*7700 ƏCZAÇILIQ PORTALI
 
AZ RU EN
 
  • "Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi
"Bonus topla,hədiyyə qazan!" adlı yeni kampaniyayya start verildi1
Apteklər Aptek axtarışı Onlayn sifariş Vahid qiymətli dərmanlar Şirkət müraciətləri
 
Sual ver
  Təcili sifariş A+ A-

İZOFRA nazal sprey

İSOFRA

Tərkibi:

Təsiredici maddə: 100 ml tərkibində 800 000 BV framisetin sulfat vardır.

Köməkçi maddələr: metilparaben,natrium xlorid,natrium sitrat,limon turşusu,təmizlənmiş su.

Təsviri:

Şəffaf maye.

ATC kodu: R01AX08

Farmakoterapevtik qrupu:

Aminoqlikozid qrupundan olan antibiotikdir.

Farmakoloji xüsusiyyətləri:

Otolarinqologiyada yerli istifadə üçün aminoqlikozid qrupundan olan antibiotikdir.Bakterisid təsir göstərir.Yuxarı tənəffüs yollarında infeksiya proseslərini törədən bir çox qram müsbət və qram mənfi bakteriyalara (Staphylococcus aureus,Escherichia coli,Klebsiella pneumoniae,Haemophilus influenzae) qarşı aktivdir.

İstifadəsinə göstərişlər:

Yuxarı tənəffüs yollarının infeksion-iltihabi xəstəliklərinin müalicəsi, o cümlədən:

- rinitlər;                 

- rinofaringitlər;

- sinusitlər (arakəsmənin zədələnməsi olmadıqda).

Operativ müdaxilələrdən sonra iltihabi proseslərin profilaktika və müalicəsi.

Əks göstərişlər:

Framisetinə və aminoqlikozid qrupundan olan digər antibiotiklərə qarşı yüksək həssaslıq.Preparat burunətrafı ciblərin yuyulması məqsədi ilə istifadə edilməməlidir.Hamiləlik və laktasiya dövrü.

İstifadə qaydası və dozası:

Böyüklərə:hər burun dəliyinə bir püskürtmə,gündə 4-6 dəfə.

Uşaqlara:hər burun dəliyinə bir püskürtmə, gündə 3 dəfə.

Müalicə müddəti 7 gündən çox olmamalıdır.

İstifadə zamanı flakon vertikal vəziyyətdə tutulmalıdır.

Əlavə təsirlər:

Allergik reaksiyalar ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Digər dərman vasitələri ilə nəzərə çarpan kliniki qarşılıqlı təsir qeyd edilməyib.

Doza həddinin aşılması:

Sistem qan dövranına doza həddinin aşılması az inanılandır,çünki preparatın absorbsiyası çox zəifdir.

Xüsusi göstərişlər:

Mikroorqanizmlərin rezistent ştammlarının müalicə zamanı əmələ gəlməsinin ehtimalını yaddan çıxarmamaq lazımdır.

Buraxılış forması:

Nazal sprey:15 ml həcmi işıq keçirməyən polietilen flakon püskürdücü ilə birgə və polietilen qapaqla karton qutuda.

Yararlıq müddəti:

3 il.Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Saxlanma şəraiti:

Siyahı B.

25°C-dən yuxarı olmayan temperaturda.

Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Aptekdən buraxılma şərti:

Həkim reseptilə buraxılır.

İstehsalçı:

BUŞARA-REKORDATİ laboratoriyaları,Fransa.

Baxılma sayı: 2851 dəfə
 
SUAL CAVAB
 
  
SAYTA DAXİL OL
 
Qeydiyyat Şifrəmi unutdum
 



   

© 2014-2015. Bütün hüquqlar qorunur..