin-maleat vardır.

Köməkçi maddələr: qarğıdalı nişastası, jelatin, laktoza monohidrat, maqnezium-stearat, talk, mikrokristallik sellüloza

Farmakoterapevtik qrupu

MBT –nın motor funksiyasını tənzimləyən preparat 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Trimebutin-melaet Tridat forte preparatının aktiv maddəsi olub, opiat reseptorların aqonistik

sintetik enkefalinidir. O, həzm traktının peristaltikasını idarə edir. Saya əzələlərinə birbaşa

prokinetik təsir göstərir. Bağırsağın saya əzələlərinin hipokinetikasında u- və d- opiat reseptor-

larına təsir göstərir və motorikanı stimulə edir, hiperkinetikada x- reseptorlara spazmolitik təsir

göstərərək bağırsağın motorikasını ləngidir. Enkefalinergik mexanizmə təsir göstərərək fizioloji

hərəkəti bərpa edir, mədə bağırsağın motorikasıan yerli modulyasiyaedici (stimuləedici) təsir

göstərir. Bununla əlaqədar olaraq mədə-bağırsağın hipo və hiperkineziyası olan xəstələrdə istifadə edilir.

Tridat forte mədə-bağırsağın bütün hissələrinə təsir göstərərək, qida borusuna olan təzyiqi

zəiflədir, mədənin boşalmasını və bağırsağın peristaltikasını gücləndirir, həmçinin yoğun

bağırsağın saya əzələlərinin qida qıcıqlandırıcılarına cavab reaksiyasını təmin edir.

Farmakokinetikası

Tridat forteni  daxilə qəbul  etdikdən  sonra  qan  plazmasında  trimebutin  maleatın  maksimal

konsentrasiyası 1 – 2 saata yaranır. Qaraciyərdən “birinci keçmə” effektinə uyğrayır, 4 – 6 %-i

dəyişilməmiş şəkildə sidiklə xaric olur, təqribən 70 %-i 24 saat ərzində xaric olur.Əsas metabolitin yarımparçalanma dövrü təqribən 4 saatdır.

Qida trimebutin maleatın biomənimsənilməsinə təsir etmir. 

İstifadəsinə göstərişlər

  • Bağırsağın qıcıqlanma sindromu (bağırsaq spazmı)
  • Qarın boşluğunda ağrı ,sancı, bağırsaq spazmı, meteorizm, ishal və ya qəbizlik.
  • Həzm sisteminin funksional pozğunluğu.
  • Polimorf simptomatikalı qastroenteroloji xəstəliklərin 

Əkas göstərişlər

Preparatın tərkibinə daxil olan maddələrin hər hansı birinə qarşı yüksək həssaslıq. 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dölə təsirinə görə FDA-nın C kateqoriyasına aiddir. Təhlükəsizliyi haqqında əsaslı məlumatlar

yoxdur. Hamiləliyin ilk üçaylığında və laktasiya dövründə preparatın qəbulu məsləhət görülmür. 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulu zamanı yüksək diqqət tələb edən mexanizmlərlə işləmək olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Hər hansı dərman vasitəsi ilə qarşılıqlı təsiri barədə məlumat yoxdur 

İstifadə qaydası və dozası

Həkim təyinatı ilə gündə 3 dəfə, hər dəfə   0,5-1 tablet (100 – 200mq) qəbul edilir.

Əlavə təsirləri

Preparat adətən,orqanizm tərəfindən yaxşı qəbul olunur.Təsadüfi hallarda başgicəllənmə  və yuxululuq kimi psixonevroloji əlamətlər meydana çıxa bilər. 

Doza həddinin aşılması

Doza həddinin aşılması zamanı simptomatik müalicə aparmaq lazımdır.

Buraxılış forması

PVC blisterdə 20 tablet içlik vərəqə ilə birlikdə karton qutuya  qablaşdırılır.

Saxlama şəraiti

250 C-dən yüksək olmayan temperaturda, qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq

lazımdır. 

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitmiş preparatdan istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Həkim resepti ilə buraxılır. 

İstehsalçı

Santa Farma İlaç Sanai A.Ş

P.K.262, 34361 Şişli – İstanbul/Türkiyə

Baxılma sayı: 8038 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..