*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • jquery slider
  • Dermantap.azAxtardığınız dərmanı sizə ən yaxın aptekdə tapır.
  • İkinci Bakı Şopinq Festivalı
  • 012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏSİZ İSTƏNİLƏN TİBBİ TEXNİKA VƏ YA LƏVAZİMATI SİFARİŞ EDƏ BİLƏRSİNİZ.
Dermantap.az1 Dermantap.az12012 3100262 NÖMRƏSİNƏ ZƏNG ETMƏKLƏ3
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Qan damar xəstəlikləri » TRENTİLİN retard tablet
Sual ver
  Təcili sifariş A+ A-

Ticari adı

TRENTİLİN – TRENTİLİN

Beynəlxalq patentləşməmiş adı

Pentoksifillin – Pentoxifylline

Dərman forması

Örtük qişalı tablet 400 mq

TƏRKİBİ

Hər tabletin tərkibinə daxildir:

aktiv maddələr: pentoksifillin 400 mq,

köməkçi maddələr: laktoza monohidrat, kopolividon, hidroksipropil metilsellüloza, maqnezium stearat

örtük qişa: titan dioksid, talk, makroqol, hidroksipropil metilsellüloza.

TƏSVİRİ

Örtük qişaya malik, iki tərəfi qabarıq tabletlər.

 

FARMAKOTERAPEVTİK QRUP

Periferik vazodilyatator, purin törəməsi.

Kod ATC C04AD03

 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ

Farmakokinetika  

Pentoksifillin daxilə qəbul olunduqda tez bir zamanda və tam MBT tərəfindən sorulur. Qaraciyərdən birinci dəfə keçdikdə metabolizmə uğrayır. Dəyişilməmiş hissəsi orta hesabla 19±13% . Pentoksifillinin biomənimsənilməsi yüksəkdir, çünki  əsas metabolit olan 1-(5-hidroksiheksil)-3,7-dimetilksantin (I  metabolit) plazmada dəyişilməmiş maddənin konsentrasiyasından 2 dəfə çoxdur və onunla geri dönən biokimyəvi tarazlıq vəziyyətində olur.

Pentoksifillinin yarımatılma dövrü daxilə və ya vena daxilinə yeridildikdə 1,6 saatdır. Maddə tam metabolizmə uğrayır, 90 %-dən artığı böyrəklərlə konyuqə olunmamış polyar metabolit formasında xaric olunur.

Böyrəklərin funksiyası pozulmuş xəstələrdə metabolitin ekskresiyası ləngimişdir, qaraciyər funksiyasının pozğunluğunda pentoksifillinin yarımçıxarılma müddəti uzanır, biomənimsənilməsi yüksəlir.

Farmakodinamika.

Təsiredici maddə- pentoksifillin purin qrupundan olan spazmolitikdir. Patoloji deformasiya olunmaq qabiliyyətini itirmiş eritrositlərə təsir edir, eritrositlərin membranının elastikliyini artırır və stabilləşdirir, trombositlərin və eritrositlərin aqreqasiyasını ingibə edir, plazmada fibrinogenin yüksəlmiş konsentrasiyasını normallaşdırır, fibrinoliz prosesini sürətləndirir, leykositlərin aktivasiyası və endotel qişaya adgeziyasını azaldır, buna görə də endotel qişanın zədələnməsinin qarşısını alır.

Ümumi damar müqavimətini azaldır, müsbət inotrop təsir edir, ÜYS-na təsir etmədən ürəyin sistolik və dəqiqəlik həcmini artırır. Hemoreoloji və hemodinamiki təsirlər nəticəsində qanın özlülüyü azalır, reoloji xüsusiyyətləri yaxşılaşır, qan dövranı pozulmuş sahələrdə sistem qan dövranı, mikrosirkulyasiya yaxşılaşır, zədələnmiş toxumaların oksigenlə təchizatı xüsusilə aşağı ətraflarda və MSS-də normallaşır.

İstifadəsinə göstərişlər.

  • ateroskleroz, şəkərli diabet (“növbələşən axsama”, sakit vəziyyətdə ağrı) nəticəsində periferik qan dövranı pozğunluqları, periferik arteriyaların okklüziyası
  • arteriyaların zədələnməsi, mikrosirkulyasiyanın pozulması ilə gedən toxumaların trofiki poğunluqları (trofiki xoralar,qanqrena, varikoz)
  • beyin qan dövranı pozğunluqları
  • damarlı qişada və torlu qişada gedən patoloji dəyişikliklər nəticəsində gözdə qan dövranı pozğunluğu, görmənin tədricən zəifləməsi.

 

DOZALANMA REJİMİ

Preparatın dozalanması və istifadə qaydası (daxilə və ya venaya) qan dövranı pozğunluğunun növündən və ağırlıq dərəcəsindən asılıdır. Trentilin retard yemək zamanı və ya yeməkdən dərhal sonra çeynəmədən bir qədər su (½ stəkan su) ilə, 1 tabletdən gündə 2-3 dəfə qəbul etməli.

Xüsusi hallar.

Preparata tolerantlıqdan asılı olaraq, böyrək funksiyası pozulmuş xəstələrdə (kreatinin klirensi 30 ml/dəq) dozanı 30-50 % azaltmaq olar.

Qaraciyərin funksiyası pozulduqda doza fərdi olaraq seçilir. Serebral damarların və ya koronar damarların nəzərəçarpacaq aterosklerozu, arterial hipotoniyası, ürək ritminin pozğunluğu olan  xəstələrdə Trentilin retardı ehtiyatla, başlanğıc dozanı tədricən artıraraq təyin etməli.

ƏLAVƏ TƏSİRLƏRİ

Trentilin retardın əlavə təsirləri nadir hallarda, yüngül şəkildə meydana çıxır, ona görə də çox az hallarda preparatın qəbulunu dayandırmalı olurlar. MSS və qan-damar sistemi ilə əlaqədar meydana çıxan əlavə təsirlər çox zaman dozadan asılı olaraq meydana çıxır, dozanın azalması ilə aradan qalxır.

Mərkəzi sinir sistemi: başgicəllənmə, baş ağrısı, nadir hallarda yuxu pozğunluğu, tremor, fikir dalğınlığı.

Qan-damar sistemi: nadir hallarda hiperemiya, aritmiya, taxikardiya, anginal ağrı, hipotoniya.

Başqa: Nadir hallarda qaşınma, dəri səpgiləri, urtikariya, anafilaktik şok meydana çıxır. Bu əlavə təsirlər preparata qarşı həddən artıq yüksək həssaslıq ilə əlaqədardır.

Səbəb və nəticə arasında əlaqə müəyyən olunmasa da Trentilin retardın istifadəsi zamanı nadir hallarda mədə -bağırsaq traktında qanaxma müşahidə olunmuşdur. Bir sıra hallarda trombositopeniya da meydana çıxmışdır.

ƏKS GÖSTƏRİŞLƏR

  • pentoksifillinə, digər metilksantin törəmələrinə (teofillin, teobromin, kofein və s.), preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq
  • massiv qanaxmalar, beyinə qansızma, kəskin miokard infarktı (qansızma riskinin olması)
  • gözün torlu qişasına qansızma (qansızma riskinin olması)

DİGƏR PREPARATLARLA QARŞILIQLI TƏSİRİ

  • təzyiqi salır, bunu bir sıra antihipertenziv preparatların təyini (AÇF ingibitorları) və arterial təzyiqi salmaq qabiliyyətinə malik preparatların (nitratlar və s.) təyini zamanı nəzərə almaq lazımdır.
  • insulinin, oral şəkərəleyhinə preparatların effektivliyini artırır, buna görə də bu cür xəstələr həkim nəzarəti altında olmalıdırlar.
  • teofillinin səviyyəsini  artırır, nəticə etibarilə əlavə təsirlərin ağırlığı və rast gəlinmə tezliyi də artır.
  • Trentilin retard qanyaranma prosesinə, protrombinin əmələ gəlmə prosesinə  təsir edir, bunu antikoaqulyantlarla və trombosit aqreqasiyası ingibitorları ilə birgə təyin etdikdə nəzərə almaq lazımdır.

XÜSUSİ GÖSTƏRİŞLƏR

Bu xəstələrə təyin etdikdə ehtiyatlı olmalı:

Ürək aritmiyası olan , qaraciyər, böyrək funksiyası pozulmuş (kreatinin klirensi 30 ml/dəq), koaqulyasiya və antikoaqulyantlarla müalicə fonunda qansızma riski  olan, miokard infarktı keçirmiş xəstələr.

Hamiləlik və laktasiya

Dölə təsirinə görə FDA –nın C kateqoriyasına aiddir. Hamilələrə təyini əks göstərişdir, çünki təhlükəsizliyi barədə məlumat yoxdur.

Pentoksifillin az miqdarda südə keçir. Laktasiya dövründə təyini zamanı xeyri və zərəri arasında olan fərq nəzərə alınmalıdır.

ARTIQ DOZALANMA

 Artıq dozalanmanın ilkin əlamətləri ürəkbulanma, başgicəllənmə, taxikardiya, AT enməsi ola bilər. Sonradan temperaturun düşməsi, oyanıqlıq, huşun itməsi, arefleksiya, mədə-bağırsaq traktı qanaxmalarının əlaməti kimi klonikotonik qıcolmalar, “qatı kofe” rəngli qusma.

Xüsusi antidot məlum deyildir. Əgər preparatın qəbulundan uzun müddət keçmişdirsə, mədəni yumalı (preparatın sonradan sorulmasının qarşısını almaq üçün) və aktivləşmiş kömür təyin etməli, simptomatik müalicə aparmalı.

BURAXILIŞ FORMASI

TRENTİLİN retard karton qutuda 400 mq; qutuya 2 PVC blister, hər blisterdə 10 tablet və təlimat vərəqi daxildir.

SAXLANMA ŞƏRAİTİ

+25 0 C-dən yüksək olmayan otaq temperaturunda saxlamalı.

Uşaqların əli çatmadığı yerdə saxlamalı!

APTEKDƏN BURAXILMA ŞƏRTİ

Reseptlə

İSTEHSALÇI

Santa Farma İlaç Sənaye A.Ş.

P.K.262, 34361 Şişli- İSTANBUL/TÜRKİYƏ

Baxılma sayı: 5554 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..