*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
Dermantap.az1 1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Stenokardiya » Karduktal
Sual ver
  Təcili sifariş A+ A-

TƏRKİBİ:
Hər örtüklü tabletin tərkibinə 20 mq trimetazidin-dihidroxlorid daxildir.

FARMAKOLOJİ QRUPU: Antihipoksant və antioksidantlar

FARMAKOLOJİ   XÜSUSİYYƏTLƏRİ:
Karduktal- antihipoksik və antianginal təsirə malik olan preparatdır. ATF-in hüceyrədaxili  konsentrasiyasının azalmasının qarşısını alaraq hipoksiya və  işemiyaya uğramış hüceyrələrdə energetik metabolizmi normallaşdırır. Karduktal membran ion kanallarının normal funksiyasını, K+ və Na+ ionlarının transmembran daşınmasını və hüceyrədaxili homeostazın mühafizəsini təmin edir. İşemiya zamanı preparat miokard hüceyrələrində ATF-in energetik ehtiyatının tükənməsinin qarşısını alaraq, beyin hüceyrələrində ATF-in və  tsiklik AMF-in miqdarının saxlanmasını təmin edir, hepatositlərdə mitoxondrilərın funksional aktivliyini saxlayır.
İşemiya zamanı miokard hüceyrələrinə antihipoksik təsir göstərir. Xorioretinal işemiya zamanı da effektivdir.

Stenokardiyalı xəstələrdə müalicənin 15-ci günündən başlayaraq koronar damarların keçiricilik imkanlarını, fiziki gərginliyə tolerantlığını artırır  və ürək döyüntülərinin tezliyinə təsir etmədən stenokardiya tutmalarının sayını azaldır. Karduktal ilə müalicə fonunda  nitratlara tələbat  azalır.      LOR orqanlarının xəstəlikləri zamanı Karduktal vestibulyar sınaqların nəticələrini, eşitmə qabiliyyətini yaxşılaşdırır, qulaqlarda küy, Menyer xəstəliyi zamanı və damar mənşəli başgicəllənməni aradan qaldırır. Xorioretinal damar pozğunluğu olan xəstələrdə torlu qişanın funksional aktivliyini bərpa edir.

Karduktal daxilə qəbul edildikdən sonra mədə-bağırsaq sistemindən tez absorbsiya olunur.Plazmada maksimal konsentrasiyaya 2 saatdan sonra çatır.Plazma zülalı ilə 16% birləşir.Orqanizmdən dəyişilməmiş şəkildə böyrəklərlə xaric olunur. T ½ - 6 saatdır.

GÖSTƏRİŞLƏRİ:
Kardiologiyada: ürəyin işemik xəstəliyi ( stenokardiya tutmalarının profilaktikası).  Oftalmologiyada:  işemik komponent ilə xorioretinal damar pozğunluqları.
Otorinolarinqologiyada: işemik mənşəli koxleo-vestibulyar pozğunluqların müalicəsi (başgicəllənmələr, qulaqlarda küy, eşitmə qabiliyyətinin pozulması ).

 DOZALANMA REJİMİ VƏ İSTİFADƏ QAYDASI:

Karduktal daxilə 1 tablet gündə 2-3 dəfə (40-60 mq) yemək vaxtı qəbul olunur. Tabletləri çeynəmədən, kifayət qədər su ilə qəbul etmək məsləhət görülür. Müalicə müddəti kliniki vəziyyətdən asılı olaraq fərdi təyin olunur.

ƏLAVƏ TƏSİRLƏRİ:
Karduktal orqanizm tərəfindən yaxşı mənimsənilir. Bəzən müvəqqəti olan dispeptik əlamətlər və allergik reaksiyalar qeyd oluna bilər (ürəkbulanma, qusma).

ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparata qarşı yüksək həssaslıq. Hamiləlik, laktasiya dövrü, uşaqlar.

XÜSUSİ QEYDLƏR:

Laktasiya dövründə preparatın qəbulunu dayandırmaq lazımdır.

DİGƏR DƏRMANLARLA QARŞILIQLI TƏSİRİ:

Təyin edilməmişdir.

BURAXILIŞ FORMASI:

Karduktal örtüklü tabletlər  20 mq  № 60.

 İSTEHSALÇI:

QSC “Texnoloq”, Ukrayna

Baxılma sayı: 4308 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..