*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Qan damar xəstəlikləri » TRENTİLİN ampula
Sual ver
  Təcili sifariş A+ A-

TƏRKİBİ:

1 ampulanın (5 ml) tərkibinə 100 mq pentoksifillin, 6,9 mq natrium hidrofosfat (12 H2O), 1,5 mq natrium dihidrofosfat, 35 mq natrium xlorid və inyeksiya üçün məhlul daxildir.

FARMAKOTERAPEVTİK QRUP

Periferik vazodilyatator, purin törəməsi.

Kod ATC C04AD03

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Pentoksifillin eritrositlərin membranını stabilləşdirir; trombositlərin aqreqasiyasını azaldır və eritrositlərin adgeziyasını gücləndirir; özlülüyü və plazmanın fibrinogen konsentrasiyasını azaldır, müsbət inotrop və xronotrop təsirilə bir qədər ürək döyünmələrinin sayını artırır və damar müqavimətini azaldır. Hemorragik və hemodinamik təsiri nəticəsində bu kompleks qan dövranını və mikrosirkulyasiyanı yaxşılaşdırır, bununla da zədələnmiş toxumaların oksigenlə təchizatını nəzərəçarpacaq qədər artırır.

Məsləhət olunan dozalarda hemostaza və qanın axınına nəzərəçarpacaq təsir göstərmir.

FARMAKOKİNETİK TƏSİRİ:

V/d-nə təyin olunduqdan sonra yarımparçalanma dövrü başlanğıc dövrdə 0,3 saat, terminal dövrdə 1,6 saatdır.

Təqribən qəbul olunan dozanın 95 %  -i 24 saat ərzində sidiklə metabolit şəklində xaric olur, qalan 4 % nəcislə xaric olur. Orqanizmdə toplanmır. Qaraciyərin və böyrəklərin ciddi pozğunluqları olan xəstələrdə, yaşlı xəstələrdə eliminasiya ləngiyə bilər. Pentoksifillinin və metabolitlərin  ciftə keçməsi haqqında məlumat olmasa da, məlumdur ki, ana südünə keçir.

GÖSTƏRİŞLƏRİ:

  • aşağı ətraf arteriyalarının  xroniki okklüziyalı xəstəliklərində fiziki hərəkətlər nəticəsində  meydana çıxan simptomlar və sindromlarda: növbələşən axsama, tez yorulma (yorğunluq), paresteziyalar, qıcolmalar və trofiki pozğunluqlar.
  • işemiki həmlələrdə, iflic kimi serebrovaskulyar pozğunluqlarda, qocalıq zamanı (yaddaşın azalması, oriyentasiyanın itməsi, gücsüzlük, başgicəllənmə, düşüncənin zəifləməsi), işemik həmlələrin profilaktikası zamanı.
  • burun boşluğu və orta qulağın qan dövranı pozğunluqlarında.
  • diabetik  arteriopatiyalarda.

ƏKS GÖSTƏRİŞLƏRİ:

TRENTİLİN ampula  pentoksifillin törəmələri və ya digər metilksantin törəmələrinə qarşı (teofillin, teobromin, kofein və s.) qarşı həssaslığı olan xəstələrə,  bir az öncə miokard infarktı keçirmiş, güclü qanaxması olan xəstələrə əks göstərişdir.

TRENTİLİN ampula  hamilələrə vacib olduqda təyin olunur. Təhlükəsizliyi barədə məlumat olmadığına görə preparat 18 yaşa qədər xəstələrə təyin edilmir.

XƏBƏRDARLIQ:

Əgər TRENTİLİN ampula  ilə müalicə dövründə torlu qişaya qansızma baş verərsə, müalicə dərhal dayandırılmalıdır.

TRENTİLİN ampula  periferik damar xəstəlikləri və serebrovaskulyar xəstəlikləri olan xəstələrin  müalicəsində təhlükəsiz olaraq təyin edilir, lakin bu zaman anginal ağrılar, hipotoniya və aritmiyalar qeyd olunmuşdur. Bu cür xəstələrdə başlanğıc dozanı azaltmalı və ilk simptomlar üzə çıxdıqda preparatın qəbulunu dayandırmaq lazımdır.

TRENTİLİN ampula  bəzi xəstələrdə qan təzyiqini azalda bilir, ona görə də antihipertenziv preparatlarla birgə təyin edildikdə, xəstənin təzyiqi nəzarət altında saxlanmalı, ehtiyac olarsa antihipertenziv preparatın dozası azaldılmalıdır.

Ciddi böyrək və qaraciyər çatmazlığı olan xəstələrdə həkim dozanı ləng eliminasiyanı nəzərə alaraq təyin etməlidir.

Əgər TRENTİLİN ampula ilə müalicə zamanı mədə - bağırsaq traktı və ya sinir sistemi  ilə əlaqədar əlavə təsirlər meydana çıxarsa, bu təsirlər qəbul olunan doza ilə əlaqədar olarsa, doza azaldılmalıdır. Əgər buna baxmayaraq  simptomların meydana çıxması davam edərsə, preparatın qəbulu  dayandırılmalıdır.  

TRENTİLİN ampula qanaxmanı, protrombinin əmələ gəlməsini az da olsa uzada bilər. Ona görə də trombosit aqreqasiyasını azaldan, antikoaqulyant preparatlarla birgə təyin olunduqda, xüsusilə riskli hallarda ( onikibarmaq bağırsaq xorası, əməliyyatdan sonra) hemoqlobini, qanaxma və protrombinin əmələ gəlməsini nəzarət altında saxlamaq lazımdır.

Hamilələrdə TRENTİLİN ampula yalnız çox vacib olarsa təyin edilir.

Laktasiya dövründə: TRENTİLİN ampula təyin edilmir, çünki ana südünə keçə bilir, yenidoğulmuşun sağlamlığına mənfi təsir edə bilər. Əgər TRENTİLİN ampula ananın sağlamlığı üçün zəruridirsə, bu dövrdə körpə ana südü ilə qidalandırılmamalıdır. 18 yaşdan kiçik xəstələrdə təyinatın təhlükəsizliyi barədə məlumat yoxdur.

 

ƏLAVƏ TƏSİRLƏR:

Yüksək dozada və ya sürətli infuziya zamanı müşahidə olunur: istilik hissi, dərinin hiperemiyası, mədədə ağırlıq və dolma hissi,ürəkbulanma, qusma, işləmə.

az hallarda: taxikardiya, dəri səpgiləri, qaşınma, urtikariya,başgicəllənmə, baş ağrısı, yuxu pozğunluğu, arterial təzyiqin enməsi

çox az hallarda: angionevrotik ödem, bronxospazm, trombositopeniya, intrahepatik xolestazın inkişafı, qaraciyər transaminazaların səviyyəsinin artması, aseptik meningitin inkişafı.

nadir hallarda: anafilaktik reaksiyalar

Bu reaksiyaların birinci simptomları meydana çıxdıqda preparatın qəbulunu dayandırmalı, həkimə müraciət etməli.

GÖZLƏNİLMƏZ ƏLAVƏ TƏSİRLƏR MEYDANA ÇIXSA HƏKİMƏ MÜRACİƏT ETMƏLİ!

DİGƏR DƏRMANLARLA QARŞILIQLI TƏSİRİ:

TRENTİLİN ampula təzyiqi salmaq qabiliyyətinə malikdir, bunu yanaşı olaraq antihipertenziv preparatlar təyin etdikdə nəzərə almalı.

TRENTİLİN ampula qanaxma müddətini, protrombinin əmələ gəlmə müddətini artıra bilər, bunu yanaşı olaraq trombosit aqreqasiyası ingibitorları və ya antikoaqulyantlar təyin etdikdə nəzərə almaq lazımdır.

İSTİFADƏ QAYDASI VƏ DOZALANMASI:

Başlanğıcda 1 ampula (100 mq) 5 dəqiqə ərzində və ya məhlulla (qlükoza və ya 0,9 % -li izotonik məhlulla) 120-180 dəqiqə ərzində xəstə uzanmış vəziyyətdə  venasına yeridilir. Əgər orqanizm 1 ampulanı yaxşı qəbul etmişdirsə, sonrakı günlərdə  doza 100 mq-dan gündə 2-3 dəfə (2-3 ampula),  maksimal 400 mq (4 ampula) olmaqla təyin edilir.

Riskli vəziyyətlərdə yüksək dozalar təyin etməməli, simptomlar azaldıqda Trentilinin peroral retard formasına keçməli.

Müalicənin müddəti həkim tərəfindən təyin edilir.

ARTLQ DOZALANMA ZAMANI TƏDBİRLƏR:

Artıq dozalanma əlamətləri: sifətin qızarması, hipotoniya, yuxululuq, huşun itməsi, istilik hissi . Antidota malik deyildir. Simptomatik və bərpaedici müalicə təyin edilir.

SAXLANMA QAYDASI:

Uşaqların əli çatmadığı yerdə, qutuda saxlamalı. Otaq temperaturu 25 0C-dən aşağı yerdə saxlamalı.

BURAXILIŞ FORMASI :

TRENTİLİN ampula 100 mq; qutuda 5 ml x 5 ampul

İSTEHSALÇI:

Santa farma İlaç Sənaye A.Ş.

P.K.262, 34361 Şişli – İSTANBUL/TÜRKİYƏ

Baxılma sayı: 2765 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..