*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • "Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi
"Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Uşaq xəstəlikləri » HEKSASPREY
Sual ver
  Təcili sifariş A+ A-


HEKSASPREY  yerli istifadə üçün aerozol

HEXASPRAY

Tərkibi  1  flakon üçün (30 q):

Təsiredici maddə:

Biklotimol ............................ 0,75 q

Köməkçi maddələr:

Benzil spirti ..........................  0,5 q

Dinatrium edetat ..............  0.0025 q

Metilparahidroksibenzoat...... 0,025 q

Adi cirə toxumlarının yağı........ 0,03 q

Ammonium qlisirrizinat........... 0,02 q

Natrium saxarinat ................. 0.05 q

Avicel RC 591(Mikrokristallik sellüloza

və natrium karmelloza)............ 0,3 q

Soya lesitini ........................... 0,9 q

Qliserol ................................. 1,0 q

Etanol 96 % ........................  1,06 q

 Su ............................. 30,0 q qədər

Təsviri:

Xarakterik cirə qoxulu,homogen ağ sarımtıl rəngli suspenziyadır.

 Farmakoterapevtik qrupu:

Antimikrob vasitə.

ATC kodu: R02AA20, A01AB11

Farmakoloji xüsusiyyətləri:

Mikrob əleyhinə təsir göstərir (əsasən  Staphylococcus spp.,Streptococcus spp.,Corynebacterium spp.).Təsir mexanizmi mikrob hüceyrəsinin zülalının koaquləsiyası ilə əlaqədardır. Ağrıkəsici və iltihab əleyhinə təsir göstərir.

Farmakokinetik  xüsusiyyətləri:

Ağız boşluğunun selikli qişasından zəif sovrulur,uzunmüddətli yerli təsir göstərir.

İstifadəsinə göstərişlər:

Biklotimola qarşı həssas mikroorqanizmlər tərəfindən törədilən ağız boşluğunun (stomatitlər,gingivitlər), udlağın, qırtlağın infeksion-iltihabi xəstəlikləri.

Burun-udlağın və tənəffüs yollarının iltihabi və infeksion xəstəliklərinin (kəskin və xroniki faringit, farinqolaringit, tonzillit, tonzillektomiyadan sonrakı vəziyyət, qlossit) yerli müalicəsi.

Əks göstərişlər:

6 yaşa qədər uşaqlar. Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

İstifadə qaydası və dozası:

Yerli: 2 püskürtmədən gündə 3 dəfə, qida qəbulundan asılı olmayaraq.

Müalicə müddəti 10 gündən çox olmamalıdır.Uzunmüddətli müalicə tələb edilərsə həkim məsləhəti vacibdir.

Ehtiyat tədbirləri:

Tətbiq edilmir. 

 Doza həddinin aşılması:

Doza həddinin aşılması haqqında məlumat yoxdur.

Əlavə təsirlər:

Yerli allergik reaksiyalar ola bilər. Arzuolunmaz reaksiyalar  müşahidə olunduğu zaman, preparatın qəbulunun davam edilməsinin mümkünlüyü barədə həkimlə məsləhətləşmək lazımdır. 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri: 

Digər yerli vasitələrlə eyni zamanda istifadəsindən çəkinmək lazımdır.

Xüsusi göstərişlər:

İnhalyasiya zamanı flakon vertikal vəziyyətdə tutulmalıdır. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinə dair ciddi nəzarət olunan tədqiqatlar aparılmamışdır. Hamiləlik və laktasiya dövründə yalnız o zaman təyin oluna bilər ki, ana üçün fayda döl və ya uşaq üçün potensial riskdən üstün olsun.

Nəqliyyat vasitələrini və avtomobili idarəetmə qabiliyyətinə təsiri:

Preparatın nəqliyyat vasitələrini və avtomobili idarəetmə qabiliyyətinə təsiri haqqında mənfi məlumat yoxdur. 

Buraxılış forması:

2,5 % yerli istifadə üçün aerozol. 

30 q şüşə flakonda(şüşənin növü 3),üstən plastiklə örtülüb (polivinilxloridlə), plastik qapaqla və püskürdücü klapanla təchiz olunub,içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

Yararlıq müddəti:

5 il.Qutusunda qeyd edilən yararlılıq müddəti bitdikdən sonra  istifadə etmək olmaz.

Saxlanma şəraiti:

25 °C -dən yuxarı olmayan temperaturda saxlanmalıdır.

Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Aptekdən buraxılma şərti:

 Reseptsiz  buraxılır.

İstehsalçı:

BUŞARA-REKORDATİ laboratoriyaları,

Fransa

Baxılma sayı: 1763 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..