*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Ağrı » TİOFLEX ampula
Sual ver
  Təcili sifariş A+ A-

TioFleks  inyeksiya üçün məhlul

TİOFLEKS 

Beynəlxalq patentləşməmiş adı: Thiocolchicoside 

Tərkibi

Təsiredici maddələr:1 ampulun  (2ml) möhtəviyyatında 4mq tiokolxikozid vardır.

Köməkçi maddə: natrium-xlorid, inyeksiya üçün həlledici

Təsviri

Rəngsiz şüşə ampullarda şəffaf sarı rəngli məhlul. 

Farmakoterapevtik qrupu

Miorelaksant/Mərkəzi təsirli miorelaksantlar/ mərkəzi təsirli digər miorelaksantlar

ATC rode: M03 BX05 

Farmakoloji xüsusiyyətləri

Farmakokinetikası

Tiofleksin aktiv tərkib hissəsi olan tiokolxikozid təbii psevdoalkoloid kolxisin və kükürdün

polisintetik birləşməsidir. Tiokolxikozid farmakoloji xüsusiyyətinə görə miorelaksantdır

(əzələ miorelaksantı).

Onun miorelaksant təsiri əzələ daxilinə yeridildikdən 30-40 dəq. sonra başlayır və 24 saat

davam edir. Əzələ keçiriciliyinin 95%-i bir neçə gündən sonra bərpa olunur. Orqanizimdə

yarımparçalanma dövrü 4 saatdır. Sağlam adamlarda böyrəklər (böyrək klirensi 70ml/dəq)

və sidiklə  ( böyrəkdənkənar klirens 200ml/dəq ) xaric olur. Təkrar yeridilmə  zamanı

kumulyasiya baş verir. Preparatın təsiri bir neçə gün davam edir.

Farmakodinamikası

Tiofleks mərkəzi sinir sistemi tərəfindən baş verən əzələ spazmlarını azaldaraq aradan

qaldırır. Miorelaksant təsir həm də visseral əzələlərdə baş verir.

Preparat kurareyəbənzər effektə malik deyildir. Təsir mexanizminə görə mərkəzi təsirli

miorelaksantdır, əzələlərdə iflic və əzələnin hərəki plastinkasının potensial amplitudunun

azalmasını  yaratmır. Əzələlərin  artmış  reflektor  oyanıqlığını  aradan  qaldırır,  lakin

hərəkətlərdə və bədənin düzgün saxlanılmasında iştirak edən əzələ tonusunu enməyə

qoymur. Tiokolxikozidin QAYT və qlisinergik sinapslara selektiv aqonist təsiri sübut


olunmuşdur. Onun qlisinergik təsiri reflektorik- revmatik və ya travmatik əzələ spazmlarından əlavə mərkəzi mənşəli əzələ spazmlarında da özünü göstərir.

Tiofleks ürək-qan damar sisteminin işinə təsir göstərmir və tənəffüs sistemində problem

yatarmır.

İstifadəsinə göstərişlər

Tiofleks revmatik əzələ ağrıları və müxtəlif mənşəli reflektor əzələ spazmlarında

miorelaksəedici və ağrıkəsici təsir göstərir:

  • Onurğanın statik və degenerativ xəstəlikləri: dorzalgiya (beldə ağrı) və lümbalgiya;
  • Boyun əzələlərinin vertebrogen spazmı (əyriboyunluğa gətirən-torticollis)
  • Spastikliklə müşayiət olunan nevroloji pozğunluqlar: servikobraxial nevralgiya,

işialgiya, oturaq sinirin nevralgiyası;

  • İdman və digər travmatik pozğunluqlar;
  • Əməliyyatdan sonrakı ağrı sindiromu;
  • Reabilitasiya dövründə əzələ kontrakturasının bərpası.

Əks göstərişlər

  • 15 yaşa qədər uşaqlar; 
  • tiokolxikozidə yüksək həssaslıq; 
  • əzələ hipotoniyası və iflic; 
  • hamiləliyin 1-ci üçaylığı və laktasiya; 
  • antikoaqulyantlarla müalicə və qanaxmalara meyllilik 

Digər dərman vasitələri ilə qarşılıqlı təsir

Bu haqda məlumat yoxdur. Eyni təsirli preparatlarla birgə təyin olunduqda ehtiyatlı olmaq lazımdır. 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dölə təsirinə görə FDA-nın C kateqoriyasına aid edilir. Hamiləliyin üçaylığında istifadəsi əks

göstərişdir. Digər dövrlərdə anaya olan fayda preparatın dölə təsirindən vacib sayılarsa

istifadə oluna bilər.

Ana südünə asanlıqla keçdiyinə görə laktasiya dövründə istifadəsi əks göstərişdir. 

Nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparatın qəbulu zamanı avtonəqliyyatın idarə olunmasında və diqqət tələb edən işlərdə

ehtiyatlı olmaq lazımdır. 

İstifadə qaydası və dozası

Əzələ daxili istifadə etmək üçün məhlul.

Gündə 2 dəfə 4 mq (1 ampula) əzələ daxilinə yeridilir. Güclü spazmlarda müalicə kursu 3-5

gün təşkil edir. Lazım gələrsə müalicəni preparatın peroral forması ilə davam etdirmək olar

(5-7 gün müddətində gündə 2 dəfə, hər dəfə 8 mq (2 tablet) qəbul edilir. Fizioterapevtik

proseduralara hazırlaşarkən əzələlərin boşalma müddəti əzələdaxili yeridildikdən 30-40 dəq.

sonra baş verir. 

Əlavə təsirləri

  • Hipotoniya və oyanıqlığın müvəqqəti itirilməsi;
  • Tiokolxikozidə həssaslığı olanlarda dəri reaksiyası; 

Doza həddinin aşılması 

Məlumat yoxdur. Bu zaman simptomatik və bərpaedici müalicə tələb olunur.

Buraxılış forması

2ml-lik 6 ampula, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

Saxlanma şəraiti

250 C-dən yüksək olmayan temperaturda uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

Yararlılıq müddəti

2 ildir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

Aptekdən buraxılma şərti

Həkim resepti ilə buraxılır. 

İstehsalçı

Santa Farma İlaç Sanai A.Ş

P.K.262, 3461 Şişli – İstanbul/Türkiyə

Baxılma sayı: 3488 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..