*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti
Təcili ÖDƏNİŞSİZ dərman  çatdırılması xidməti1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Diabet » QLUMİKRON
Sual ver
  Təcili sifariş A+ A-

Ticari adı

QLUMİKRON – GLUMİKRON 

Beynəlxalq patentləşməmiş adı

Qliklazid – Gliclazide 

Dərman forması

Tablet

Tərkİbİ

Hər tabletə daxildir:

aktiv maddə: qliklazid – 80 mq

köməkçi maddələr: laktoza monohidrat, polivinil pirrolidon, qliseril beksenat, kolloid şəkilli silisium dioksid, maqnezium stearat, mikrokristallik sellüloza, natrium nişasta qlikolyat 

TƏSVİRİ

Ağ rəngdə tablet qabarıq şəkilli kənara malik olub, bir tərəfində Gd/80 yazısı, digər tərəfində isə xətti işarə vardır. 

FARMAKOTERAPEVTİK QRUP

Peroral hipoqlikemik preparat, sulfonilsidik cövhəri törəməsi

Kod ATC A10B B09 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ 

Farmakodinamika

Qlumikron preparatının aktiv təsiredici maddəsi qliklazid olub, hemobioloji təsirli II nəsil sulfonilsidikcövhəri qrupu şəkərəleyhinə preparatdır. Qliklazid insulinin fizioloji şəraitdə sekresiyasını bərpa edir, qlükozanın acqarına səviyyəsini normallaşdırır və postprandial və ya reaktiv hiperqlikemiyanın qarşısını alır. Yüksək biomənimsəmə qabiliyyəti (97 %-ə qədər) qlükozanın səviyyəsini 24 saat ərzində stabil saxlamağa imkan verir.

Qliklazid erkən pik insulin sekresiyasını bərpa edir, bu II tip şəkərli diabeti olan xəstələrdə qanın plazmasında qlükozanın səviyyəsini daha etibarlı şəkildə kontrol etməyə imkan verir, insulinin ikinci fazada artıq miqdarda ifrazının qarşısını alır. Ona görə Qlumikron qəbulu fonunda hipoqlikemiya yaranması riski minimaldır.

Qlumikron mədəaltı vəzi Langerhans adacıqlarının β – hüceyrələri tərəfindən insulin inkresiyasını stimulə edir, qlükozanın insulin inkretor təsirini gücləndirir.  β – hüceyrələrin KATF-kanalının qliklazidə olan yüksək həssaslığı insulin sekresiyasının aktiv stimulə olunmasına, yüksək effektivlik və Qlumikronun yaşlı xəstələr, artıq çəkiyə malik şəxslər (bədən çəkisi baxımından neytrallığını saxlayır) və yüngül, orta dərəcəli böyrək çatmazlığı olan xəstələrdə doza seçimi edilmədən yaxşı mənimsənilməsinə səbəb olur.

Qliklazid periferik toxumaların (qaraciyərin və skelet əzələlərinin)  insulinə həssaslığını artırır, bu qlükozanın qanda normal səviyyəsinin saxlanması üçün böyük əhəmiyyətə malikdir, hiperqlikemiya zamanı qaraciyərdə qlükozanın sintezini dayandırır. Hüceyrə daxili fermentlərin aktivliyini stimulə edir (əsasən əzələ qlikogensintetazanı), bu toxumalarda qlükozanın insulindən asılı mübadiləsini yaxşılaşdırır.

Qida qəbulundan insulun inkresiyasına qədərki vaxtı və qida qəbulundan sonrakı hiperqlikemiyanın pik müddətini qısaldır.

Qlumikron eyni zamanda hemobioloji təsirə də malikdir, şəkərli diabetin damar mənşəli ağırlaşmalarının inkişafı və ya proqressivləşməsi (məs. diabetik angiopatiya, diabetik retinopatiya):  trombositlərin adgeziyası və aqreqasiyasını azaldır, qanın fibrinolitik aktivliyini bərpa edir, damar divarı fibrinoliz prosesini  bərpa edir və damar divarı tromb əmələ gəlmə prosesini  ləngidir, mikrotrombozun və aterosklerozun inkişafına mane olur, damar keçiriciliyini normallaşdırır. Damarların adrenalinə olan yüksək həssaslığına qarşı nəzərəçarpacaq vazoprotektor təsir göstərir.


Farmakokinetika  

Daxilə qəbul zamanı MBT-dan yaxşı sorulur. Birdəfəlik 80 mq dozada qəbul olunarkən 1-4 saata plazmada C max-a çatır. Plazma zülalları ilə kifayət qədər (93%) birləşir. Yarımçıxarılma müddəti (kişilərdə qısadır) orta hesabla 10-12 saatdır. Orqanizmdən tam şəkildə 48 saat müddətində çıxarılır. Qaraciyərdə oksidləşmə, hidroksilləşmə, qlükuronlaşma yolları ilə hipoqlikemik xüsusiyyətə malik olmayan 8 metabolitin əmələ gəlməsi ilə metabolizmə uğrayır, yalnız bir metabolit nəzərəçarpacaq dərəcədə mikrosirkulyasiyaya təsir etmək xüsusiyyətinə malikdir. Metabolit şəklində böyrəklərlə - 70 %, mədə-bağırsaq traktından 10-20 %,dəyişilməmiş formada -1 % xaric olur. 

GÖSTƏRİŞLƏR

 

  • orta ağırlıqda II  tip şəkərli diabet (insulindən asılı olmayan), diabetik mikroangiopatiyanın başlangıc forması (yetkinlik, yaşlılıq dövrü, xüsusilə artıq çəkili xəstələr)
  • I tip şəkərli diabet (insulindən asılı), hemoreoloji pozğunluqların profilaktikası, həkim nəzarəti və laborator kontrol altında digər sulfonilsidik cövhəri törəmələri ilə kombinə olunmuş terapiyada . 

DOZALANMA REJİMİ

Qlumikronun dozası fərdi şəkildə təyin olunur, xəstənin tolerantlığından və kliniki göstərişlərdən, qlikemiyanın acqarına və yeməkdən 2 saat sonrakı göstəricilərindən asılıdır.

Başlanğıc gündəlik doza əsasən ½ -1 tablet (40-80mq),

Orta gündəlik doza – 160 mq (2 tablet),

Maksimal gündəlik doza   320 mq ( 4 tablet).

Daxilə gündə 2 dəfə (səhər və axşam) yeməyə 30 dəqiqə qalmış təyin edilir. 

ƏKS GÖSTƏRİŞLƏR

  • öncədən qliklazidə, sulfonilsidik cövhəri törəmələri, sulfanilamidlərə  qarşı məlum olan yüksək həssaslıq,
  • böyrək və ya qaraciyər funksiyasının nəzərəçarpan pozğunluqları,
  • I tip şəkərli diabetin (diabetus mellitus) monoterapiyası kimi,
  • karbohidrat mübadiləsinin dekompensasiya vəziyyəti   (diabetik ketoasidoz, diabetik prekoma və ya koma),
  • ağır  travmalar, cərrahi müdaxilələr, infeksiyalar, mikroangiopatiyalar, bədən kütləsinin proqressiv şəkildə azalması,
  • hamiləlik və laktasiya dövrü. 

XÜSUSİ GÖSTƏRİŞLƏR

Qlumikronu şəkərəleyhinə müalicədə yalnız həkimin təyinatı ilə qəbul etməli. Diaqnostika və müalicənin gedişatına görə, qanın tərkibinin sistematik kontrolu vacibdir.

Müalicənin birinci ayında preparatın təsirini mütəmadi olaraq qanda qlükozanın, sidikdə asetonun səviyyəsini  kontrol etməklə (insulin qəbulunu dayandırmış şəxslərdə qlükozanın və asetonun sidikdə testi gündə 3 dəfə aparılmalı)  müəyyənləşdirməli.

Xəstələr xəstəliyin xüsusiyyətləri  və pəhrizin saxlanması haqda məlumatlandırılmalı (qida qəbulu və pəhriz hipoqlikemiyaya səbəb ola bilər), şəxsi gigiyena, fiziki hərəkətlər (intensiv fiziki hərəkətlər hipoqlikemiya verə bilər), hipoqlikemiyanın simptomları ilə tanış olmalı (aclıq hissi, yorğunluq, tərləmə, ürəkbulanma, titrəmə, baş ağrısı, taxikardiya, əsəbilik, huşun alaqaranlığı və s.) və özləri ilə daima bir az şəkər gəzdirmələrinin vacibliyi  barədə xəbərdar olmalıdırlar. 

Böyrək və qaraciyər funksiyası pozulmuş xəstələrdə, hipofizar-böyrəküstü vəzi çatmazlığında, qalxanabənzər vəzi xəstəliyində (funksiyası pozulduqda), xroniki pielonefritdə, alkoqolizmdə, yaşlı xəstələrdə  preparat ehtiyatla təyin olunmalı, doza korreksiya olunmalıdır.

Dermatoloji həssaslıq reaksiyasının inkişafı zamanı preparatın qəbulunu dayandırmalı və həkimə müraciət etməli.

Uşaqlarda effektivliyi və təhlükəsizliyi sübut olunmamışdır.

Laktasiya dövründə təyin olunmamalı, çünki qliklazid ana südünə keçir. 

ƏLAVƏ TƏSİRLƏR

Tez-tez rast gəlinən əlavə təsirlər: ürəkbulanma, qusma, diareya, anoreksiya, metallik dad, gəyirmə, epiqastral şikayətlər, dəri səpgisi, qaşınma, başgicəllənmə, baş ağrıları, qulaqlarda səs.

Tez-tez rast gəlinməyən əlavə təsirlər: geri dönən xarakterli – hipoqlikemiya, yüksək həssaslıq göstəriciləri, qaraciyər funksiyasının pozulması, xolestatik sarılıq, övrə.

Nadir hallarda rast gəlinən əlavə təsirlər (bu zaman preparatın qəbulunu dayandırmalı, həkimə müraciət etməli): leykopeniya, trombositopeniya, aplastik anemiya, hemolitik anemiya, fotosensibilizasiya, hipoqlikemik koma, eksfoliativ dermatit, ekzema. 

Gözləmədiyiniz effektlər meydana çıxarsa həkimə müraciət etməli! 

DİGƏR PREPARATLARLA QARŞILIQLI TƏSİRİ

Qlumikronun hipoqlikemik təsirini artırır:

Qeyri birbaşa təsirli antikoaqulyantlar, anabolik steroidlər, salisilatlar, digər QSİƏP törəmələri, sulfonilamidlər, beta-blokatorlar (propronalol), MAO ingibitorları, pentoksifillin, teofillin, tetrasiklinlər, H2-histaminblokatorları, xloramfenikol, kumarin törəmələri, etanol tərkibli preparatlar.

Qlumikronun hipoqlikemik təsirini azaldır:

Kortikosteroidlər, oral kontraseptiklər, diuretiklər (tiazidlər), fenotiazin, tireoid hormonlar, barbituratlar, qlükokortikosteroidlər, simpatomimetiklər, qlükaqon, esterogen, nikotin turşusu, progestin, qalxanabənzər vəzi hormonları, litium preparatları.

İmidazol törəməsi preparatları ilə (dəqiq mikonazolla) gözlənilməyən hipoqlikemiya riski yarada bildiyinə görə təyinatı mümkün deyildir.

ARTIQ DOZALANMA RİSKİ

Artıq dozalanma zamanı simptom– hipoqlikemiyanın inkişafıdır.

Müalicə

Əgər xəstənin huşu yerindədirsə, qlükoza və ya qlükoza məhlulunu daxilə təyin etməli.

Huşu özündə olmayan xəstələrə təcili vena daxilinə qlükozanın hipertonik məhlulunu (10 % və ya 20 %) yeritməli.

Huşun bərpası zamanı təkrari hipoqlikemiya vəziyyətinə düşməməsi üçün xəstəyə karbohidratlarla zəngin qida verməli və həkim nəzarətində saxlamalı. 

SAXLANMA ŞƏRAİTİ

+ 250C-dən  aşağı otaq temperaturunda saxlamalı.

Uşaqların əli çatmadığı yerdə və qablamada saxlamalı. 

BURAXILIŞ FORMASI

Qlumikron karton qutuda hər blisterdə 10 tablet olmaqla 6 blisterli, təlimat - içlikli qablamada buraxılır. 

APTEKDƏN BURAXILMA ŞƏRTİ

Reseptlə

İSTEHSALÇI

Santa Farma İlaç Sənaye A.Ş.

P.K.262, 34361 Şişli- İSTANBUL/TÜRKİYƏ

Baxılma sayı: 1638 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..